I Bölmə. Fel

6. Felin qrammatik məna növləri. Hissə 1.

Test ID - 48193
Müəllif: Admin (Əlavə edilib: 23.04.2011)

Felin məlum növü ilə əlaqədar fikirlərdən biri səhvdir:

Felin məlum növünün növ şəkilçisi olmur
İlkin vəziyyətdə təsirli fellərin hamısı məlum növdə olur
Bu fellər cümlənin xəbəri olanda mübtəda da həmin felin tələb etdiyi vasitəsiz tamamlıq da öz yerində olur
Məlum növdə olan fellər təklikdə xəbər olanda mübtəda və vasitəsiz tamamlıq asanlıqla müəyyən edilmir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Felə aid fikirlərdən biri səhvdir

hərəkət bildirən sözlərə fel deyilir
felin cümlədə əsas rolu xəbər olmaqdır
felin quruluşca iki novu var
qrammatik cəhətdən geniş termindir

Aşağıdakı zamanlardan hansı hərəkətin indi baş verdiyini bildirir?

keçmiş
indiki
gələcək
qeyri-müəyyən gələcək
qeyri-müəyyən keçmiş

Hansı felin yalnız bir tərəfi zamana görə deyişir?

həbs etdi
bitib-tükənməz
atılır düşür
gülüb danışmaq
sevib-sevilmək

İxtisas sözlər nəyə deyilir?

Müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar olan sözlərə
Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlərə
Səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlərə
Eyni cur yazılan, lakin vurğularına görə fərqlənən sözlərə
Hər hansı bir bölgədə yaşayan bir qrup əhalinin dilində işlənən sözlərə

Feli bağlamanın zərfə aid xüsusiyyətlərindən biri səhvdir?

Qrammatik məna növləri var.
Cümlədə əsasən, zərflik olur.
Necə?,nə tərzdə?,nə zaman? suallarından birinə cavab verir.
Hərəkətin tərzini və zamanını bildirir.
Tərkib əmələ gətirir.

İsimdən düzələn düzəltmə felləri göstərin:

İşlə, dillən, başla, alovlan
Yaxşılaş, ağar, başla, gecik
Bazar, təmizlə, mənimsə
Səpələ, irəlilə, yollan

Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən xüsusiyyətlərdən biri səhvdir:

Müstəqil leksik mənasının olmaması
Qrammatik mənasının olmaması
Ayrılıqda cümlə üzvü olmaması
Heç bir suala cavab verməməsi

Felin gələcək zamanı haqqında fikirlərdən biri səhvdir:

Qeyri – qəti gələcək zaman – acaq2 şəkilçisi ilə düzəlir
Gələcək zamanın iki növü var
Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
Qəti gələcək zaman hərəkətin gələcəkdə icra olunacağının qətiliyini bildirir

Cümlələrdən hansında bağlayıcı işlənmişdir?

Bu insan məhz böyük hisslərlə yaşayan, qanadlanan insandır
Kübra Bikə ilə tələbəlikdən başladığı dostluğu davam etdirir
Bəs kim dərsi daha yaxşı hazırlayıbdır?
Uşaqlar kitab və dəftərlərini yığışdırıb getdilər

Düzgün variantı seçin:

Modal sözlərin qrammatik mənası yoxdur
Modal sözlərin leksik mənası olmur
Şəkilçi qəbul etmir
Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır

Hansı cümlədə feli sifət tərkibi işlənmişdir?

Açılmış vərəqdir açılan səhər,
Qulaq as, gör sənə söyləyir nələr...
Vətən torpağını qoruyan əsgər
Dırnaqla, diş ilə qazıyar səngər
Sözlərindən hansısa qocaya təsir etdi
Gözünü mənə dikib, bir xeyli fikrə getdi
Gözü yumub - açınca, baş açmıram, nə işdi?
Tamamilə həyatım dəyişdikcə dəyişdi

Zərflərdən biri quruluşca düzəltmədir:

İndi
Dəlicəsinə
Səhər
Üzbəüz

Hansı cümlədə ədat işlənmişdir:

Alim də, şair də, dağda çoban da
Deyir mahnısını ana dilində
Bilirik ki, Azərbaycanın böyük gələcəyi var
Bilirsiniz ki, dünyada heç şey yox olmur
Axı sən yaxşı oxumalısan

Vurğusu sonuncu hecaya düşməyən feli tapın.

oxudu
səsləndi
baxırdı
yollanar
bacarır

Təsirsiz feldən düzələn təsirsiz feli göstərin:

yanaşılmaq
tanımaq
qaçırmaq
açılmaq
kəsişmək

Variantların hansında xəbər şəklində olan söz var?

yazdırsa
yazdırdı
yazdısa
yazsaydı

Bu cümlələrdən birində feli bağlamadan sonra vergül qoymaq məqsədəuyğundur:

Rəşid qardaşımın əsgərlikdən qayıtdığını eşidib çox sevindi
Ələsgər bu dəfə də bir şey deməyərək susdu
Ağsaqqal söz deyəndə qulaq asarlar
Namiq hami ilə bir-bir görüşüb sonra oğluna yaxınlaşdı
mən sözümü bitirməmiş sen çıxıb getdin

Aşağıdakı variantlardan biri yanlışdır

-dıq şəkilçisi özündən sonra fel tələb edir
-malı və ası şəkil şəkil şəkilçiləridir
-dıq şəkilçisinin -dığı və -diyi formaları var
Feli bağlamanın tərkib yaratması onun felə aid olan əlamətidir

Qarşılıq növü işi necə icra edir?

birgə
məlum
icbar
qarşı
məchul

Sifət digər nitq hissələrindən nəyə görə fərqlənir?

dərəcəsinin olmasına görə
konkret və mücərrəd olmasına görə
zaman bildirdiyinə görə
şəkilçilərinin olmasına görə

Hansı bağlayıcıdır?

ilə
ancaq
amma
lakin

Analoqu olmayan cərəyan hansıdır?

Qolfstrim
Krosio
Somali
Peru
Benqal

Nida nəyə deyilir?

Sözlər arasında məna çaları yaradır
Sözləri və cümlələri bir-birinə bağlayır
Hiss və həyəcan bildirir
Həyəcan bildirir
Əşyanın hərəkətini bildirir

Nidanın hansı məna növləri var?

nəticə, sevinc, nifrət
qəm-kədər, nifrət, məhdudlaşdırıcı
Qəm-kədər, nifrət, təsdiq
Qəm-kədər, nifrət, çağırış, qorxu, sevinc
Qüvvətləndirici, dəqiqlədirici
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed