Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 57505
Müəllif: Motherland (Əlavə edilib: 29.08.2013)

Birinin tələffüzü düzgün verilməmişdir:

teatr [tiyatr]
kooperativ [k'aperativ]
müasir[ma:sir]
maneə[maniyə]
xala oğlu[xaloğlu]

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Dilimizdəki sadə fellər nə mənşəlidir?

Ərəb mənşəlidir
Hind mənşəlidir
Türk mənşəlidir
İtalyan mənşəlidir

Cümlələrdən birində ismi xəbər işlənmişdir.

Mən oxumağı xoşlayıram.
Hər bir insanın arzusu çoxdur.
Sən gözlə, mən gələcəyəm.
O, yolu asta -asta gedirdi.
Sənə doğru gəlmədi.

Hansı söz alınma deyil?

tibb
qənimət
müjdə
rütbə
bayaq

Qeyri-müəyyənlik bildirən təsirlik hala aid edilmiş fikirlərdən biri yanlışdır:

Xüsusi qrammatik şəkilçisi yoxdur.
Nə? sualına cavab verir.
Təsirli feldən əvvəl işlənir.
II növ təyini söz birləşməsinin I tərəfi kimi çıxış edə bilir.
Cümlədə qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində işlənir.

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)

Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
Biri isim, digərləri isə sifətdir.
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
Hər üç söz sifətdən düzəlmiş isimdir.
Heç birinin sinonimi yoxdur.

Ahəng qanunu pozulmuş sıranı göstərin.

otlaq, ömür, qayğı
ələk, gümüş, durğu
vüsal, ilxı, həyat
əmək, səpin, imla
itki, qüvvə, hakim

Hansı cümlədə qoşma işlənib?

Tək əldən səs çıxmaz
Tək sən bunu görə bilərsən
Qabaq bunlar burada yox idi
Dediklərinə əsasən mən bunu dedim

Müəllimlik necə isimdir?

mücərrəd
konkret
cəm
xüsusi
toplu

Leksikologiyada öyrənilmir?

çoxmənalı sözlər
ahəng qanunu
həqiqi məna
omonimlər
məcazi məna

Köhnəlmiş sözü göstərin.

qarışıqlıq
yağmalanmaq
çağdaş
yağlamaq
gülmək

-at2 şəkilçili sözlərdən biri əsl Azərbaycan sözüdür:

tələbat
gedişat
məlumat
təyinat
hesabat

Hansı sözlərə saitlə başlayan şəkilçi artırdıqda “q” “ğ” – ya, “k” “y” – ya keçmir?

çarıq, kəpənək
qoruq, ürək
türk, şəfəq
sümük, otaq
çiçək, yarpaq

Cümlələrin birində mücərrəd mənalı isim işlənib:

Aydının iki bacısı, bir qardaşı var
Çalışqan şagird ata-anasının üzünü ağ edər
Yüz fikir bir borcu ödəməz
Yaylalarda yaxşı su olur
Dəniz dalğalanırdı

Biri feli bağlama şəkilçisi deyil:

-malı2
-ıb4
-anda2
-ınca2
-dıqda4

Hansı cümlədə üçüncü növ təyini söz birləşməsi var?

Məktəb direktoru onu cəzalandırdı
O, çox gözəl qızdır
Onun atası mühəndisdir
Qoyun su içirdi
Məktəb heyəti çox teizmdir

Məsdərə aid edilənlərdən biri səhvdir:

Mənsubiyyət şəkilçisi qəbul edir
Hallanır
Cəmlənir
III növ təyini söz birləşməsinin tərəfləri kimi çıxış edə bilir
Mübtəda, tamamlıq vəzifəsini daşıya bilir

Dialekt sözlər haqqında verilənlərdən biri yanlışdır:

Lüğət tərkibinin qeyri-fəal hissəsinə daxildir
Çoxu alınma olur
Dialektlər dilimizin tarixini öyrənməkdə etibarlı mənbədir
Məişət üslubunda işlənir
Müəyyən bölgədə və regionlarda başa düşülür

Sözlərdən birinin yazılışı səhvdir:

inkubator
əskilmək
əkiz
kəlağayı
ekalogiya

Əsl milli mənşəli hansı sözlər mənsubiyyətə görə fərqli dəyişir?

mən, sən
su, nə
o, bu
biz, siz
kömək, çiçək

Daha çox isimləşə bilən sifətlər hansı cərgədədir?

qorxulu, kütləvi, qısaca
yamyaşıl, qorxunc, duzlu
sarımtıl, gülünc, gömgöy
xəsis, igid, namərd
tarixi, elmi, iqtisadi

Zərfin hansı məna növü cümlədə təyin olur?

Zaman zərfləri
Yer zərfləri
Miqdar zərfləri
Heç biri
Həm miqdar, həm də zaman zərfləri

Hansı cümlədə məsdər var?

Mən Bakıya oxumaq üçün gəlmişəm
Orxan Eminin yanına qaça-qaça getdi
Müəllim uşaqlara ev tapşırığı verdi
Mən yayda Qubaya gedəcəm
21 gündən sonra mart ayıdır

Bu sifətlərdən hansı azaltma dərəcəsindədir?

qırmızımtıl
qıpqırmızı
gömgöy
sapsarı
yamyaşıl
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed