Ara sözlər. Hissə 1.

Test ID - 84637
Müəllif: Qonaq__17575805 (Əlavə edilib: 13.11.2016)

Ara sözlər nəyə deyilir?

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin müraciət olunan şəxsi əşyanı bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin mənasının aydınlaşmasına kömək edən söz və ya söz birləşməsinə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı cümlədə həmcins üzv yoxdur?

Azadlıq yolu çətin, ancaq şərəfli bir yoldur.
Sənədləri gətirdim, amma onları imzalada bilmədim.
Sənədləri gətirdim, ancaq imzalamadılar.
Yer, göy bu xəbərdən sevinirdi.
Əməksevən, cod, kobud əlləri vardır.

Təyini söz birləşməsi işlənmiş cümləni göstərin.

Müəllimi məktəbdən vağzalacan şagirdlər ötürdü.
Əhməd qapını taybatay açdı.
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər.
Məktəb həyatı Kamili tamamilə dəyişdirdi
Bülbüllər səhər-səhər ağız-ağıza verib oxuyurdular

Söz birləşmələrinin neçə tərəfi olur?

2 tərəfi
5 tərəfi
3 tərəfi
1 tərəfi

Uzlaşma əlaqəsi hansı cümlə üzvləri arasında olur?

Təyin və xəbər
Mübtəda və xəbər
Mübtəda və zərflik
Tamamlıq və xəbər
Heç bir cümlə üzvləri arasında olmur

Sintaktik əlaqələrə aid olanlardan biri düzgündür:

Sintaktik əlaqələrin 3 növü var
“ Sintaksis ” sözü yunan sözü olub, “ lüğət, təlim ” deməkdir
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında sintaktik əlaqələr olur
“ Şeir yazmaq ” birləşməsində şeir sözü mənaca yazmaq hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur

Nida cümləsini göstərin:

Yetər artıq, ayaqlarda süründük
Gün olsun ki, qurtarsın dava
Tələsmə, hələ tezdir
Yenə də hər zaman ürəyimdəki sənsən

Sintaktik əlaqələrin hansı növündə sözlərdən biri o birinə tabe olur?

İdarə əlaqəsi
Tabesizlik əlaqəsi
Tabelilik əlaqəsi
Uzlaşma əlaqəsi

Cümlənin ikinci dərəcəli üzvləri haqqında fikirlərdən biri səhvdir:

Baş üzvlər əsasında əmələ gəlir
Cümlənin baş üzvlərinə aid olub, onları aydınlaşdırır
Tamamlıq cümlənin formalaşmasında mühüm rol oynayır
Bu üzvlərin rolları müxtəlifdir

Tabelilik əlaqəsinə aid edilə bilər:

Bu əlaqə eyni hüquqlu sözlər arasında olur
Bu əlaqədə olan sözlərdən ikisi eyni qrammatik formada olur
Bu əlaqənin üç növü var
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olmur

Uzlaşma əlaqəsi haqqında fikirlərdən biri səhvdir:

Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir
Bu əlaqə həm mübtəda ilə xəbər arasında, həm də II və III növ təyini birləşmələrinin tərəfləri arasında olur
Uzlaşma əlaqəsinin heç bir qrammatik göstəricisi yoxdur
Kəmiyyətə görə uzlaşma I və II şəxslərin tək və cəmində həmişə olduğu halda, III şəxsin cəmində bəzən pozulur

Hansı cümlədə təyin əvəzliklə ifadə olunmuşdur?

Bu əhvalatı Buzbulaqda hamı bilirdi
Sıra dağlar, gen dərələr
Ürək açan mənzərələr
O, dar cığırla yuxarı qalxırdı

Biri ümumi şəxsli cümlə deyil:

Qaranlığa daş atmazlar
İşləməyənə tənbəl deyərlər
Cücəni payızda sayarlar
Suda batan saman çöpündən yapışar

Həmcins mübtədalı cümlə hansıdır?

Şuşa, Laçın, Kəlbəcər azad olunmalıdır
Qızıl və gümüş saatlar aldılar
Kitab, dəftər və qələm satırlar
Aytən, Nadir, Kitabları gətirin

Biri geniş adlıq cümlə kimi işlənə bilər:

Bakı Dövlət Universiteti
Kitab rəfi
Babadağ
Qədim qala

Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?

Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
Qızım qapını ört!
Aytac kitabını, mənə ver!
Ey dünya necə, fanisən?!
Ay ellər bir sevda, nəğməsidir o

Cümlənin mürəkkəb üzvlərinin ifadə vasitələrindən səhv olanı göstərin.

3-cu növ təyini söz birləşməsi
2-ci növ təyini söz birləşməsi
mürəkkəb sözlər
mürəkkəb adlar
feli sifət və məsdər tərkibləri

"Uşaqlar ucadan danışır" cümləsində zərflik hansıdır

ucadan
ucadan danışır
uşaqlar
zərflik yoxdur
Uşaqlar ucadan danışır

Xitab nəyə deyilir?

Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə xitab deyilir
Cümlə üzvlərini aydınlaşdıran sözlərdir
Cümlənin aydın ifadə olunmasına kömək edən sözlərdir
Bir-birinə tabe olmayan, birini aydınlaşdırmayan, bərabərhüquqlu sözlərdir

"Gəl, ey nazlı Vətən-Odlar yurdu!" cümləsində əlavə nəyə aiddir?

Mübtəda
Zərflik
Xitab
1-ci növ təyini söz birləşməsi
2-ci növ təyini söz birləşməsi

Sintaktik əlaqələrin növləri hansıdır?

Yoxdur
Tabesizlik
Tabelilik
Tabesizlik və tabelilik

Uzlaşma əlaqəsi nəyə deyilir?

Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına
iki və daha artıq sözün birləşməsinə
Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə
Əşyanın adını bildirməsinə
Bitmiş bir fikri ifadə etməsinə

3-cü növ təyini söz birləşməsi deyil:

anamın arzusu
gözəl qız
taxta qapı
şirin alma

Sintaktik əlaqələr neçə yerə ayrılır?

4 yerə
3 yerə
1 yerə
2 yerə
5 yerə

Orada-otağın qarşısında ağacın dibində dirək basdırılmışdı cümləsində işlənmişdi:

həmcins üzv
ara söz
ümumiləşdirici söz
cümlə üzvünün əlavəsi
heç biri

"Məktəbi əla qiymətlərlə bitirməyi şərəf bilirdi" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?

İsmi birləşmə ilə
Məsdər tərkibi ilə
Məsdərlə
İsimlə
Feli sifət tərkibi ilə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed