Natiqlik sənəti

Natiqlik sənəti. Hissə 1.

Test ID - 47509
Müəllif: Admin (Əlavə edilib: 31.03.2011)

Jest haqqında deyilənlərdən biri səhvdir:

Nitqin təsir gücünü, emosionallığını artırır
Hər bir jest ölçülüb – biçilməli və ondan yerində istifadə edilməlidir
Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur
Jest üz əzələlərinin mənalı hərəkətinə deyilir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.

Yazılmış sərhlər

Müəllif: pifaqor (Əlavə edilib: 30.09.2014 23:56:12)
jest əl-qol hərəkətləridir.

"Irlandiya" sözü ilə "yazarkən" sözündə vurğu neçənci hecaya düşür?

1-ci hecaya düşür.
2-ci hecaya düşür.
3-cu hecaya düşür.
4-cu hecaya düşür.
5-ci hecaya düşür.

Əşyəvi yazı dedikdə nə başa düşürsünüz?

fikrin şəkillərdə ifadəsi
fikrin əşyalarda ifadəsi
fikrin səslərlə ifadəsi
fikrin sözlə ifadəsi
yazının bütün növlərinin ifadəsi

Mimika nədir?

əl – qol hərəkətləri
bədii natiqlik
üz əzələlərinin mənalı hərəkəti
nitq etiketləri

Natiqlik sənətinin əsas tələblərindən biri səhvdir:

Mümkün qədər geniş danışmaq
Düzgün, dəqiq və gözəl danışmaq
Nitqin intonasiyasına, ritminə fikir vermək, ritmin tələblərinə uyğun bədən, baş və əl – qol hərəkətləri etmək
Nitqə əvvəlcədən hazırlaşmaq

Yazının ən mükəmməl, ən çevik forması hansıdır?

Fonoqrafik
İdeoqrafik
Sillabik
Piktoqrafik

Frazeoloji vahidlər haqqında aşağıdakılardan biri səhvdir:

Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur
Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir
"Nənəsinin nəsihəti Arifin bir qulağından girib, o biri qulağından çıxdı" cümləsi frazeoloji birləşməyə  bir  nümunədir.

Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm leksik

Dil və nitq haqqında aşağıdakılardan biri səhvdir:

Nitq əsasdır, dil ondan törəmədir
Dil tarixən çox az dəyişikliklərə uğrayır
Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
Nitq dilə nisbətən dəyişkəndir

Nitqin düzgün tərifini tapın:

Nitq – ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir
Nitq – ünsiyyət prosesidir, bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır
Nitq – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
Nitq ünsiyyət vasitəsidir

Fikirlərdən hansı yanlışdır?

Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə nitq normaları deyilir
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Ədəbi dil - milli dilin müəyyən qayda – qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır
Nitq ünsiyyət vasitəsidir

Norma nəyə deyilir?

Sözün fonetik tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə
Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə
Milli dilin müəyyən qayda – qanunlara tabe olan nitq formasıdır
Xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır

Dil haqqındakı fikirlərdən biri səhvdir:

Ünsiyyət vasitəsidir
Dil tarixən çox dəyişkəndir
İctimai hadisədir
Dil yalnız insana məxsusdur, heyvanlarda səs dili olmur

Nitq mədəniyyətinin əsasını nə təşkil edir?

təbəssümlü, xoş rəftar olmaq
jestlərdən istifadə etmək
ədəbi dil normalarına əməl etmək
natiqlik sənətinə yiyələnmək

Biri Azərbaycan ədəbi dilinin norması deyil:

Fonetik
Leksik
Qrammatik
Piktoqrafiq

Nitq istisnaları nədir?

Ədəbi dil normasının pozulması
Ədəbi dildəki qeyri – normativ hallar
Müəyyən ədəbi dil normasının qeyri – məhdud işlənməsi
Ayrı – ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə

Uyğun variantı seçin:

Ritorika - ədəbi dilin normaları
Mimika – nitqə uyğun əl – qol hərəkətləri
Nitq istisnaları - ədəbi dildəki qeyri – normativ hallar
Jest – üz əzələlərinin mənalı hərəkəti

Azərbaycan nümayəndə heyətinin üzvünün Avropa Şurasındakı çıxışı natiqliyin hansı sahəsinə aiddir?

Siyasi natiqlik
İşgüzar natiqlik
İnzibati – idarə natiqliyi
Akademik natiqlik

Fonetik norma nə vaxt pozulur?

Cümlədə söz sırası pozulduqda
Mübtəda və xəbər arasında uzlaşma pozulduqda
Orfoqrafik, yaxud orfoepik norma pozulduqda
Məntiqi vurğunun yeri dəyişdikdə

Azərbaycan Respublikasında bütövlükdə latın qrafikasına keçilməsi nə vaxta qədər təmin edilmişdir?

12 noyabr 1995 – ci ildə
22 dekabr 1992 – ci ilə qədər
1 avqust 2001 – ci ilə qədər
28 may 1918 – ci ilə qədər

Verilənlərdən biri arxaizmdir:

Batman
Darğa
Tanıq
Koxa

Dilçilik haqqındakı fikirlərdən yalnız biri düzdür:

Bədii əsərlərin dilində dialekt sözlərə rast gəlmək olur
Yazının ən son və müasir növü piktoqrafik yazıdır
Azərbaycan dilinin elmi qrammatikasını Əliheydər Orucov yazmışdır
Azərbaycan milli dili XII əsrin sonlarında formalaşmışdır
Müasir həyatımızda piktoqrafik yazının izlərinə rast gəlmək olmur

Sözlərin mənşəyini dilçiliyin hansı sahəsi öyrənir

Morfologiya
Fonetika
Orfoepiya
Etimologiya
Leksikologiya
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed