Çiçəkli bitkilərlə ümumi tanışlıq

§1. Biologiya canlılar haqqında elmdir. Təbiətdə, xalq təsərrüfatında və insan həyatında bitkilərin əhəmiyyəti. Hissə 1.

Test ID - 77991
Müəllif: fidan2001m (Əlavə edilib: 28.10.2014)

Hələ çiçək açmamış öz-özünə tozlanan bitki:

noxud
buğda
lobya
kələm
heç biri

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı bitkilərin kökləri şaxələnən uzun mil formasındadır?

Zəncirotu, paxla, cəfəri
Yemiş, qarpız, kaktus
Zəfəran, qarğıdalı, günəbaxan
Cəfəri, qarpız, zəfəran

Ağızcıq nə zaman açıq vəziyyətdə olmur?

Səhər
Günorta
Axşam
Gecə

Qın nəyə deyilir?

Yarpaq qaidəsi genələrək gövdəni novça kimi qucaqlamasına
Payız vaxtı yarpaqların tökülməsi hadisəsinə
Saplağı olmayan yarpaqlara
Uzun saplağı olan yarpaqlara

Fikri tamamlayın: Fotosintez nəticəsində .....

Atmosferə karbon qazı buraxılır.
Bitkilərin qidalanma prosesi çətinləşir.
Bitkilər cücüləri özlərinə cəlb edirlər.
Atmosferə sərbəst oksigen qazı buraxılır.

Birillik bitki hansıdır?

fıstıq
itburnu
turp
qarğıdalı
qaraçöhrə

Hansı giləmeyvədir?

üzüm
kələm
fındıq
turp

Hansı bitkilərin toxumları zülal maddəsi ilə daha zəngindir?

çovdar, günəbaxan, soya və noxudun
günəbaxan, qoz, pambıq və kətanın
noxud, lobya, soya və mərcinin
arpa, buğda, qarğıdalı və vələmirin

İki yeni hüceyrə necə əmələ gələ bilər?

Xromosom sayca hüceyrədə çoxaldıqca
Nüvənin və hüceyrənin bölünməsi ilə
Tədricən hüceyrə qocaldıqca
Hüceyrənin böyüməsi ilə

Sarımsağın gövdəsi:

dikdurandır
lianşəkillidir
dibcikdir
sürünəndir
dırmaşandır

Soğanağın yeraltı gövdəsi nə adlanır?

Kökümsov
Gövdə yumrusu
Hava köklər
Dibcik

Pambıq tayalarına niyə nəfəslik qoyulur?

İnkişaf etsin
Məhsuldarlıq daha da artsın
Tənəffüs edə bilsin
Qızışma olmasın

Sitoplazmanın hərəkəti yarpağın hansı hissələrində yaxşı görünür?

Orta hissəsində, damarların yaxınlığında
Bir-birinə söykənmiş hüceyrələrdə
Hüceyrəarası maddədə
Yarpağın təpə tumurcuğunda

Mitoz üsulu ilə hüceyrələrin bölünməsini harada müşahidə etmək olar?

Zoğların böyümə nöqtəsində və köklərin ucunda
Nüvə və nüvəcikdə
Hüceyrəarası maddədə
Yalnız köklərin ucunda

Hansı qaz yanmağa kömək edir?

Karbon
Azot
Oksigen
Hər üçü

Ələyəoxşar borular nədir?

Şəklidəyişmiş ağızcıq
Şəklidəyişmiş zoğ
Şəklidəyişmiş lif
Şəklidəyişmiş kök

Kökü meyvəlilər verilmiş sıranı tapın?

söyüd
çuğundur
səhləb
banyan
batat

Külək vasitəsilə tozlanmanın xarakteristikası hansıdır:

Gözəl qoxu, görünüş, nektarlığın olması
Erkəkciklərdə tozcuğun çox olması, tozcuğun yüngül olması, sırğa və süpürgə çiçək qrupunda toplanması
İkievli olması, erkəkciyin dişiciyin üzərində olması
Birevli olması, ikisinin də eyni vaxtda yetişməsi

Antosianın qırmızı rəng verdiyi bitki:

Çiyələk
Qızılgül
Pomidor
Qarpız

Xloroplastlar nədir?

Yaşıl hüceyrə
Qırmızı hüceyrə
Sarı hüceyrə
Orqanoid
Leykoplast

Hansı bitkinin çiçəkləri tək-tək yerləşir

gilasın
çobanyastığının
şaftalının
günəbaxanın
inciçiçəyinin

Süpürgə çiçək qrupuna hansı bitki daxildir?

yonca
qarğıdalının erkək çiçəkləri
qarğıdalının dişi çiçəkləri
günəbaxan
bağayarpağı

Hansı ikiləpəli bitkidə ehtiyat qida maddələri rüşeymi əhatə edən endospermdə yerləşir?

Buğdada
Quşəppəyində
Üçrəng bənövşədə
Soğanda
Lobyada

İri toxumlar:

Dayaz əkilməlidir
Həmişə erkən yazda səpilir
Daha dərin əkilməlidir
Yalnız gilli torpağa əkilməlidir

Əgər erkəkciyin tozu dişiciyin ağzına qədər çatıbsa1 və erkəkciyin tozu dişiciyin yumurtalığına çatıbsa2 onda bitkidə nə baş verir

1 tozlanma
2 mayalanma
1 mayalanma
2 meyvə yetişəcək
1 yumurtalıq məhv olur
2 meyvəyanlığı inkişaf edir
1 gülün bir çox çiçək tacı açması
2 yumurtalıqdan toxum inkişaf etməsi

Aşağıdakılardan hansılar vegetativ çoxalmaya aid deyil?

Çiliklə çoxalma
Bığcıqla çoxalma
Calaqla çoxalma
Yumurta qoymaqla çoxalma
Soğanaqla çoxalma

Latreya hansı bitkilərin köklərində parazitlik edir?

fındıq qaraçöhrə söyüd
palıd qarağac cökə
fındıq qarağac söyüd
palıd qarağac fındıq
fındıq fıstıq vələs

Su və mineral maddələr bitkinin hansı orqanında toplanır?

bitkinin kökündə
bitkinin gövdəsində
bitkinin yarpağında
bitkinin tumurcuğunda
bitkinin bütün orqanlarında
......