İlk dərs

§1. Beşinci sinifdə keçilmişlərin təkrarı. Hissə 1.

Test ID - 81958
Müəllif: azər972 (Əlavə edilib: 21.05.2015)

Hansı sıradakı bütün sözlər ahəng qanununa tabedir?

kitab, mahir, məktub
azər, bayram, Emin
murad, bayram, Emin
kitabxana, kompüter, firuzə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Qrammatika özü neçə yerə bölünür?

İsim, sifət
Morfologiya, sintaksis
fel, qoşma
kök, şəkilçi
ümumi, xüsusi

Əvəzliyin hansı məna növü digər nitq hissələri ilə yanaşı əvəzliyin özünü də əvəz edir?

Sual əvəzliyi
Şəxs əvəzliyi
Təyini əvəzlik
İşarə əvəzliyi
Qeyri-müəyyən əvəzlik

Biri düzəltmə söz deyil:

çarıq
sarıq
yamaq
qoruq
yırtıq

Antonimlər nədir?

eyni mənalı sözlər
əks mənalı sözlər
cümlə üzvü
frazeoloji birləşmə
dilçilik

Hansı saydır?

birlik
kitab
birinci
əlaçı
bir-bir

Nitq hissələri nəyə əsasən müəyyən edilir?

İfadə etdiyi leksik mənaya görə
Ümumi qrammatik mənasına görə
Söz tərkibinə görə
Səs və hərf tərkibinə görə
Cümlədə sintaktik vəzifəsinə görə

Sonor samitləri tapın:

M, t, g, k
V, y, z, f
Q, w, r, t
R, s, c, b
L, m, n, r

Sayın qrammatik mənası:

Əşyanın adını bildirir
Əşyanın miqdarını və sırasını bildirir
Hərəkətin miqdarını bildirir
Əlamətin miqdarını bildirir

Numerativ saylar hansı sözlər arasında gəlir?

İşarə əvəzliyi ilə isim
Sıra sayları ilə isim
Sifətlə isim
Müəyyən miqdar sayları ilə isim

Ümumi isimləri göstərin:

Durna, Bakı, kitab, ağac
Lalə, Gəncə, Qəbələ, Arzu
Qəzet, kitab, uşaq, şagird
Xəritə, telefon, karandaş, Lalə

İsmin kəmiyyətcə növləri:

Ümumi və xüsusi
Təsirli və təsirsiz
Sadə və düzəltmə
Tək və cəm

Dilimizdə neçə əsas, neçə köməkçi nitq hissəsi vardır?

5 əsas, 6 köməkçi
6 əsas, 5 köməkçi
5 əsas, 5 köməkçi
6 əsas, 6 köməkçi
Düzgün cavab yoxdur

Yönlük halda “haraya” sualına cavab verən isim hansı cümlə üzvüdür?

tərzi-hərəkət zərfliyi
miqdar zərfliyi
yer zərfliyi
zaman zərfliyi
vasitəli tamamlıq

Adlıq halda olan isim cümlədə hansı cümlə üzvü ola bilir?

mübtəda, xəbər
yalnız mübtəda
mübtəda, xəbər, tamamlıq, təyin
mübtəda, xəbər, təyin,xitab
mübtəda, xəbər, tamamlıq, zərflik, təyin

Dünya dillərinin bir çoxunda işlənən sözlər necə adlanır?

Arxaizmlər
Neologizmlər
Tarixizmlər
Beynəlmiləl sözlər
Dialekt sözlər

Isimlərə qoşulan şəkilçilərin ardıcıllığını müəyyən edin

hal, mənsubiyyət, cəm, xəbər
cəm, mənsubiyyət, hal, xəbər
xəbər, mənsubiyyət, cəm, hal
cəm, hal, mənsubiyyət, xəbər
hal, cəm, mənsubiyyət, xəbər

Sözün ilk hecasını nə zaman sətirdən sətrə keçirmək olmaz?

tərkibində qalın sait olduqda
tərkibi ancaq saitdən ibarət olduqda
tərkibində uzun tələffüz olunan səs olduqda
tərkibində iki samit olduqda
tərkibində həm sait, həm samit olduqda

Əvəzliyin hansı məna növü bütün nitq hissələrini əvəz edir?

Şəxs əvəzlikləri
İşarə əvəzlikləri
Sual əvəzlikləri
Təyini əvəzliklər

Dan2 şəkilçisi hansı halın şəkilçisidir

çıxışlıq
adlıq
yiyəlik
yönlük

O, bu əvəzliklərindən sonra gələn vergül nə vaxt işlənmir?

Mübtəda vəzifəsində olan o, bu əvəzliklərindən sonra əvəzlik, fel və köməkçi nitq hissəsi gələrsə
Vergül qoyulur
Zərf gələrsə, fel və köməkçi nitq hissəsi gələrsə
İsim gələrsə, fel və köməkçi nitq hissəsi gələrsə
Sifət gələrsə, fel və köməkçi nitq hissəsi gələrsə

Mənsubiyyət şəkilçili söz özündən əvvəl nə tələb edir?

Təsirlik hal
Cəm şəkilçili söz
Yiyəlik hal
Heç nə
Yerlik hal

-i şəkilçisi hansı cümlədə mənsubiyyət bildirir?

Sizi çoxdan arzulayırdıq
Adam yaxşını qoyub pisi götürməz
Evi dağılmış, ocağı söndürülmüşdü
Yol şərti işarələrlə göstərilmişdir
O, məktəbi bu il bitirəcək

Hansı bənddə hər iki tərəfi isim olan mürəkkəb söz var?

Boşqab
Dəvəquşu
Sarıköynək
Gec-tez

Deyilişi ilə yazılışı fərqlənən saylar hansıdır?

yetmiş
səksən
əlli altı
dördüncü
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed