Mürəkkəb cümlələr

Feli tərkibləri. Hissə 1.

Test ID - 60925
Müəllif: Taclı (Əlavə edilib: 08.01.2014)

Feli sifət tərkiblərinin əsas tərəfi hansı nitq hissəsi ilə ifadə olunur?

sifətlə
fellə
isimlə
feli sifətlə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı mürəkkəb cümlə deyil?

Səlmanın qorxusundan gözləri hədəqəsindən çıxmış, rəngi saralmışdı
Yaz gəldi, hər tərəfdə torpaq onun ilıq nəfəsi ilə qızınmağa başladı
Həm uşaqları çağırmışıq, həm də onların valideyinlərini
Oğru da mənəm, doğru da?
O, qapıdan içəri girəndə ayağa durduq, keçib əyləşəndən sonra biz də oturduq

Cümlələrdən biri aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Ağız deyəni qulaq eşitmirdi: iyirmi – otuz adam üz – üzə, çiyin – çiyinə oynayırdı
Ot öz kökünün üstündə bitir: adam ya ağılda, ya da vücudda öz nəslinə çəkməlidir
Səlim başını tərpətdi, yəni o razı idi
Ağacdakı quşlar səs saldı, uşaq diksindi

Tabeli mürəkkəb cümlədə işlənən bağlayıcı sözlər haqqında hansı fikir səhvdir?

Bağlayıcı sözlər köməkçi nitq hissəsidir
Bağlayıcı sözlər ədatlarla da işlənir
Bağlayıcı sözlər müxtəlif cümlə üzvləri olur
Bağlayıcı sözlərlə bağlanan budaq cümlələr baş cümlədən əvvəl gəlir

Biri zərflik budaq cümləsi deyil:

Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
Bu qız nə qədər gözəldirsə, o qədər sadə və səmimidir
Beş – on dəqiqə keçməmişdi ki, külək güclənməyə başladı
Elə şagirdlər var ki, gözəl şeirlər də yazırlar

Zərflik budaq cümlələrinin növlərindən deyil:

Keyfiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Aslanın sualı usta üçün təzə olmasa da, qəribə görünürdü
İntizar saatları nə qədər ağır olsa da, gəlib keçdi
Qızılgül ətrindən doysa bir nəfər, ona haram olar başqa ətirlər
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:

Kəmiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Fikirlərdən biri səhvdir:

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə sadə cümlələrin yerini dəyişsək, məna dəyişməz
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr bağlayıcısız işlənmir
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələr sadalanır
Tabesiz mürəkkəb cümlələri təşkil edən cümlələr həm şəxsli, həm də şəxssiz ola bilər

Biri tabeli mürəkkəb cümlə deyil:

Dil desə də, ürək razı olmur, ayaqları sözünə baxmayıb sürünürdü
Düzdür, mən orada olmuşam, amma siz deyən əhvalatı eşitməmişəm
Hərçənd mən sizin işlərinizə qarışmıram, amma zərərinizə də razı ola bilmərəm
Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır

Biri feli bağlama tərkibidir:

evə çatanda
onun oxumağı
dərsi oxuyan
yalan danışmaq

"Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu ki, hamının ağzı açıla qalmışdı" Baş cümlə hansıdır?

Aşıq elə gözəl çalır
Elə məlahətli oxuyurdu ki
Hamının ağzı açıla qalmışdı
Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu

Aşağıdakı cümlələrdən hansı tabeli mürəkkəb cümlə hesab edilə bilməz?

Əgər Viktor Hüqo yeni bir əsər yazsa, mən onu mütləq oxuyacağam.
Anam fikirləşirdi ki, bu güllər çox gözəl deyil.
Dünənki hadisələrdə mən ki günahkar deyiləm.
Bizim internetimiz o qədər sürətlidir ki, mən kifayət qədər sual göndərə bilirəm.
Sən elə adam olmalısan ki, hamı səni bəyənsin.

Hansı cümlə mürəkkəbdir?

Yazın gəlməsinə baxmayaraq, havalar soyuq keçirdi
Gülzar başını qaldırmırdı, ancaq anasının dediklərini eşidirdi
İstəsən, deyərəm
Piri baba bağçadakı ağaclara baxıb sevinirdi
İstəyəndə gələrəm

Tabesiz mürəkkəb cümləni göstərin

Mənim getməyimə baxmayaraq, o gəlməmişdi
Mən getmişdim ki, dərs oxuyum
Hava buludlu idi, yağış isə yağmırdı
Mən oxuduğum halda, o oxumadı
Heç biri mürəkkəb cümlə deyil

Cümlələrdən biri mürəkkəb cümlə deyil?

Günəş öz işığını çoxaldır, ətrafda xoş mənzərə yaranırdı
Mən səni səslədim ki, kömək edəsən
Müəllim sinfə daxil oldu və dərs başladı
Əhməd əlindəki kitabı yoldaşına uzatdı
Mənim ən böyük arzum budur ki, torpaqlarımızı azad görüm

Əmr cümləsini tapın:

Tapşırıqlar həll edilməlidir
Vaxtınız qədrini bilin
Deyilənlər doğru oldu
Xəbərlər ona çatdırılasıdır
Bu gəlişi bizi təəcübləndirdi

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed