Cümlə

Əmr cümlələri. Hissə 1.

Test ID - 387
Müəllif: Ruqayye (Əlavə edilib: 25.08.2012)

Əmr cümləsi hansıdır?

Yol ver mənə, gül dərmişəm, sevgilim üçün aparım
Gör nəyin xəyalındasan?
Şair, heç aldanma dünya varına
Sən insan oğlunun taleyinə bax
Dünyada elli milyona qədər adam var

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı nümunədə nida cümləsi var?

Tez ol tutun eldari!
Tələsmə, hələ tezdir!
Təki, sən məni bağışla!
Irəli gəl!
Tez gel!

Feli birləşmə nəyə deyilir?

2 tərəfi fellə ifadə olunanlara
1 növ təyini söz birləşməsinə
2 növ təyini söz birləşməsinə
3 növ təyini söz birləşməsinə
2 və daha artıq sözün birləşməsinə

Uzlaşma əlaqəsi əsasən hansı cümlə üzvləri arasında olur?

mübtəda və xəbər
zərflik və xəbər
mübtəda və tamamlıq
təyin və mübtəda
heç bir cümlə üzvü arasında olmur

Cümlə üzvlərinin quruluşca növləri haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlə üzvünün quruluşu sözün quruluşundan asılıdır
Sadə cümlə üzvləri, ayrı – ayrı sözlərlə ifadə olunur
Mürəkkəb cümlə üzvləri söz birləşməsi ilə ifadə olunur
Cümlə üzvləri quruluşca iki növ olur

Vasitəsiz tamamlıq haqqındakı fikirlərdən hansı düzgündür?

Kimə? nəyə? nə üçün? kimdə? və s. suallara cavab verir
Daha çox ismi xəbərə aid olur
İki cür olur: müəyyənlik bildirən və qeyri – müəyyənlik bildirən
İsmin yönlük, yerlik, çıxışlıq halında olan sözlərlə ifadə olunur

Vasitəli tamamlıq hansı cümlədədir?

Quzu su içir
Vətənin keşiyində duranlara qayğı gərəkdir
Kitabı aldım
Uşağı çağır

Məqsəd zərfliyinə aid edilə bilməz:

İş və hərəkətin məqsədini bildirir
Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir
Məqsəd zərfliyi səbəb zərfliyindən məna çalarına görə fərqlənmir
Üçün, ötrü qoşmaları ilə də ifadə olunur

Hansı fikir yanlışdır?

Səbəb və məqsəd zərflikləri arasında oxşar və fərqli cəhətlər var
Səbəb və məqsəd zərfliklərinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur
Səbəb və məqsəd zərflikləri birinci növbədə mənalarına görə fərqlənir
Səbəb və məqsəd zərfliklərinin ayrıca sualları da var

İkinci və üçüncü növ təyini söz birləşmələri üçün fərqli xüsusiyyətlərdən biri yanlışdır:

İkinci tərəfin hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etməsi
Tərəfləri arasına istənilən qədər söz artırılması
Tərəflərinin həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilməsi
Tərəflərinin, əsasən, isimlərlə ifadə olunması

Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?

Vətənin keşiyində duranlara qayğı gərəkdir
Tükəz xala tez çırağı yandırdı
Elin sərvətini göz bəbəyi kimi qoruyun
Mətni düzgün oxumağı öyrənin

Hansı cümlənin tamamlığı məsdərlə ifadə olunmuşdur?

Gələnləri qarşılayın
Yaşamağı atalardan öyrənin
Yaxşını pisdən ayırın
Biz onu tanıyırıq

Həmcins üzvlü cümləni göstərin:

Al - əlvan çiçəklərin xoş ətri ətrafa yayılmışdı
Nə ağac vardı, nə də kölgəlik
Sular göz yaşı kimi dumduru idi
Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır

Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur:

Qeyri – müəyyən şəxsli cümlə
Şəxssiz cümlə
Adlıq cümlə
Söz cümlə

1-ci növ təyini söz birləşməsini göstərin?

dağ maralı
qırmızı kitab
məktəbin direktoru
dərsi oxuyarkən
məktub yazmaq

"Uşaqlar ucadan danışır" cümləsində zərflik hansıdır

ucadan
ucadan danışır
uşaqlar
zərflik yoxdur
Uşaqlar ucadan danışır

Xitab ismin hansı halında olur?

yiyəlik
adlıq
yerlik
yönlük
çıxışlıq

Bu ismi birləşmələrdən biri təyini söz birləşməsi kimi götürülə bilməz

bağdakı ağac
ayaqqabının bağı
adamların biri
dağ havası
gözləri yaşlı

Yalnız fel kimi işlənmir:

deyəndə
yemək
gülmədən
yıxılaraq
baxa-baxa

Hansı cümlədə sual tələb etməyən cümlə üzvü var?

Mənim yaxşı dostlarım var
Mənim dostlarım hamısı yaxşıdır
Samir mənim dostum idi
Mən dostlarımı çox sevirəm
İnsan gərək yaxşı dost olsun

Hansı modal söz durğu işarəsi ilə işlənmir?

təəssüf ki
güman ki
sanki
şübhəsiz ki
yəqin ki

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərə aşağıdakılardan hansılar aiddir?

sadə və mürəkkəb
xitab və ara sözlər
ara sözlər
həmcins üzvlər
xitab

Evin havası təyini söz birləşməsinin tərəfləri arasında hansı əlaqələr mövcuddur

idarə
uzlaşma idarə
yanaşma idarə
heç biri
hər üçü de

Cümlədə nə işlənmişdir?
Turalın-gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı

Ümumiləşdirici söz
Həmcins üzvü cümlə
Cümlə üzvünün əlavəsi
Həmcins ixtisar
Xitab
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed