Morfoloji quruluş

§6. Zərf. Hissə 1.

Test ID - 60979
Müəllif: Taclı (Əlavə edilib: 13.02.2014)

“Əvvəl-axır mən öz arzuma çatacağam”-cümləsində işlənmiş əvvəl-axır mürəkkəb zərfi hansı yolla düzəlmişdir?

Eyni sözün təkrarı ilə
Yaxın mənalı sözlərin birləşməsi ilə
Düzəltmə sözlərin təkrarı ilə
Antonim sözlərin birləşməsi ilə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Məişət üslubuna aid olan fikirlərdən hansı səhvdir?

Məişət üslubu adi danışıq dilidir
Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır
Bu üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır
Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır

Biri təyini söz birləşməsi deyil:

Gözlərdə kədər
Gözəl səhər
Paltar astarı
Gülün ətri

Xitab haqqındakı fikirlərdən biri səhvdir:

Mübtəda kimi ismin adlıq halında olur
Çox vaxt xəbərlə uzlaşma əlaqəsinə girir
Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir

Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir:

ara sözlər
əlavə
xitab
söz – cümlə

Başqasının nitqi olduğu kimi, dəyişiklik edilmədən verilərsə, bu adlanır:

əlavə
söz – cümlələr
ara söz
vasitəsiz nitq

Qeyri – müəyyən miqdar sayları hansı sıradadır?

Az danışmaq da faydadır
Çoxları qaydalara əməl edir
Tək – tək danışmaq məsləhət idi
Sərnişinlər xeyli gözlədilər

Verilən cümlələrin birində mübtəda məsdərlə ifadə olunmuşdur:

Yaşamaq gözəldir
Qocalar kövrəldilər
Yolçular yola düzəldilər
Yarışanlar mükafat aldılar

Feli sifətlə ifadə olunan tamamlığı göstərin:

Vüqarı çox istəyirəm
Oxuyan haqqında məqalə yazdılar
Konfransda iştirak edənlərdən müsahibə aldım
Yaşamağı bacarmaq lazımdır

Mücərrəd isimləri göstərin:

Daş, çörək, kitab
Yoldaşlıq, dostluq, sevgi
Sevinc, kədər, dəftər
Boyun, burun, qəm

Məsafə bildirən qoşma olan cümləni göstərin:

Evə qədər ətraflı söhbət elədik
Uşaqlar məktəbə tərəf qaçırdılar
Kinoya Ariflə getdim
Sənin kimi o da yaxşı oxuyur

Əvəzliyin hansı məna növü bütün əsas nitq hissələrini əvəz edə bilər?

Qeyri – müəyyən əvəzliklər
Təyini əvəzliklər
Sual əvəzlikləri
İşarə əvəzlikləri

Biri tabesiz mürəkkəb cümlə deyil:

Qapı döyüldü, mən qapını açmağa getdim
Yağış yağdı, camaat dağılışdı
Gah gün çıxdı, gah da yağış yağdı
Bahar gəldimi, təbiət yaşıl dona bürünür

Söz özünün poetik imkanlarını daha çox nədə nümayiş etdirir?

Mürəkkəb cümlə daxilində
Bədii mətndə
Adi danışıq dilində
Məişət üslubunda

Publisistik üslub digər funksional üslublarında xüsusiyyətlərini daşıyır. Bunun səbəbi nədir?

ədəbi dil əsasında qurulması
digər üslublara nisbətən gec formalaşması
ən ictimai, ən kütləvi nitq forması olması
qəzet, jurnal dili olması

Hansı konkret isimdən mücərrəd isim düzəltmək olar?

ürək
meydança
ana
itburnu
yazıçı

Azərbaycan Respublikası Prezidentinin bəyanatları aşağıdakılardan hansına aiddir?

bədii-publisistik dilə
elmi-publisistik dilə
rəsmi-publisistik dilə
Heç birinə aid deyil

Vasitəsiz nitq vasitəli nitqə çevriləndə hansı durğu işarələri atılır?

qoşa nöqtə, tire və dırnaqlar
tire və qoşa nöqtə
sual və qoşa nöqtə
yalnız tire
bütün durğu işarələri

Biri zərfliyin sualı deyil:

necə?
harada?
nə məqsədlə?
nə üçündür?
nə qədər?

Cümlənin növünü tapın. "Hərçənd hamı gəlmişdi, amma iclas başlamırdı".

Tərzi-hərəkət budaq cümləsi
Xəbər budaq cümləsi
Tabesiz, qarşılaşdırma əlaqəsi
Qarşılaşdırma budaq cümləsi

Nəticə bildirən modal sözləri göstərin.

nəhayət, sanki, əlbəttə
əlbəttə, elə bil, güman ki
nəhayət, yaxşı, ümumiyyətlə
yaxşı, yox, bəli
sanki, həqiqətən, doğrudan

Hansı sxem vasitəsiz nitqə uyğundur?

"v"m
M:"V!"-m
m, -V
"V: m"e
M:V:m

Bu birləşmələrdən hansı "isim+ isim" sxeminə uyğundur?

yun parça
uca dağ
gələcək gün
beş kitab
həmin adam
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed