Mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri. Hissə 1.

Test ID - 83730
Müəllif: Rashad_Abızada (Əlavə edilib: 05.02.2016)

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı mürəkkəb cümlə deyil?

Səlmanın qorxusundan gözləri hədəqəsindən çıxmış, rəngi saralmışdı
Yaz gəldi, hər tərəfdə torpaq onun ilıq nəfəsi ilə qızınmağa başladı
Həm uşaqları çağırmışıq, həm də onların valideyinlərini
Oğru da mənəm, doğru da?
O, qapıdan içəri girəndə ayağa durduq, keçib əyləşəndən sonra biz də oturduq

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?

Uşaq anasının qucağından dartınıb düşmək istəyir, ana buraxmırdı
Fuad dərin fikrə getdi: bu işi kim etmiş olar?
Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır
Gah güclü yağış yağır, gah da gün çıxırdı

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Mübtəda budaq cümləsi baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir
Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır
Mübtəda budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir
Səndən nə soruşurlar, cavab ver – cümləsi mübtəda budaq cümləsidir

Biri bağlayıcısız tabesiz mürəkkəb cümlədir:

Bakı böyüyür, inkişaf edir
Ancaq Adil oxuyur, başqaları oxumurlar
İstəsən, gedərsən
Soruşdummu, cavab ver

Tabeli mürəkkəb cümlədə işlənən bağlayıcı sözlər haqqında hansı fikir səhvdir?

Bağlayıcı sözlər köməkçi nitq hissəsidir
Bağlayıcı sözlər ədatlarla da işlənir
Bağlayıcı sözlər müxtəlif cümlə üzvləri olur
Bağlayıcı sözlərlə bağlanan budaq cümlələr baş cümlədən əvvəl gəlir

Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlədən əvvəl gəlmişdir?

Rəis əmr etmişdi ki, ikinci qurğudakı işlər müvəqqəti dayandırılsın
Kənd tanıyıram ki, hələ də asfalt yolu yoxdur
Yağış təzəcə kəsmişdi ki, ana qaranquş yuvadan uçub yem axtarışına çıxdı
İlk dəfə idi ki, Elçin qonaqları qarşılayırdı

Zərflik budaq cümləsində budaq cümlənin baş cümlədə ifadə olunan hal və hərəkətlərin məqsədini bildirdiyi cümləni seçin:

Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına qatsın
Şagird suallara yaxşı cavab verdi, ona görə ki, ciddi hazırlaşmışdı
Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir
Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır

Ki bağlayıcısı ilə işlənən tabeli mürəkkəb cümləni göstərin:

Məktəbi qurtardınmı, işə başlamaq lazımdır
Yaz gəldimi, havalar istiləşir
Mən bu hadisəni heç kimə danışmadım, çünki heç kim buna inanmaz
Bələdçi gəlib soruşdu ki, yenə gəzəcəksinizmi

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?

Qarşılıq – güzəşt budaq cümləsi
Şərt budaq cümləsi
Təyin budaq cümləsi
Xəbər budaq cümləsi

Mən otaqdan çıxmaq istəyəndə bir nəfər içəri girdi-cümləsini mürəkkəb cümləyə çevirsək, nə budaq cümləsi yaranar?

xəbər budaq cümləsi
tamamlıq budaq cümləsi
zaman budaq cümləsi
yer budaq cümləsi

Biri mürəkkəb cümlənin qrammatik təhlil qaydaları sırasında verilə bilməz.

Mürəkkəb cümlənin novu: tabeli və tabesiz
Əlaqə vasitələri: intonasiya və bağlayıcı vasitələr
Məna əlaqələri
Cümlədə rolu

Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin əsas göstəriciləri hansı tabesizlik bağlayıcılarıdır?

inkarlıq - birləşdirmə - qarşılaşdırma
yalnız inkarlıq
birləşdirmə - aydınlaşdırma
inkarlıq - iştirak - birləşdirmə
iştirak - aydınlaşdırma

Hansı cümlədə durğu işarəsinin yeri yanlışdır?

Kimə ki məktub gəlirdi, o, hədsiz dərəcədə sevinirdi
O haraya ki, gedir uşağı da özü ilə aparir
Nə zaman demişdiniz, o zaman da gəlmişəm
Bir halda ki gəlmişəm, sözünü de
Üzünə baxmaram, əgər sözümdən çıxsan
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed