Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 84615
Müəllif: kokshin (Əlavə edilib: 07.04.2015)

Heca nəyə deyilir?

Sözlərin sətirdən sətrə keçməsinə
Tələffüz zamanı sözün bir hissəsinin digərinə nisbətən qüvvətli deyilməsinə
Tələffüz zamanı sözlərin asanlıqla bölünməsinə
Sait səslərin bir-birini izləməsinə
Samit səslərin bir-birini izləməsinə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Biri təsirsizdir;

Yaz
Bil
Oxu
Oyna
Ver

Biri mürəkkəb zərfdir:

Gəlhagəl
Qaçaqaç
Basabas
Taybatay

Qeyri-müəyyənlik bildirən təsirlik hala aid edilmiş fikirlərdən biri yanlışdır:

Xüsusi qrammatik şəkilçisi yoxdur.
Nə? sualına cavab verir.
Təsirli feldən əvvəl işlənir.
II növ təyini söz birləşməsinin I tərəfi kimi çıxış edə bilir.
Cümlədə qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində işlənir.

Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?

Hər ikisi ismin yerində işlənir.
Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
Cəmlənmə imkanları hər ikisində məhduddur.
Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.

Aşağıdakı şəkilçilərdən hansı feli bağlama şəkilçisidir?

1.-ıb
2.-acaq
3.-sa
4.feli bağlamanın şəkilçisi yoxdur.

Hansı söz hecalara düzgün ayrılmamışdır?

Məş-ğu-liy-yət
Məş-ğul
Möh-tə-viy-yat
Fil-o-loq
Na-mə-lum

Birinin tələffüzü düzgün verilməmişdir:

teatr [tiyatr]
kooperativ [k'aperativ]
müasir[ma:sir]
maneə[maniyə]
xala oğlu[xaloğlu]

Hansı köhnəlmiş sözdür?

doqqaz
hodaq
becid
nalça
nimdər

Ahıl sözünün sinonimi hansıdır?

yaşlı
gənc
mərd
ağıllı
saqqallı

Müəllimlik necə isimdir?

mücərrəd
konkret
cəm
xüsusi
toplu

Zərf hansı nümunədə təsriflənməyən felə aiddir?

Dayanacaqda xeyli gözlədik
Diqqətlə oxumaqdan hamının xoşu gələr
Dünən Şirvana getməli idik
Sahilə getmək bizim də təklifimiz idi
Bakıda oxumaq ərəblərin də arzusudur

Fikirlərdən biri səhvdir

İsimləşmiş say morfoloji cəhətdən say hesab olunur
Elə belə sözləri tərzi hərəkət zərfidir
“Açıq-aydın” sözü adi dərəcədə olan sifətdir
Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir
O işarə əvəzliyindən sonra vergül qoyulmur

Elə sözü hansı cümlədə ədatdır

Elə oxu ki, mən də eşidim
Elə adamlar həmişə uzunömürlü olurlar
Elə mən də ona inanıram
Elə yaz ki düz çıxsın
Elə iş gör ki başqaları da ibrət alsın

Hansı nümunədə həmcins cümlə üzvü yoxdur?

O həm gələndə təəccübləndi, həm də çıxanda məni adam yerinə qoymadı
Bütün şəhərlər: inkişaf etmiş, inkişaf etməkdə olanlar mənim marağımdadır
Həyatımda olan ən qiymətli, ən əvəzedilməz insansan
Gedin, gedin buralardan!
Görünür, həm ağıllıdır, həm də mədəni

Üst paleolit düşərgələrinə daha çox rast gəlinmişdir

Kəlbəcər və Xaçmazda
Qarabağ və Qazaxda
Naxçıvan və Zaqatalada
Abşeron və Qubada
Naxçıvan və Xaçmazda

Heca nə ilə müəyyən olunur?

saitlə
samitlə
hərf sayına görə
ilk hərfin sait və ya samitlə başlamasına görə
qoşa hərflərə görə

Biri feilin təsriflənməyən formasındadır:

aparır
görüşdükdə
saxladı
bağışladı
danışacağam

Məsdərə aid edilənlərdən biri səhvdir:

Mənsubiyyət şəkilçisi qəbul edir
Hallanır
Cəmlənir
III növ təyini söz birləşməsinin tərəfləri kimi çıxış edə bilir
Mübtəda, tamamlıq vəzifəsini daşıya bilir

Ahəng qanunu pozulsa da əsl Azərbaycan mənşəli sözdür

şagird
işartı
övlad
əlaqə
stəkan

"Hər kim mənə bir hərf öyrətsə mən ona qul olaram" kəlamını kim demişdir?

Məhəmməd Peyğəmbər
İbrahim Peyğəmbər
İmam Əli (ə.s)
İmam Cəfər Sadiq (ə.s)
İsa Peyğəmbər

Hansı cümlənin xəbəri mürəkkəb adla ifadə olunub?

Xəzərin bir adı da Quzğun dənizidir.
Sədr mənim təklifimi qəbul etdi.
Bakı küləkli şəhərdir.
Bakı dəniz qırağında yerləşir.
Bakının tarixi çox qədimdir.
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed