III Bölmə. Köməkçi nitq hissələri

19. Qoşma. Hissə 1.

Test ID - 56545
Müəllif: kuyt (Əlavə edilib: 21.07.2013)

Hansı ancaq qoşma kimi işlənir

Üçün
Başqa
Qədər
Savayı
Sarı

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.

Yazılmış sərhlər

Müəllif: Qonaq__15637064 (Əlavə edilib: 08.01.2016 20:51:45)
Həm üçün,həm də savayı ancaq qoşma kimi işlənir.

Felə aid olan fikirlərdən biri səhvdir:

Hərəkət bildirən sözlərə fel deyilir
Felin cümlədə əsas rolu xəbər olmaqdır
Felin quruluşca iki növü var
Qrammatik cəhətdən geniş mənalı termindir

Hansı felin yalnız bir tərəfi zamana görə deyişir?

həbs etdi
bitib-tükənməz
atılır düşür
gülüb danışmaq
sevib-sevilmək

Məsdər haqqındakı fərziyyə yanlışdır?

hərəkət bildirir
təsirli və təsirsiz olmur
təsdiqdə olur
isim kimi hallanır
qoşmalarla işlənə bilir

Məsdərin felə aid xüsusiyyətlərindən biri səhvdir.

Felin təsriflənən formaları ilə eyni leksik mənanı bildirir.
Təsdiq və inkarda olur.
Mənsubiyyətə görə dəyişir.
Təsirli və təsirsiz olur.
Felin müxtəlif qrammatik məna növlərində olur.

Yazılmalı məktub söz birləşməsində yazılmalı sözünün morfoloji təhlili ilə bağlı səhv fikri göstərin

Feli sifətdir
Düzəltmə felə malı-məli şəkilçisini artırılıb.
Sözün başlanğıc forması düzəltmə feldir
Təsdiqdədir
– malı2 felin vacib şəklinin şəkilçisidir

İcbar növ fellər cərgəsini göstərin :

sağalt(maq), inandır(maq)
bitişdir(mək), qızartdır(maq)
güldür(mək), sondur(mək)
yandır(maq), süpürtdür(mək)
tikdir(mək), xəstələndir(mək)

Felin xəbər şəkli haqqında aşağıdakılardan biri səhvdir:

Felin xəbər şəkli hərəkətin müəyyən zaman daxilində icra olunduğunu bildirir
Felin xəbər şəklinin xüsusi qrammatik əlaməti yoxdur
Zaman şəkilçiləri qəbul edir
Zamanlar üzrə dəyişmir

Tərzi hərəkət zərfləri haqqındakı fikirlərdən biri səhvdir:

Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
Zərfin bu növü necə? nə cür? suallarına cavab verir
Birdən, qəflətən, yanakı zərfləri tərzi – hərəkət zərfləridir
Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir

Tabelilik bağlayıcıları haqqında aşağıdakılardan hansı səhvdir?

Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcılarının mənalarına görə 5 növü var
“ Yəni ” aydınlaşdırma bağlayıcısı tabelilik bağlayıcısıdır
Əgər, hərgah, hərçənd, madam və s. tabelilik bağlayıcısıdır

Ədatların orfoqrafiyası haqqındakı fikirlərdən hansı səhvdir?

Əsas sözlərlə birlikdə tələffüz edilən və bitişik yazılan ədatlar ahəng qanununa tabe olmur
Ədatlar cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və tələffüzə uyğun olaraq ayrı yazılır
Dilimizdəki ədatların üçü aid olduqları sözlə birlikdə tələffüz olunur və sözə bitişik yazılır
Əsas sözlərlə birlikdə tələffüz edilən və bitişik yazılan ədatlar ahəng qanununa tabe olur

Səhv variant hansıdır?

Başqa nitq hissələrinə aid sözlər cümlədə ara söz kimi işlənmir və modal məna vermir
Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
Köməkçi nitq hissələri arasında yalnız modal sözlərin müstəqil sintaktik vəzifəsi var
Modal sözlərin məna əsasını modallıq təşkil edir

Əsas nitq hissələrinin köməkçi nitq hissələrindən əsas fərqi:

Leksik mənası olması
Müstəqil suala cavab verməməsi
Şəkilçi qəbul etməməsi
Ayrılıqda cümlə üzvü kimi işlənməməsi

Təsdiq bildirən modal sözlər cərgəsi hansıdır?

Gərək, beləliklə, əlbəttə
Məncə, sözsüz, nəhayət
Əlbəttə, doğrudan, həqiqətən
Bəlkə, demək, xülasə

Nida haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur
Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulur
Nidalar dildə söz yaradıcılığında da iştirak edir
Cümlənin sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur

“ Sonra ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Olmaq felinə aiddir
Zaman zərfidir
Hərəkətin zamanını bildirir

Aşağıdakı fellərdən hansı indiki zamanın hekayəsindədir?

Almışdı
Alırdı
Alacaqdı
Almamışdı

Qarşılıq – birgəlik növdə olan fellər cərgəsini göstərin:

Vuruşmaq, ağlaşmaq, yazışmaq
Döyüşmək, sözləşmək, yapışmaq
Gülüşmək, mələşmək, çalışmaq
Vidalaşmaq, halallaşmaq, fikirləşmək

Vurğusu sonuncu hecaya düşməyən feli tapın.

oxudu
səsləndi
baxırdı
yollanar
bacarır

Nidalar necə yazılır?

bitişik
ayrı
defislə
həm bitişik, həm ayrı
həm ayrı, həm də defislə

Felin qrammatik məna növünü nəzərə alaraq ardıcıllığı davam etdirin

geyindi
döyüldü
gileyləndi
yuyuldu
düşündü

Birgəlik növündə olan fel hansı cümlədə işlənmişdir?

Polislər Cəmilin qolundan bərk-bərk yapışmşıdılar
Mələşmir sürülərək kişnəmir atlar
Bəziləri vəziyyətdən istifadə edib aləmi qarışdırırlar
Ruhum təzələnir məst olur ürək
Qonaqlar görüşdülər

Variantların hansında xəbər şəklində olan söz var?

yazdırsa
yazdırdı
yazdısa
yazsaydı

Inkar fellər ma2 dən başqa necə düzəlir?

mə2
deyil
ır4
heç biri
bütün şəkilçilər vasitəsi ilə

Dilimizdə olan bütün sadə fellər hansı mənşəlidir?

azərbaycan
türk
ərəb
fransız
italyan

Modal sözlər nəyə deyilir?

danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsinə
sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə
sözlərin və cümlələrin bir-birinə bağlayan köməkçi nitq hissəsinə
heç biri

Hansı nümunədə felin əmr şəkli işlədilmişdir

Qoy mən tox olum, özgələr ilə nədir karım
Sular ötəydi dil-dil
Buyruq sizinkidir, adil hökmdar
Mən batırıb əllərimi şəhidlərin al qanına
qızıl damğa vurmalıyam dar alnına

Hansılar mürəkkəb bağlayıcılar deyil?

hərgah, nəinki
halbuki, habelə
amma, çünki
ya da, buna görə

Modal sözlərin quruluşca hansı növləri vardır?

mürəkkəb
düzəltmə
sadə və tərkibi
tərkibi, düzəltmə
düzəltmə, sadə

Feli sifətlə feldən düzələn sifətin fərqi hansıdır?

Fərqi yoxdur
Feli sifət hərəkət bildirir, feldən düzələn sifət əlamət
Feli sifət əlamət bildirir, feldən düzələn sifət hərəkət
Feldən düzələn sifətə inkarlıq şəkilçisi artırmaq olar
Hər ikisinə inkarlıq şəkilçisi artırmaq olar
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed