III Bölmə. Köməkçi nitq hissələri

Ədatların məna növləri. Hissə 1.

Test ID - 49756
Müəllif: Admin (Əlavə edilib: 31.08.2011)

Cümlələrdən hansında qüvvətləndirici ədat işlənmişdir?

Di gəl, durnalara bir şeir deyək
Sən yazırsanmı?
Axı bu məsələ çoxdan həll olunmalı idi
Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Aşağıdakılardan hansı felin zamanı deyil

İndiki zaman
Keçmiş zaman
Gələcək zaman
Qeyri-qəti indiki zaman
Hamısı

Felin indiki zamanı hansı şəkilçilərlə düzəlir?

Acaq əcək
Dı di du dü
ır ir ur ür
Mış miş muş müş
Ar ər

Gələcək zamanda işlənmiş fel olan cümləni göstərin.

Dünəndən yağan qar ayaq altında xışıldayır
Keçdi o duyduğum hicran günləri
Daldan atılan daş topuğa dəyər
Sənin barəndə ona bir söz deməmişdim
Keçmiş günlər barədə fikirləşirəm

Qoşma ismin hansı halıyla işlənmir?

təsirlik, yerlik
adlıq
yönlük
yiyəlik
yerlik, çıxışlıq

Hansı nümunədə felin vacib şəkli işlədilmişdir?

Qışın soyuq nəfəsi gəlir
Qar yağsa, hava təmizlənər
Onların dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdır
Uşaqlar qaçırlar ki, yoldaşlarına çatalar

Feli sifət haqqında aşağıdakılardan biri səhvdir:

Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır
Feli sifətin əmələ gəlməsində bir neçə şəkilçi iştirak edir
Feli sifət həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır
Feli sifətin əsas şəkilçiləri – an2 , - mış4 , - dığım şəkilçiləridir

Tabelilik bağlayıcılarının cərgəsini müəyyənləşdirin:

çünki, yaxud, nə, yəni
madam, belə ki, hərçənd
ki, amma, isə, sanki
hərgah, lakin, ancaq

Ədatların orfoqrafiyası haqqındakı fikirlərdən hansı səhvdir?

Əsas sözlərlə birlikdə tələffüz edilən və bitişik yazılan ədatlar ahəng qanununa tabe olmur
Ədatlar cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və tələffüzə uyğun olaraq ayrı yazılır
Dilimizdəki ədatların üçü aid olduqları sözlə birlikdə tələffüz olunur və sözə bitişik yazılır
Əsas sözlərlə birlikdə tələffüz edilən və bitişik yazılan ədatlar ahəng qanununa tabe olur

Felin lazım şəkli haqqında fikirlərdən biri düzgündür:

Felin lazım şəkli arzu, istək bildirir
Lazım şəkli zaman şəkilçisi qəbul etmir və zamanlar üzrə dəyişmir
Məzmununda gələcək zaman anlayışı yoxdur
Formal əlaməti var, - malı² şəkilçisi vasitəsilə düzəlir

Təsirli fellərə hansı şəkilçini artırmaqla məchul növ düzəlir?

-ıl4, -ın4, ( -n)
-ış4, -ş
-dır4, -t
-dı4, -t

Qoşmalar aşağıdakılardan hansına qoşula bilməz?

Saya
Feli sifətə
Təsriflənən felə
Zərfə

Hansı cümlədə yer zərfi yoxdur?

Maşın yanımdan çox sürətlə keçdi
Aşağıdan məni çağırdılar
Zaman qarışıqdır, getmə uzağa!
İrəlidə bir qaraltı görünür

Aşağıdakı cümlələrdən  birində "bax" sözü ədat kimi işlənib.

Sözü bax belə deyərlər
Bax gör oradakı kimdir?
Baxmamış, alma
Bax sonra də
Heç baxdın ki

Hansı cümlədə bağlayıcıdan əvvəl vergül qoyulmalıdır?

Nar hamı üçün faydalı meyvədir hətta bəzi xəstəliklərin dərmanıdır
Əgər dərslərini oxusan, əla qiymətlər alarsan
Bizim kəndimiz də ildən-ilə gözəlləşir
Sona arvad heç nə deməyəcək

Felin hansı növü təsirlidən düzəlir, təsirli olur?

qarşılıq
məchul
qayıdış
icbar
məlum

Sözlərdən biri inkar şəkilçisi qəbul etmir?

qaçanda
tutan
güləyən
oxuduğu
sevinmək

Hansı şəkilçilər təsirsiz feldən təsirli fel yaradır?

-ıl, -ın
-dır, -ır
-lan, -ıl
-la, -laş

Cümlələrdən birində zaman zərfi işlənməmişdir:

Qabaq burada böyük hovuz var idi
Mən onu gündə görmək istəyirəm
O, qıraqda dayanmışdi
Gecə yola düşməliyik
Hava gündüz çox isti idi

Əvvəl, qabaq, sonra, bəri, başqa, özgə, savayı, qeyri, ayrı, ötrü qoşmaları ismin hansı halında olan sözlərlə işlənir?

adlıq halında olan sözlə
yiyəlik halda olan sözlə
həm adlıq, həm də yiyəlik halda olan sözlə
çıxışlıq halda olan sözlə
yönlük halda olan sözlə

Zərfin hansı məna növləri isim və sifətlə ortaqdır?

yer zərfi və miqdar zərfi
tərz-hərəkət və yer zərfi
tərz-hərəkət və zaman zərfi
yer və zaman zərfi

Hansı nümunədə felin əmr şəkli işlədilmişdir

Qoy mən tox olum, özgələr ilə nədir karım
Sular ötəydi dil-dil
Buyruq sizinkidir, adil hökmdar
Mən batırıb əllərimi şəhidlərin al qanına
qızıl damğa vurmalıyam dar alnına

Düzəltmə zərflərin şəkilçiləri hansılardır?s

-ba -acaq -lıq
-ı -mali -ya
-araq -ca -dan
-ir -a -ma
-m -t -dir

Hansı qoşmalar sinonimdir?

qədər, kimi ca
görə, kimi, dək
kimi, təki, sarı
amma, ancaq, lakin
sarı, tərəf, doğru

"Fidanın yoldaşı Natiq də sürücü idi" cümləsində üçüncü növ təyini söz birləşməsini tapın:

Natiq də;
Fidanın;
Sürücü idi;
Fidanın yoldaşı;
Natiq də sürücü idi;

Felin əmr və xəbər şəklinin şəkilçiləri:

onların şəkilçisi yoxdur
əmr sa~sə şəkilçisi xəbər isə, idi, imiş
hər ikisi də acaq şəkilçisi vasitəsi ilə düzəlir
onlar felin təsriflənən formalarıdır
onlara şəkilçi qoşulmur

Nida nəyə deyilir?

Sözlər arasında məna çaları yaradır
Sözləri və cümlələri bir-birinə bağlayır
Hiss və həyəcan bildirir
Həyəcan bildirir
Əşyanın hərəkətini bildirir

Modal sözlər mənaca neçə cür olur?

2cür olur
5 cür olur
3 cür olur
7 cür olur
4 cür olur

Modal sözlər nəyə deyilir?

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə
İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed