İlk dərs

§2. Dilçilik və ya linqvistika. Hissə 1.

Test ID - 83792
Müəllif: Qonaq__8207106 (Əlavə edilib: 08.03.2016)

Hansı söz həm omonim həmdə çoxmənalı söz kimi işlənir?

Divan
Bal
Bel
Çal
Aşıq

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı sözün yazılışı düz, tələffüzü səhvdir?

Mütəxəssis – ( mütəxəssis)
Müsaidə - ( müsa:yidə)
Namünasib –( na:müna:sib)
Müsdəsna – (müstəsna)
Monoloji – ( manaloji)

Aşağıdakılardan hansısı köməkçi nitq hissəsidir?

Zərf.
Bağlayıcı.
Say.
Əvəzlik.

İki sadə sözün birləşməsi ilə əmələ gələn sifət hansıdır:

Cansıxıcı
Sınıqqəlbli
Dadlı – dadlı
Acıdil
heç biri

Sıra sayları hansı şəkilçi ilə düzəlir?

-ci.
-inci, -ıncı
-ca.
-liq.

“Comərd” sözünün fonetik təhlili ilə bağlı səhv cavab hansıdır?

Bir fonetik hadisə var
Ahəng qanunu pozulub
D- samitinin kar qarşılığı işlənib
Səs uzanması hadisəsi var
Vurğu son hecaya düşür

Sifət isimləşərkən hansı xüsusiyyətini itirir?

Cümlədə təyin olmaq
Sualını
Dərəcəsini
Əlamət bildirməsini
İsimin əvvəlində işlənmək xüsusiyyətini

Dilin arxa və ön hissəsində deyilən saitlər hansılardı?

Qapalı, Açıq
Qalın, İncə
Dodaqlanan, Dodaqlanmayan
Heç biri

Sifət isimdən qabaq, yoxsa sonra işlənir?

Qabaq
Sonra
Əlaqəsi heç yoxdur
Ortasında
Bir neçə sözdən sonra

İsimlər cümlədə əsasən olur:

Mübtəda və tamamlıq
Mübtəda və xəbər
Xəbər və təyin
Təyin və zərflik

Nitq hissələri haqqında verilmiş fikirlərdən hansı səhvdir?

Sözlər danışıqları qrammatik xüsusiyyətlərinə görə nitq hissələrini əmələ gətirir
Nitq hissələrini dilçiliyin morfologiya şöbəsində öyrənirlər
Nitq hissələri iki hissəyə bölünür
Bütün nitq hissələri suala cavab verir

İsimləşmiş sifət haqqındakı fikirlərdən biri səhvdir:

İsmin suallarına cavab verir
Cümlədə təyin olur
Hallana bilir
Əşya və ya şəxs bildirir

Hansı cümlədə isim həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul edərək işlənmişdir?

Ana tikəsinin ən yaxşısını balasına saxlayar
Təbiət gözəlliklərini sevməyi öyrənin
Deyəcəklərinizi bu gün deyin
Belə danışmaqla özünü biabır edirsən

"İlıq" sözünün təhlili ilə bağlı fikirlərdən biri səhvdir:

Milli sözdür
Sözdə ahəng qanunu pozulub
Sözdə iki açıq sait işlənib
Necə? sualına cavab verir
Sözdə iki samit var

Ismin yerlik və çıxışlıq halları hansı cümlə üzvü olur

vasitəsiz tamamlıq
vasitəli tamamlıq və tərzi-hərəkət zərfliyi
vasitəli tamamlıq və miqdar zərfliyi
vasitəli tamamlıq və yer zərfliyi
vasitəli tamamlıq və tərzi-hərəkət zərfliyi

adamlar sözü :

təkdədir
cəmdədir
topludur
numerativdir
heç biri

Hansı sözdə vurğu ilk hecaya düşür?

yelkən
yerimək
yeni
yenə
yerli

Qalın saitlərin cərgəsini göstərin

a, ı, ə, i
a, o, u, ü
u, ı, a, o
e, ə, i, ö, ü
o, u, ö, ü

Hansı miqdar sayı daha çox sifətə oxşayır?

Müəyyən miqdar sayı
Qeyri-müəyyən miqdar sayı
Sıra sayları
Kəsr sayları
Heç biri

Tabelilik bağlayıcıları hansılardır?

məsələn, istərsə, həmçinin
o cümlədən, yəni ki, nə də ki
indi ki, ki, və
əgər, madam ki, ilə
çünki, hərgah, bir halda ki

Hansı cingiltili samitlərin kar qarşılığı yoxdur?

l, m, h, k
l, m, n, r
l, m, y, j
k, m, d, r
t, g, x, l

Terminlər(ixtisas sözlər)nəyə deyilir?

yalnız ayrı ayrı bölgə və kəndlərdə işlədilən sözə
müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə
hər hansı istifadə olmayan sözlərə
bir birinə zidd, əks olan sözlərə
mənası hamı tərəfindən anlaşılan sözlərə

Qapaq sözünün fonetik təhlilindəki səhvi göstərin:

5 səsdən, 5 hərfdən ibarətdir.
sözdə 2 sait, 3 samit var
samitlərin üçü də cingiltilidir
saitlərin ikisi də qalın, açıq, dodaqlanmayandırş
vurğu ikinci hecaya düşür
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed