I Bölmə. Fel

9. Felin təsriflənməyən formaları. Məsdər.. Hissə 1.

Test ID - 49228
Müəllif: Admin (Əlavə edilib: 13.07.2011)

Hansı sırada felin təsriflənməyən formalarının hamısına aid nümunə var?

Çağırmaq, danışır, güldü
Qaça – qaça, gülməyən, qaçdı
Oxumağım, gülə - gülə, dinləməyən
Başlamaq, oxuyan, yazanda

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Felə aid olanlardan biri doğrudur:

təsdiq və inkarda olur
cümlədə rolu tamamlıqdır
iki növü vardır
əşyanın əlamətini bildirir
hallanır

Felin düzgün tərifini göstərin:

Əşyanın adını bildirən nitq hissəsinə fel deyilir
Əşyanın əlamətini və keyfiyyətini bildirən nitq hissəsinə fel deyilir
Hərəkətin əlamətini bildirən nitq hissəsinə fel deyilir
Hərəkət bildirən sözlərə fel deyilir

Təsdiq və inkar fellər haqqında fikirlərdən biri düzdür:

Felin inkar şəkilçisi – ma, - mə şəkilçisi leksik şəkilçidir
İnkar şəkilçisi – ma, - mə vurğu qəbul edir
Felin təsdiq forması ilə inkar forması qarşı – qarşıya dayanır, bir – birinin əksini təşkil edir
Fellər öz – özlüklərində təsdiq formasında olmur

Felin arzu şəklinə aid fikirlərdən hansı səhvdir?

Felin arzu şəkli arzu, istək bildirir
Arzu şəkli çox vaxt gərək sözü ilə işlənir
Arzu şəklinin xüsusi formal əlaməti yoxdur
Arzu şəklinin mənasında gələcək zaman anlayışı var

Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlaməti göstərin:

Şəxsə və kəmiyyətə görə dəyişməmək
Zamana görə dəyişmək
Mənsubiyyətə görə dəyişmək
İsimləşə bilmək

Cümlələrdən hansında bağlayıcı işlənmişdir?

Bu insan məhz böyük hisslərlə yaşayan, qanadlanan insandır
Kübra Bikə ilə tələbəlikdən başladığı dostluğu davam etdirir
Bəs kim dərsi daha yaxşı hazırlayıbdır?
Uşaqlar kitab və dəftərlərini yığışdırıb getdilər

“ İrəlidə ” zərfinin morfoloji təhlilindəki səhvi tapın:

“ da ” yerlik hal şəkilçisidir
Quruluşca düzəltmə zərfdir
Hərəkətin baş verdiyi yeri bildirir
Mənaca yer zərfidir

Aşağıdakı fellərdən hansı indiki zamanın hekayəsindədir?

Almışdı
Alırdı
Alacaqdı
Almamışdı

Verilənlərdən birinin özünəməxsus şəkilçisi yoxdur?

əmr şəklinin
vacib şəklinin
lazım şəklinin
xəbər şəklinin

“ Öyrənmək ” felinin morfoloji təhlilindəki səhvi tapın:

Məchul növdədir
Sadə feldir
Məlum növdədir
Məsdərdir

Hansı cümlədə yer zərfi yoxdur?

Maşın yanımdan çox sürətlə keçdi
Aşağıdan məni çağırdılar
Zaman qarışıqdır, getmə uzağa!
İrəlidə bir qaraltı görünür

Hansı sıradakı sözlər ancaq ədat və bağlayıcıdan ibarətdir?

ancaq, amma, nədir?, nə?
amma, ancaq, niyə?, lakin
onlar, oğlan, siz, kənan
fərid, amma, nə vaxt?, və
və, amma, ancaq, lakin, lap, olduqca, ən

Vurğusu sonuncu hecaya düşməyən feli tapın.

oxudu
səsləndi
baxırdı
yollanar
bacarır

Təsirli fellərə aid olan sözlər...

adlıq haldadır
yiyəlik haldadır
yönlük haldadır
təsirlik haldadır
çıxışlıq haldadır

Hansı cümlədə feli bağlama tərkibi işlənmişdir?

Allah dovşanı cəzalandırmaq istəyəndə ona cəsarət verir
Yaman günə səbr edən yaxşı günə tez çatar
Aygün sevinə-sevinə pilləkənləri cıxmağa başladı
Qabaqda gedən şad xəbər aparır
Onu tanıyan da danışır, tanımayan da

Fel hansı cümlə üzvünün ifadə vasitəsidir?

Mübtəda
Xəbər
Tamamlıq
Təyin
Zərflik

Lazım şəklinin şəkilçisi;

-al,-əl
-a,-ə
-maq,-mək
-ası,-əsi
-sa,-sə

Azərbaycan dilində vurğunun neçə növü vardır?

6-növü
5-növü
4-növü
3-növü
2 növü

Təsirli fel hansıdır?

gəlmək
baxmaq
oxumaq
getmək
ölmək

Məchul növ təsirlidir yoxsa, təsirsizdi?

həm təsirli həmdə təsirsiz
təsirlidən düzəlir təsirli olur
təsirli
təsirsiz
təsirlidən düzəlir təsirsiz olur

Qismən dəfələrlə tamamilə kimi sözlər hansı zərfə aiddir?

zaman zərfi
tərz-hərəkət zərfi
miqdar zərfi
yer zərfi

Zərfin hansı məna növləri isim və sifətlə ortaqdır?

yer zərfi və miqdar zərfi
tərz-hərəkət və yer zərfi
tərz-hərəkət və zaman zərfi
yer və zaman zərfi

Bu cümlələrdən birində feli bağlamadan sonra vergül qoymaq məqsədəuyğundur:

Rəşid qardaşımın əsgərlikdən qayıtdığını eşidib çox sevindi
Ələsgər bu dəfə də bir şey deməyərək susdu
Ağsaqqal söz deyəndə qulaq asarlar
Namiq hami ilə bir-bir görüşüb sonra oğluna yaxınlaşdı
mən sözümü bitirməmiş sen çıxıb getdin

Qoşma necə nitq hissəsidir?

köməkçi
əsas
həm əsas həm köməkçi
xüsusi
həm xüsusi həm köməkçi

Hansı bağlayıcıdır?

ilə
ancaq
amma
lakin

Modal sözlər nəyə deyilir?

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə
İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə

Məlum növün şəkilçisi hansıdır?

Il, il, ul, ül. In, in, un, ün
Dır, dir, dur, dür
Iş, iş, uş, üş
Şəkilçisi yoxdur
Il, il, ul, ül. In, in, un, ün.Iş, iş, uş, üş

İsimləşmiş feili sifət olan cümləni göstərin

Sayanın quluyam, saymayanın ağası
Qürbət görməyən adam vətən qədri bilməz
Çalağan pişik balasının üstünə şığıdı
Bu yerlərin dəyişkən iqlimi var
Sürüdəki keçilərdən biri yaman vurağan idi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed