I Bölmə. Fel

2. Fel haqqında ümumi məlumat. Hissə 1.

Test ID - 76489
Müəllif: Qonaq__324912 (Əlavə edilib: 24.06.2014)

Hansı cümlədə zaman zərfi işlənməyib?

Anam sabah Bakıdan gələcək
Martın 21-i yaz gündönümü başlayır
Mən heç vaxt Muradla görüşməyəcəyəm
Elxan və Həmid Biologiya dərsində mahnı oxuya-oxuya müəllimə cavab verdilər
Telman dünən məktəbə gəlməmişdi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Onlar hansı qoşmalardır ki yalnız cümlə daxilində sinonim olur ?

Bəri, sonra qoşmaları yalnız cümlə daxilində sinonim olur.
Bəri, sonra qoşmaları.
Bəri, sonra qoşmaları.
Bəri, sonra qoşmaları.
Bəri, sonra qoşmaları.

Söhbət açıldı. Bu cümlədə fel hansı zamandadır?

qəti gələcək
qeyri-qəti gələcək
indiki
şühudi keçmiş
nəqli keçmiş

Sari, tərəf qoşmaları hansı mənanı əmələ gətirir.

Bənzətmə
məsafə
istiqamət
zaman
fərqləndirmə

İcbar növ fellər cərgəsini göstərin :

sağalt(maq), inandır(maq)
bitişdir(mək), qızartdır(maq)
güldür(mək), sondur(mək)
yandır(maq), süpürtdür(mək)
tikdir(mək), xəstələndir(mək)

Felin şərt şəkli işlənmiş cümləni seçin:

Tütək tütəyə, ney neyə, saz saza, söz sözə qarışsın
Dağlar yavaş – yavaş yaşıl donunu soyunur
Qar yağsa, hava təmizlənər
İstəyirəm ki, daha yaxşı işləyəm

Təsdiq bildirən modal sözlər cərgəsi hansıdır?

Gərək, beləliklə, əlbəttə
Məncə, sözsüz, nəhayət
Əlbəttə, doğrudan, həqiqətən
Bəlkə, demək, xülasə

Nəticə, ümumiləşdirmə bildirən modal söz işlənmiş cümləni seçin:

Məncə, o, yalan danışmır
Beləliklə, biz oranı tərk etməli olduq
Görünür, düşmən bizim zəif yerimizi bilir
Əlbəttə ki, düz sözə zaval yoxdur

Nidalar haqqında fikirlərdən biri yanlışdır:

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir
Nidalar müəyyən hissi hallarla əlaqədar tələffüz edilən sözlərdir
Nidalar təəccüb, qorxu, təəssüf, hiddət və s. kimi hissləri ifadə edə bilir
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə nida deyilir

Modal sözlərə aid olanlardan yalnız biri düzgündür:

Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir
Modal sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur
«Xülasə » sözü həm isim, həm də modal söz kimi işlənir
Əlbəttə, bəlkə də, doğrudan da sözləri quruluşca sadə modal sözlərdir

Hansı cümlədə kəmiyyətə görə uzlaşma pozulmamışdır?

Bütün adamlar bu barədə danışır
Qadınlar bulaqdan su aparırlar
Odur, bax, orada durublar, onlar deyirdi
Yenə də yamyaşıl geyinir dağlar

Tabelilik bağlayıcıları haqqında fikirlərdən hansı düzgündür?

Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
Tabelilik bağlayıcılarının qrammatik əsası olmur

Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənən sözləri göstərin:

Ancaq, ki, da
Hətta, təkcə, belə
Qoy, bir, belə
İlə, bəs, tək

Həm isim, həm də nida kimi işlənən sözləri göstərin

Bəh, ehey, vay
Ay, vay, ox
Ay, uy, oy
Xox, oy, ox
Of, afərin, aman

Aşağıdakılardan hansı felə xas olan xüsusiyyət deyildir?

Şəxs bildirir
Təsirli və təsirsiz  olur
Konkret və mücərrəd olur
İnkarlıq bildirir

Sözlərdən biri qoşma kimi işlənə bilməz.

sonra
-dək
tək
ötrü
ötəri

Sözlərdən hansılar həm feli bağlama, həm də zərf ola bilər?

iki, çox
sarı, yaşıl
üçün, görə
çaparaq, qaçaraq

Sifətdən düzələn fel hansı sıradadır?

Vəzir xanın dediklərini gətirdi
Ətrafdakı yamaclar göyərmişdi
O, bizə tərəf gəldi
Mən nənəmgildən gəlirdim
O, bu hadisəni yalnız bircə dəfə xatırladı

Gələcək zaman işlənmiş feli göstərin:

Yarpaqlar payızda saralır
Yıxılana balta ilə vurmazlar
Mismarı taxtadan çıxar
Kaş ki, sən deyənə qulaq asaydım
Qayış nə bilir, öküz nə çəkir

Cümlələrdən birində zaman zərfi işlənmişdir

Sükut xeyli çəkdi
Çərkəz onun alışqanı yandırarkən barmaqlarının titrədiyini gördü
Atası yay aylarında furqonla Ağsudan Şamaxıdan yaylaqlara adam daşıyardı
O, qəsdən aradakı məsafəni qısaltdı
Bu xəbəri Əhməd dərhal Cahandar ağaya çatdırdı

"Gəlməsə hər şeyi görməz" cümləsində hansı fel şəkilləri işlənmişdir?

vacib, şərt
şərt, xəbər
əmr, lazım
vacib, arzu
əmr, arzu

İlə qoşması hansı mənanı bildirir?

birgəlik, vasitə
vasitə, bənzətmə
bənzətmə
tərz
müqayisə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed