Mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri. Hissə 1.

Test ID - 51813
Müəllif: Admin (Əlavə edilib: 30.10.2011)

Biri tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:

Aydınlaşdırma
İştirak
Səbəb – nəticə
Qarşılaşdırma

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı əlaqə növü bütün tabeli mürəkkəb cümlələrdə olur?

Ardıcıllıq
Səbəb- nəticə
Qarşılaşdırma
Zaman
Heç biri

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?

Uşaq anasının qucağından dartınıb düşmək istəyir, ana buraxmırdı
Fuad dərin fikrə getdi: bu işi kim etmiş olar?
Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır
Gah güclü yağış yağır, gah da gün çıxırdı

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən informasiya ilə bir – birinə bağlanır
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir

Cümlələrdən biri zaman əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Mən kəndə çatanda külək davam edir və küçələrdən sel axırdı
Evdəki uşaqlardan biri dərsini yazır, biri kitab oxuyur, biri şəkil çəkirdi
Elektrik naqilləri qırıldı, işıq söndü
Qarmon çalınır, nəğmə oxunur, rəqs edilir

Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün - budaq cümlənin növünü göstərin:

Məqsəd budaq cümləsi
Səbəb budaq cümləsi
Kəmiyyət budaq cümləsi
Xəbər budaq cümləsi

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?

Qarşılıq – güzəşt budaq cümləsi
Şərt budaq cümləsi
Təyin budaq cümləsi
Xəbər budaq cümləsi

“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:

Zaman budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

Budaq cümlənin hansı növündə tabesizlik bağlayıcılarından istifadə olunur?

zaman budaq cümləsində
yer budaq cümləsində
tərzi-hərəkət budaq cümləsində
qarşılıq budaq cümləsində
təyin budaq cümləsində

Səbəb və məqsəd budaq cümlələri arasındakı oxşar cəhət hansıdır?

Hər ikisində baş cümlə budaq cümlədən əvvəl gəlir
Hər ikisində baş cümlə budaq cümlədən sonra gəlir
Məna cəhətdən eyni mənanı bildirirlər
İkisinin də xəbəri felin xəbər şəklində olur
İkisində də budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı məna əlaqələrindən biri yanlışdır?

Birləşdirmə əlaqəsi
Bölüşdürmə Əlaqəsi
Zaman əlaqəsi
Aydınlaşdırma əlaqəsi

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə nə vaxt sadə cümləyə çevrilə bilməz?

Cümlə mürəkkəb olduqda
Baş cümlə əvvəl gəldikdə
Bağlayıcılar olduqda
Budaq cümlə əvvəl gəldikdə
Bağlayıcılar olmadıqda

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak

,, Hara istəyirsən, ora gedək'' tabeli mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var

yer budaq cümləsi
mübtəda budaq cümləsi
xəbər budaq cümləsi
tərzi-hərəkət budaq cümləsi
tamamlıq budaq cümləsi

Tabesiz cümlənin növləri nəyə əsasən fərqlənir?

tabelilik əlaqələrinə
baş üzvlərə
məna əlaqələrinə
ikinci dərəcəli üzvlərə
bağlayıcılara

"Fikirləşdim ki, bu camaatın arasında oğru, cibgir nə gəzir" cümləsində budaq cümlənin hansı növü işlənmişdir?

mübtəda budaq cümləsi
xəbər budaq cümləsi
tamamlıq budaq cümləsi
təyin budaq cümləsi
şərt budaq cümləsi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed