I Bölmə. Fel

Şəxssiz növ. Hissə 1.

Test ID - 52048
Müəllif: Admin (Əlavə edilib: 05.11.2011)

Felin hansı növü təsirsizdən düzəlir təsirsiz olur?

Qayıdış
Şəxssiz
Məchul
Məlum

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Yazılacaq feli felin hansı zamanındadır?

qəti gələcək
qeyri-qəti gələcək
indiki
şühudi keçmiş
nəqli keçmiş

Təsirli felləri təsirsiz fellərə necə çevirirlər

feldən fel düzəldən şəkilçiləri artırmaqla
düzəltmə şəkilçiləri artırmaqla
qrammatik şəkilçiləri artırmaqla
leksik şəkilçiləri artırmaqla
isimdən fel düzəldən şəkilçiləri artırmaqla

Biri sifətdən düzəlmişdir::

bədbinləş
vidalaş
dilləş
sənayeləş
sözləş

Gülüşmək hansı növ feldir?

məlum
məchul
qayıdış
şəxssiz
qarşılıq-birgəlik

Təsdiq və inkar fellər haqqında fikirlərdən biri düzdür:

Felin inkar şəkilçisi – ma, - mə şəkilçisi leksik şəkilçidir
İnkar şəkilçisi – ma, - mə vurğu qəbul edir
Felin təsdiq forması ilə inkar forması qarşı – qarşıya dayanır, bir – birinin əksini təşkil edir
Fellər öz – özlüklərində təsdiq formasında olmur

Felin şəxs və kəmiyyətə görə dəyişməsi haqqında fikirlərdən biri səhvdir:

Felin bildirdiyi hərəkət ayrı – ayrı şəxslər tərəfindən icra edilir
Azərbaycan dilində qrammatik cəhətdən 3 şəxs var
Fellər şəxslərə aid şəkilçilər qəbul etsələr də dəyişmir
Felin şəxs və kəmiyyətə görə dəyişməsini göstərən şəkilçilər şəxs sonluqları adlanır

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:

Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
Nə vaxt? nə zaman? suallarına cavab verir
Çox, az, xeyli zaman zərfləridir
İndi, çoxdan, dünən və s zaman zərfləridir

Ədatların orfoqrafiyası haqqındakı fikirlərdən hansı səhvdir?

Əsas sözlərlə birlikdə tələffüz edilən və bitişik yazılan ədatlar ahəng qanununa tabe olmur
Ədatlar cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və tələffüzə uyğun olaraq ayrı yazılır
Dilimizdəki ədatların üçü aid olduqları sözlə birlikdə tələffüz olunur və sözə bitişik yazılır
Əsas sözlərlə birlikdə tələffüz edilən və bitişik yazılan ədatlar ahəng qanununa tabe olur

Nidalar haqqında fikirlərdən biri yanlışdır:

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir
Nidalar müəyyən hissi hallarla əlaqədar tələffüz edilən sözlərdir
Nidalar təəccüb, qorxu, təəssüf, hiddət və s. kimi hissləri ifadə edə bilir
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə nida deyilir

Hansı cümlədə modal söz işlənməmişdir?

Görünür, düşmən bizim zəif yerimizi bilir
Sirrini dostuna demə, dostunun da dostu var
Deyəsən, yağış yağacaq
Elə danışır, elə bil uşaqdır

Cümlələrdən yalnız biri felin arzu şəklindədir:

Qar yağsa, hava təmizlənər
Gecə də orucluq ayı kimi uzanırdı
Keçmiş günləri xatırlayaq, bir də o günlərə qayıdaq
Barlı ağaclar başlarını aşağı əyir

Hansı bağlayıcılardan sonra vergül qoyulur?

amma, ancaq
çünki, ona görə ki
ona görə də
da, də

Cümlələrdən yalnız birində tabelilik bağlayıcısı yoxdur:

Hərgah bina tikilib başa çatsa, fəhlələr müəyyən qədər istirahət edə bilərlər
Madam ki, gəlibsən, sözünü de
Səs – səmir gəlmirdi, sanki bütün kənd yatmışdı
Onlar çox çalışdılar, ancaq ciddi bir nəticə əldə olunmadı

Sifət və qoşma kimi işlənə bilən sözlər cərgəsini göstərin:

Tək, sonra
Sarı, doğru
Qədər, başqa
Ayrı, özgə

Inkar fellər başqa necə düzəlir?

-ma2
-mı4
deyil
olmaz
heç biri

Hansı cümlədə bağlayıcıdan əvvəl vergül qoyulmalıdır?

Nar hamı üçün faydalı meyvədir hətta bəzi xəstəliklərin dərmanıdır
Əgər dərslərini oxusan, əla qiymətlər alarsan
Bizim kəndimiz də ildən-ilə gözəlləşir
Sona arvad heç nə deməyəcək

Hansı şəkilçilər vasitəsi ilə təsirli fellərdən təsirsiz fellər və yaxud əksinə, təsirsiz fellərdən təsirli fel düzəltmək olar?

Qrammatik şəkilçi vasitəsi ilə
Leksik şəkilçi vasitəsi ilə
Feldən fel düzəldən şəkilçi vasitəsi ilə
Heç biri ilə

Feli sifətin omonim şəkilçilərini göstərin:

-ası, -dıq
-dıq, -an
-ası, -acaq
-dıq, -malı
-mış, -dıq

Hansı felin yalnız bir tərəfi zamana görə dəyişir?

həbs etdi
bitib-tükənməz
atılır-düşür
gülüb-danışmaq
sevib-sevilmək

Hansı cərgədə fellərin hər ikisi təsirlidir?

aldı, geyindi
gülüşdülər, alışdı
udqundu, tutuldu
ruhlandı, alovlandı
yudu, oturdu

Məntiqi ardıcıllığı tamamlayın.
birdən, qəsdən, ..

çoxdan
qarşıdan
ucadan
irəlidən
dəftərdən

Hansı cümlədə tərzi-hərəkət işlənmişdir?

Açıq səmada ulduzları seyr etmək çox gözəldir
Pis uşaq yoxdur, pis tərbiyə var
Allah sizi iti gözdən qorusun
Ovçu ovunu sərrast nişan aldı
Kirpi bir anda sıx kolluqların içində yoxa çıxdı

Birgəlik növ hansı şəxslərdə işlənir?

1 və 2-ci şəxsin təkində
1, 2, 3-cü şəxsin cəmində
3-cü şəxsi təkində
Yalnız 1-ci şəxsdə
Yalnız 1 və 3-cü şəxsdə

Qoşma ismin hansı hallarına qoşulur?

adlıq, yiyəlik, yönlük, təsirlik
adlıq, yiyəlik, yönlük, çıxışlıq
yiyəlik, yönlük, təsirlik, çıxışlıq
adlıq, yerlik, təsirlik, çıxışlıq
yerlik, təsirlik, çıxışlıq

Modal sözlərin quruluşca hansı növləri vardır?

mürəkkəb
düzəltmə
sadə və tərkibi
tərkibi, düzəltmə
düzəltmə, sadə

Qoşmanın digər nitq hissələrindən fərqi nədir

qoşulduğu sözlə birlikdə cümlə üzvü olur
hallarla işlənməsi
sualı olması
nitq hissəsi olması
alınma söz olması
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed