İlk dərs

§1. Beşinci sinifdə keçilmişlərin təkrarı. Hissə 1.

Test ID - 59256
Müəllif: Niza (Əlavə edilib: 13.01.2014)

Hansı ümumişlək söz deyil:

ev
həyət
çay
hava
qənbər

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı isimdir?

Pərviz
göygöz
çirkli
şirin
qaçmaq

İsimdən sifət düzəldən şəkilçiləri göstərin:

-ağan2, -ınc4, -aq2
-lı4, -dakı2, -cıl4
-qın4, -qan2, -ıcı4
-ğun4, -ağan2, -ma2
heç biri

Mürəkkəb sözlər nəyə deyilir?

Əks mənalı sözlərə
Yaxın mənalı sözlərə
İki və daha artıq sözün birləşməsinə
Eyni mənalı sözlərdən
Kökləri bir olan sözlərə

Çoxaltma dərəcəsində olan variantı göstərin

Dənizin ləpələri sahildəki nəhəng qayaları döyəcləyirdi
Xalqımız qocaman sənətkarlar yetişdirib
Torpaqlarımız lap qədim zamanlardan yadellilərin hücumuna məruz qalıb
O, bizimlə bu barədə çox açıq danışdı
Yolun kənarındakı çeşmədən su axırdı

Hansı samitlərin kar qarşılığı yoxdur?

L, m, n, h
M, n, s, k
L, n, r, m
S, d, f, a
D, a, p, y

Hansı cümlədə say sifətin sualına da cavab verə bilər?

İlk dərs günü birincilərin həyəcanı hədsiz idi
Birinci çıxış hamıda maraq oyatdı
Yüzlərlə tamaşaçı onu alqışladı
İnsana sözü bir dəfə deyərlər

"İlıq" sözünün təhlili ilə bağlı fikirlərdən biri səhvdir:

Milli sözdür
Sözdə ahəng qanunu pozulub
Sözdə iki açıq sait işlənib
Necə? sualına cavab verir
Sözdə iki samit var

Beynəlmiləl sözlər hansılardır?

Respublika, prezident, amper, volt və s
Problem, spiker və s
Film, briqada və s
kvorum, kafedra, və s
mandat, parlament və s

Sözlərdən biri səhv yazılıb:

Üzvlük
Ülgüc
Üfüqi
Ümid
Üskük

Ahəng qanunu nəyə deyilir?

Sözdə bir saitin o birinə nisbətə daha qüvvətli deyilişinə
Sözün asanlıqla bölünə bilən hissəsinə
Sözdə qalın və ya incə saitin bir birini izləməsinə
Deyilişi və yazılışı eyni olan, mənası fərqli olan sözlər
Əks mənalı sözlər

"Çimərlik" sözünün fonetik təhlili ilə bağlı doğru cavabı göstərin.

Ahəng qanununa tabe deyil
vurğusu ikinci hecaya düşür
[k]-kar samitidir, cingiltili qarışığı [g] samitidir
sözdəki [m], [r], [l] cingiltili, [c], [k] kar samitlərdir
sözdə iki [r] samiti var

Hansı söz ahəng qanununa tabe deyil?

qayçı
bacı
qardaş
mahir
yağış

Hansılar kəsr sayı mənasında işlənə bilər?

əlli-atmış, qırx-əlli, beşdən biri
LXX, XX, M
rüb, faiz, çərək
xeyli, çoxlu, faiz
çərək, onlarla, yüzlərlə

Toplu isimlər cəm şəkilçisi qəbul edir? Hansı toplu isimlər lar; lər şəkilçisi qəbul edir?

bəli edir
bir toplu isimdən başqa "camaat" toplu isimindən başqa
ilxı; sürü və s
mal-qara

Hansı cümlədə “onlarla” sözü say kimi işlənmişdir?

Sən bu gün onlarla getməlisən.
Sən əvvəl onlarla məsləhətləş, sonra qərar ver
Onlarla heç vaxt getmərəm
Bu gün kitabxanaya onlarla əlyazma gətirildi

Aşağıdakı sifətlərdən hansını insan haqqında işlətmək olmaz?

Yaşlı
Qaraşın
Kürən
Sarımtraq
sarışın

Aşağıdakılardan biri ismə aid edilə bilməz

Tək və cəm olur
Mənsubiyyətə görə dəyişir
Hal şəkilçisi qəbul edir
Zaman görə dəyişir
Konkret və mücərrəd olur

Hansı sözdə cingiltili samitlər yanaşı işlənmişdir?

ehtiyatlı
saxtakar
darvaza
sanksiya
hətta

Hansı hallar bir birinə qarşılıq təşkil edirlər

adlıq yerlik
çıxışlıq yönlük
sifət adlıq
yönlük təsirlik
qeyri müəyyən təsirliknən, yiyəlik

Kökü fel olan, isimdən düzəlmiş sifəti göstərin:

gödək
əsəbiləşən
qorxusuz
qarışıq
inciklik

Hansı dialekt sözdür?

Kompüter
Sifət
Becid
Kitab
Ağac

Cümlələrin yalnız birində sifət işlənmişdir:

Maşınımız torpaq yolla hərəkət edirdi
O, əyninə dəri palto geyinmişdi
Pəncərədən küçəyə gur işıq yayılırdı
Gümüş kəmər ona yaraşırdı
Ana yun şalı çiyninə saldı

Hansı cərgədəki sözlərdə saitlər uzun tələffüz olunur?

Zakir, Vahid, təsir
Arzu, Alim, məna
meşə, elan, qəşəng
ailə

İsti sözünün fonetik təhlili ilə bağlı səhv cavabı göstərin:

yazılışı ilə deyilişi fərqlənir
sözdə bir kar samit işlənmişdir
iki incə, qapalı, dodaqlanmayan sait vardır
ikihecalıdır, vurğu son hecaya düşür
ahəng qanununa tabe deyil

"Bağda bir neçə ədəd zeytun ağacı əkdik" cümləsindəki sayın morfoloji təhlilinə aid hansı fikir səhvdir?

Qeyri - müəyyənlik bildirir
Miqdar sayıdır
Neçə? sualına cavab verir
Quruluşca mürəkkəb saydır
Numerativ sözlə işlənmişdir
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed