I bolmə

Söz birləşmələrinin növləri. Hissə 1.

Test ID - 48722
Müəllif: Admin (Əlavə edilib: 25.05.2011)

Əsas tərəfinin ifadə vasitəsinə görə söz birləşmələrinin neçə növü var?

1
3
2
4

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Aşağıdakılardan hansı söz birləşməsidir?

günə baxan
əlüzyuyan
gözəl insan
gözəl insandır
tələb edilməlidir

Söz birləşməsi və cümlə üçün ortaq əlaməti göstərin:

Konkret ad bildirmək.
Sözlərin birləşməsindən əmələ gəlməsi
İntonasiya bitkinliyinin olması
Bir sözdən ibarət olmaq

Hansı nida cümləsinə aid edilə bilməz?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir
Nida cümlələrinin xüsusi forması yoxdur
Nida cümləsinin üç növü var
Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir

Təyin aşağıdakılardan hansı ilə ifadə oluna bilmir?

İsim və say
Əvəzlik və fel
Məsdər və feli bağlama
Sifət və feli sifət

İdarə əlaqəsi haqqında səhv fikri seçin:

Bu əlaqədə asılı söz əsas sözün tələbi ilə ismin hal şəkilçilərini qəbul edir
İdarə əlaqəsində asılı söz isim və substantivləşmiş başqa nitq hissələrindən olur
Əsas söz çox vaxt isim olur
İdarə əlaqəsində bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir

Kəmiyyət zərfliklərinə aid etmək olar:

Nə qədər? sualına cavab vermir
İş və hərəkətin icra tərzini bildirir
Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur
Nə üçün? sualına cavab verir

Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?

Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
Bura mənim vətənimdir – Azərbaycandır
Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
İndi bahar fəslidir – yazdır

Aşağıdakılardan biri söz birləşməsidir:

Səndən ötrü
Fikrə getmək
Doğma torpaq
Kömək edəndə

Hansı fikir səhvdir?

Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha az işlənir
Sual cümlələrinin üç növü var
Felin əmr şəklinin mənaları əmr cümlələrində dəqiqləşir

Hansı nümunədə nəqli cümlə yoxdur?

Bir gün göyərçinlərim qanadlanıb uçdular
Gün o gün olsun ki, qurtarsın dava
Dünyada əlli milyon azərbaycanlı var
Yenə də hər zaman ürəyimdəki sənsən

"Qarlı bənövşələr qarı qaldırıb can atır günəşə"
nümunəsinin sintaktik təhlilindəki səhvi tapın:

Xəbər frazeoloji birləşmə ilə ifadə olunub
Bütün cümlə üzvləri iştirak edir
Qaldırıb və can atır həmcins təyinlərdir
Cümlənin təyini və mübtədası sadədir

Bu bağlayıcılardan hansı həmcins üzvlər arasında işlənmir?

ya, ya da
amma, ancaq, lakin
çünki, ona görə də
gah, gah da
hətta, nəinki

Tabelilik əlaqəsinə aid olan nümunə hansıdır?

Arif, danış
Əlbəttə, getməliyik
Danışın, danışın
Evə getdik, Surxay
Deyəsən, gecikmədik

Sintaktik əlaqələrin növləri hansıdır?

Yoxdur
Tabesizlik
Tabelilik
Tabesizlik və tabelilik

2ci növ təyini söz birləşməsinin asılı tərəfi hansı halda olur?

Təsirlik hal
Müəyyən yiyəlik hal
Qeyri müəyyən yiyəlik hal
Adlıq hal
Qeyri müəyyən təsirlik hal

Birinci növ təyini söz birləşmələrində hansı əlaqə olur?

idarə
uzlaşma
yanaşma
hər üçü
heç biri

Hansı cümlənin xəbərinə sual vermək olmaz?

Çox keçmişəm bu dağlardan
Düşərgəmiz çayın vadisində idi
Bu ahəstə ayaq səsləri onunkudur
Səni heç buralarda tanıyan varmı?
Belə şəkil karikatura deyildir

Qeyri-təyini birləşmələrdə hansı əlaqə olur?

yanaşma
uzlaşma
idarə
heç biri
həm uzlaşma həm idarə

Xitab hansı cümlə üzvü ilə əlaqəyə girir?

isim
sifət
zərf
hər biri
mübtəda və xəbər arasında

Ara sözlər nəyə deyilir?

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin müraciət olunan şəxsi əşyanı bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin mənasının aydınlaşmasına kömək edən söz və ya söz birləşməsinə
Cümlənin düzgün olub olmamasını bildirən söz və ya söz birləşməsinə

Hansı I növ təyini söz birləşməsi cümlə təhlilində ayrılmır

yeni il
şagird
gözəl uşaq
qədim ev
Samirin qələmi

Üçüncü növ təyini söz birləşməsinin düsturu hansıdır?

1t0+2t0
1Tm+2Ty
1TO+2Ty
1T0+2Tm
Düsturu yoxdur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed