Cümlə üzvləri

Xitab. Hissə 1.

Test ID - 56576
Müəllif: Qonaq__16913 (Əlavə edilib: 02.07.2013)

Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?

Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
Qızım qapını ört!
Aytac kitabını, mənə ver!
Ey dünya necə, fanisən?!
Ay ellər bir sevda, nəğməsidir o

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?

Leksik mənası olmadığına görə
Qrammatik mənası olmadığına görə
Cümlə üzvü olduğuna görə
Azərbaycan dili leksikologiyasında olmadığına görə
Heç bir cavab duz deyil

Vasitəsiz tamamlıq işlənmiş cümləni göstərin:

Sinif nümayəndəmizi diplomla təltif etdilər
Sinif yoldaşlarımız-oğlanlar və qızlar hərbiyə hazırlaşır
Bacım və mən yola düşdük
Sən kimi gözləyirsən?
Biz birgə kitabxanaya yollandıq

Sual cümləsi haqqında səhv fikri seçin:

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir
Sual cümləsinin işlədilməsində məqsəd ya yeni məlumat almaq, ya da hər hansı məlumatı dəqiqləşdirməkdir
Sual cümləsinin üç növü var
Sual cümləsinin xəbəri əmr şəkli ilə ifadə olunur

Hansı nümunədə sual cümləsi var?

Yenə də hər zaman ürəyimdəki sənsən
İzin ver qolumu salım boynuna
Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan
Qoy gülləri ya qan sulasın, yaxud ədalət

Sual cümləsinə aid olanlardan hansı düzgündür?

Sual cümləsi dialoqlarda daha çox işlənir
Sual cümlələrinin növləri ilə əlaqədar olaraq onlara müxtəlif formalarda cavab vermək olmur
Sual cümlələri adi intonasiya ilə tələffüz edilir
Sual cümlələri başqa cümlə növlərinə nisbətən daha çox işlənir

Səhv fikri göstərin:

Felin təsriflənməyən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir
İfadə vasitələrinə görə xəbərlər iki cür olur
İsim, sifət, say, əvəzlik, məsdər, feli sifət və zərflə ifadə olunan xəbərlərə ismi xəbərlər deyilir
Felin təsriflənən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir

Feli xəbərlə bağlı olan ikinci dərəcəli üzvü göstərin:

Təyin
Zərflik
Tamamlıq
Tamamlıq və zərflik

Səbəb zərfliyinin suallarına aid etmək olmaz:

Niyə?
Nə üçün?
Nə məqsədlə?
Nə səbəblə?

Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?

Vətənin keşiyində duranlara qayğı gərəkdir
Tükəz xala tez çırağı yandırdı
Elin sərvətini göz bəbəyi kimi qoruyun
Mətni düzgün oxumağı öyrənin

Mürəkkəb xəbərli geniş şəxssiz cümləni tapın:

Fatimənin babası şirkətdə növbə rəisidir
Müharibə başlayanda yayın ilk ayı idi
Arzu dərs əlaçısıdır
Tədris ili mayın otuzunda yekunlaşır

Söz – cümlələr haqqındakı fikirlərdən biri yanlışdır:

Bəzi nidalar da təklikdə söz – cümlə kimi işlənir
Söz – cümlələr bir sözdən ibarət olur
Söz – cümlələr əsasən cümlədə xəbər vəzifəsində işlənir
Bəzən ədatlar və modal sözlər dialoqda ayrılıqda işləndikdə söz – cümlə kimi formalaşır

Həmcins üzvlər nəyə deyilir?

bərabərhüquqlu olmayan sözlərə
eynicinsli və bərabərhüquqlu sözlərə
cümlə üzvünə
söz birləşməsinə

Hansı nümunədə ancaq qeyri-təyini ismi birləşmələr var?

kosmosa yol, əlində qələm
dərsə gedən, ürəyi qəmli
uşaqlardan ikisi, evdən çıxarkən
dağın yamacı, məktəbə hazırlıq
sədrin özü, qılıncın gücü

Məsdərlə ifadə olunan mübtəda hansı cümlədədir?

Çeşmək "eynək" sözü ilə sinonimdir
Vətənini sevmək hər bir insanın borcudur
Öyrənmək heç zaman gec deyil
Danışmaq üçün icazə istədilər
Qaymaq satan kişinin səsi hər səhər küçəni bürüyərdi

Xitab nəyə deyilir?

Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə xitab deyilir
Cümlə üzvlərini aydınlaşdıran sözlərdir
Cümlənin aydın ifadə olunmasına kömək edən sözlərdir
Bir-birinə tabe olmayan, birini aydınlaşdırmayan, bərabərhüquqlu sözlərdir

Yanaşma əlaqəsində olan sözlər hansı cümlədədir

Kitabı oxudum
İşdən qorxma, Əhməd!
Yaxşı kitab uzun müddət yaddan çıxmır
Hava işıqlandı
Biz kənddən qayıtdıq

Birinci növ təyini söz birləşmələrində hansı əlaqə olur?

idarə
uzlaşma
yanaşma
hər üçü
heç biri

Hansı birləşmənin daxilində yanaşma əlaqəsi yoxdur?

Sən axşam və səhər çiçəkləri sulayarkən
Axşam dostlarımı qarşılayanda
Füzulinin məşhur "Leyli və Məcnun" poeması
Dağların və çəmənlərin gözəlliyi
Xəzər dənizinin qərb sahili
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed