Cümlə üzvləri

Tamamlıq. Hissə 1.

Test ID - 52216
Müəllif: Admin (Əlavə edilib: 11.11.2011)

Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?

Vətənin keşiyində duranlara qayğı gərəkdir
Tükəz xala tez çırağı yandırdı
Elin sərvətini göz bəbəyi kimi qoruyun
Mətni düzgün oxumağı öyrənin

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Xitab cümlənin ortasında işləndikdə durğu işarələri necə işlənir?

Xitab bildirən sözün hər iki tərəfindən vergül qoyulur
Xitab bildirən sözdən əvvəl vergül, sonra nöqtə qoyulur
Xitab bildirən sözdən nə əvvəl, nə də sonra durğu işarəsi qoyulur
Xitab bildirən sözdən Əvvəl vergül, sonra sual işarəsi qoyulur
Xitab bildirən sözdən əvvəl vergül qoyulur, sonra heç bir durğu işarəsi qoyulmur

Arif dünən Bakıya getmişdi- məntiqi vurğu hara düşür?

Arif
Bakıya
Dünən
Getmişdi
Məntiqi vurğu yoxdur

Hansı cümlədə mürəkkəb xitab var?

Azərbaycan əsgəri bu torpağın üstündə məğrur gəzməlidir.
Ey həyat, sen nə qəribəsən?!
Aylar, illər səssiz-səmirsiz ötüb keçirdi.
Nə məsum baxırsan, dağlar gözəli?!
Qızılgül, ürəyindən nələr keçir?

Təyini söz birləşməsi işlənmiş cümləni göstərin.

Müəllimi məktəbdən vağzalacan şagirdlər ötürdü.
Əhməd qapını taybatay açdı.
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər.
Məktəb həyatı Kamili tamamilə dəyişdirdi
Bülbüllər səhər-səhər ağız-ağıza verib oxuyurdular

Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?

Leksik mənası olmadığına görə
Qrammatik mənası olmadığına görə
Cümlə üzvü olduğuna görə
Azərbaycan dili leksikologiyasında olmadığına görə
Heç bir cavab duz deyil

Təyini söz birləşmələri haqqında fikirlərdən biri səhvdir:

Formasına və məna xüsusiyyətlərinə görə təyini söz birləşmələri üç növə ayrılır
Birinci növ təyini söz birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi əsasən sifətlə ifadə olunur
Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında məna əlaqələri olur

Aşağıdakılardan biri səhvdir:

Sözlərlə söz birləşmələri arasında yaxınlıq var
Söz birləşməsi həm formasına, həm də mənasına görə sözdən fərqlənir
Söz səslərdən, söz birləşməsi isə sözlərdən əmələ gəlir
Həm söz, həm də söz birləşməsi konkret ad bildirir

Hansı nümunədə nəqli cümlə vardır?

Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
Tez olun, tutun Eldarı!
Dünyada əlli milyon azərbaycanlı var
Mən də o günləri yaşasaydım, ah!

Mübtəda ilə bağlı yanlış fikri seçin:

Mübtəda iş görəni, hərəkətin, əlamətin istinad olunduğu canlı və cansız varlıqları, hadisələri mücərrəd anlayışları bildirir
Mübtəda ismin yiyəlik halında olur
Mübtəda kim? nə? hara? Suallarına cavab olur
Mübtəda ismin adlıq halında olur

Sintaktik əlaqələrin hansı növündə sözlərdən biri o birinə tabe olur?

İdarə əlaqəsi
Tabesizlik əlaqəsi
Tabelilik əlaqəsi
Uzlaşma əlaqəsi

Vasitəsiz tamamlıq haqqındakı fikirlərdən hansı düzgündür?

Kimə? nəyə? nə üçün? kimdə? və s. suallara cavab verir
Daha çox ismi xəbərə aid olur
İki cür olur: müəyyənlik bildirən və qeyri – müəyyənlik bildirən
İsmin yönlük, yerlik, çıxışlıq halında olan sözlərlə ifadə olunur

Söz birləşməsi haqqındakı fikirlərdən biri səhvdir:

İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir
Quruluşuna görə iki cür olur
Əsas və asılı tərəfi olur
Həm ayrı, həm defislə yazılır

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?

Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir

Hansı cümlədə cümlə sırası pozulmamışdır?

Axşam narın yağış yağırdı
Zarafatdır bəyəm hökumət işi
Dünən məktəbimizdə gənc şairlərlə görüş keçirildi
Müəllim yeni sözləri ucadan və xüsusi vurğu ilə deyirdi

İsmi birləşməni göstərin:

Anam kimi
Səndən əvvəl
Baharı arzulayaraq
Süd qoxulu körpə

Mürəkkəb xəbərli geniş şəxssiz cümləni tapın:

Fatimənin babası şirkətdə növbə rəisidir
Müharibə başlayanda yayın ilk ayı idi
Arzu dərs əlaçısıdır
Tədris ili mayın otuzunda yekunlaşır

Şəxssiz cümləni göstərin:

Onun kinodan xoşu gəlmir
Qaranlıq yayılırdı
Bura ən zəngin neft yatağıdır
Onu əsgərliyə apardılar

Mürəkkəb adların ixtisarına nə deyirlər?

linqvistika
abreviatura
leksika
substantivləşmə

Yanaşma əlaqəsi hansı cümlədədir?

Müəllim əlaçı şagirdləri təriflədi
Arif dərslərini yaxşı oxuyur
Uşaqlar həyətdə futbol oynayırdılar
Ceyhun siniflimizin əlaçısıdır
Əli dostu ilə səkidə söhbət edirdilər

Söz birləşməsi ilə frazeoloji birləşmənin fərqi nədir?

söz birləşməsi sözdən frazeoloji birləşmə hərfdən ibarət olur
söz birləşməsinin asılı tərəfi isim frazeoloji birləşmənin asılı tərəfi feldən ibarətdir.
söz birləşməsi həqiqi frazeoloji birləşmə məcazi mənada işlənir
söz birləşməsi 2, 3 və s müstəqil sözün birləşməsindən ibarətdir frazeoloji birləşmə isə 2 tərəfdən ibarət olur
söz birləşməsi ilə frazeoloji birləşmənin fərqi yoxdur

Xəbər haqqında səhv fikirləri seçin:

nə etdi? nə oldu? nədir? kimdir? suallarına cavab verir
feli və ismi xəbər var
şəkillər və frazeoloji birləşmələr feli xəbər olur
adlar ismi xəbər olur
təsirlik hal xəbər olur

Əlavələrdə hansı bağlayıcıdan istifadə olunur

həm
məsələn
halbuki
yəni

Yanaşma əlaqəsi hansı təyini söz birləşməsinə aiddir?

2 ci təyini söz birləşməsi
1 ci təyini söz birləşməsi
3 cü təyini söz birləşməsi
1ci və 2ci təyini söz birləşməsi
2ci və 3 cü təyini söz birləşməsi

Mübtəda ilə bağlı yanlış fikri seçin

Mübtəda iş görəni, hərəkətin, əlamətin istinad olunduğu canlı və cansız varlıqları, hadisələri mücərrəd anlayışları bildirir
Mübtəda ismin yiyəlik halında olur
Mübtəda kim? nə? hara? Suallarına cavab olur
Mübtəda ismin adlıq halında olur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed