Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 6. Hissə 1.

Test ID - 55737
Müəllif: Admin (Əlavə edilib: 27.06.2012)

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)

Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
Biri isim, digərləri isə sifətdir.
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
Hər üç söz sifətdən düzəlmiş isimdir.
Heç birinin sinonimi yoxdur.

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

“şəhər əhalisi o gözəl insanı ləyaqətlə qarşıladı” cümləsindəki isimlər hansı haldadır? Ardıcıllığı ilə göstərin.

yiyəlik, adlıq, təsirlik
adlıq, adlıq, təsirlik
yiyəlik, təsirlik, təsirlik
adlıq, təsirlik, təsirlik
yiyəlik, adlıq, adlıq

Hansı sözə vurğu qəbul etməyən şəkilçi artırılıb?

məktəbli
dostluq
səhərədək
şagirdlər
sonuncu

Hansı mürəkkəb adın yazılışı səhvdir?

Bakı Şəhər İcra Hakimiyyəti
Balçılı Təhsil Mərkəzi
Azərbaycan Respublikasının milli qəhrəmanı
Orxan-Yenisey kitabələri
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri

Biri məntiqi pozur:

qoçaq
çalışqan
xeyirxah
nurani

“1000” quruluşuna görə ........ saydır.

mürəkkəb
tərkibi
sadə
düzəltmə

Frazeoloji birləşmələrdən birinin mənası düzgün deyil:

Vecinə almamaq - saymamaq
Ürəyi ağzına gəlmək- ölmək
Mat qalmaq- son dərəcə təəccüblənmək
ələ vermək- təslim etmək, satmaq

Hərflərin sırası hansında düzgün verilməyib?

A b c d e ə f ğ g
X ı i j k q l m n
P r s ş t u ü
V y z
O ö p r s ş

Rəsmi üslubun ən sərbəst forması hansıdır?

Bəyanatlar
Əmrlər
Qanunlar
Məktublar
Sərəncamlar

Hansı söz çoxmənalı deyil?

ayaq
qol
maşın
kök
dəniz

Qrammatik şəkilçilər necə şəkilçilərdir?

ərəb mənşəli
milli
fars mənşəli
Avropa mənşəli

Durğu işarələri nə ilə bağlıdır?

leksika
sintaksis
orfoqrafiya
morfologiya
orfoepiya

Bir-biri ilə sintaktik əlaqəyə girməyən cümlə üzvlərini müəyyən edin?

tamamlıq-zərflik
mübtəda-xəbər
təyin-xəbər
təyin-zərflik
təyin tamamlıq

Sadə sifətlərdən hansılar yalnız azaltma dərəcəsində olur?

qara, uzun
ayaqyalın, göy
şirin, soyuq
kar, etnik

Verilmiş arxaizmlərin qarşılığı hansı sıradadır? ləşgər, arı, altun, sayru

zəngin, düşmən, igid, aydın
ordu, xəzinə, qırmızı, duru
qoşun, təmiz, qızıl, xəstə
varlı, yuxu, yatmaq, əsgər
yuxu, həşərat, ordu, su

Bəs- sual ədatı nə zaman ədat kimi işlənmir?

Cümlədə kifayət mənasını verdikdə
Ondan sonra fel gələndə
Bağlayıcı olduqda
Xəbər vəzifəsində işləndikdə
O ancaq ədat kimi işlənir

Cümlələrin birində mücərrəd mənalı isim işlənib:

Aydının iki bacısı, bir qardaşı var
Çalışqan şagird ata-anasının üzünü ağ edər
Yüz fikir bir borcu ödəməz
Yaylalarda yaxşı su olur
Dəniz dalğalanırdı

Hansı şəkilçi leksik mənaya malikdir?

la, lan
ar, al
ar, maq
imiz, dir
il, in

2 cür yazılan şəkilçi ilə 4 cür yazılan şəkilçinin fərqi nədir?

hər ikisi qrammatikdir
hər ikisi leksikdir
omonimdir
biri qapalı biri açıq şəkilçidir
yalnız acıqdır

Əsl milli mənşəli hansı sözlər mənsubiyyətə görə fərqli dəyişir?

mən, sən
su, nə
o, bu
biz, siz
kömək, çiçək

Hansı söz sifətin azaltma dərəcəsindədi?

Tünd sarı
Göpgöy
Qırmızı
Sarımtıl
Qara

Hansı cümlədə feli bağlama işlənmişdir?

Səməd oğluna məktub yazdırtdırdı
O qorxusundan evə gəlmək istəmirdi
Qatar yavaş-yavaş tərpənməyə başladı
Dərslərini oxumadan heç yerə getmə!
Hər kəsin öz arzusu istəyi var

"Hər kim mənə bir hərf öyrətsə mən ona qul olaram" kəlamını kim demişdir?

Məhəmməd Peyğəmbər
İbrahim Peyğəmbər
İmam Əli (ə.s)
İmam Cəfər Sadiq (ə.s)
İsa Peyğəmbər

Məntiqi vurğu cümlədə, əsasən, hansı sözün üzərinə düşür ?

bütün sözlərin üzərinə
modal sözlərin üzərinə
baş üzvlərin üzərinə
cümlədəki birinci sözün üzərinə
xəbərdən əvvəl gələn sözün üzərinə

Hansı cümlənin xəbəri mürəkkəb adla ifadə olunub?

Xəzərin bir adı da Quzğun dənizidir.
Sədr mənim təklifimi qəbul etdi.
Bakı küləkli şəhərdir.
Bakı dəniz qırağında yerləşir.
Bakının tarixi çox qədimdir.
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed