Cümlə üzvləri

Cümlənin baş üzvləri. Hissə 1.

Test ID - 44658
Müəllif: GECE_GUNESI (Əlavə edilib: 09.04.2013)

"Kitabın üzü cırıq idi" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?

isimlə
1-ci növ təyini söz birləşməsi ilə
3-cü növ təyini söz birləşməsi ilə
2-ci növ təyini söz birləşməsi ilə
feli birləşmə ilə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

“Dostumla birgə evə sarı getdik” cümləsində söz birləşməsi hansıdır?

dostumla birgə
evə sarı
dostumla birgə evə sarı
dostumla evə sarı
yoxdur

Hansı nümunədə nəqli cümlə vardır?

Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
Tez olun, tutun Eldarı!
Dünyada əlli milyon azərbaycanlı var
Mən də o günləri yaşasaydım, ah!

Əmr cümləsinə aid olmayan fikri seçin:

Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir
Əmr cümləsinin xəbəri felin əmr şəkli ilə ifadə olunur
Felin əmr şəkli ilə əmr cümlələri arasında məna və qrammatik cəhətdən əlaqə yoxdur
Felin əmr şəklinin mənaları əmr cümlələrində dəqiqləşir

Vasitəsiz tamamlıq haqqındakı fikirlərdən hansı düzgündür?

Kimə? nəyə? nə üçün? kimdə? və s. suallara cavab verir
Daha çox ismi xəbərə aid olur
İki cür olur: müəyyənlik bildirən və qeyri – müəyyənlik bildirən
İsmin yönlük, yerlik, çıxışlıq halında olan sözlərlə ifadə olunur

Tərzi – hərəkət zərfliyi haqqındakı fikirlərdən hansı yanlışdır?

Hərəkətin tərzini bildirir
Əsas qrammatik sualı necə? sualıdır
Zərfliyin bu növü tərzi – hərəkət zərfləri ilə, sifətlə, feli bağlama ilə, qoşma qəbul etmiş isimlə ifadə olunmur
Cümlədə hərəkət bildirən cümlə üzvünə aid olur

Yer zərfliklərinə aid etmək olar:

Nə qədər? sualına cavab verir
İş və hərəkətin tərzini bildirir
Nə dərəcədə? sualına cavab verir
Yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələrlə ifadə olunur

Hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir?

Bura mənim vətənimdir – Azərbaycandır
Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi
O, kəndimizə yaz aylarında – gül – çiçək fəslində gəlmişdi
Qızım, Aysel, yaxına gəl

Birinci növ təyini söz birləşməsinə aid deyil:

Bu birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
İkinci tərəfi, adətən, isimlə ifadə olunur
Tərəfləri arasında bir sıra məna əlaqələri olmur
Birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə olunur

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Şəxssiz cümləni göstərin:

Bu gün kəndə getdilər
Səni çoxdan gözləyirdim
İlin son günü idi
Dostlar hər dərdimizə şərik çıxdılar

Biri şəxssiz cümlə deyil:

Muradın özünün də başı bəlalı idi
O zaman bütün Qafqazda qarışıqlıq idi
İndi hava qaranlıqdır
Səlim ağanın dişi bağırsaqlarını kəsirdi

Ara sözün işləndiyi cümləni göstərin:

Sənin dediklərin tamamilə düzdür
Düzdür, riyaziyyatdan bir az anlayıram
Yəqin etdim ki, sən düz demirsən
Güman gələn yerləri ələk – vələk etdilər

Xitab və ara sözlər cümlə üzvləri ilə necə bağlıdırlar?

Mənaca bağlıdır
Sintaktik cəhətdən bağlıdır
Qrammatik cəhətdən bağlıdır
Heç bir bağlılıqları yoxdur

Aşağıdakılardan biri söz birləşməsi deyil:

bir kitab
daxil olmaq
incə sənət
yol kənarı
xalça toxumaq

Aşağıdakılardan hansı söz birləşməsidir?

çalışqan şagird
dəstək olmaq
çalışqan şagirddir
dəstək olarıq
stolun üstündə

Söz birləşmələri haqqında yanlış fikri seçin

sözlərdən əmələ gəlir
sintaktik vahiddir
lüğətlərdə verilir
sadə düzəltmə və mürəkkəb olur
sözlərə nisbətən konkretdir

Hansı sual cümləsi sual ədatının köməyi ilə yaranmışdı

Azad axşam gələcək?
Siz məgər belə danışmışdınız?
Onun işi çoxdur?
Sən niyə zəng etmədin?
Nə vaxt qayıdırsan?

Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!
cümləsi hansı cümlə növündədir?

Sual cümləsi
Nida cümləsi
Nəqli cümlə
Əmr cümləsi

Dovşan sözünün fonetik təhlilindəki səhvi göstərin:

sözdə 2 cingiltili və 1 kar samit var
deyilişi ilə yazılışı fərqlənmir
sözdəki o və a açıq saitdir
vurğu son hecaya düşür
omonimi yoxdur

Hansı cümlədə mübtəda quruşluna görə mürəkkəbdir

Bu adamı yaxşı tanımıram.
Ey gözəl insan qana susama!
Məlikməmməd qardaşlarının ucbatından quyuda qalmalı oldu.
Sakit-sakit bulanıb axan Araz çayı idi.
Dağlar oğlu, dağlar sənə yar olsun.

Bu ismi birləşmələrdən biri təyini söz birləşməsi kimi götürülə bilməz

bağdakı ağac
ayaqqabının bağı
adamların biri
dağ havası
gözləri yaşlı

Təyini söz birləşməsi işlənmiş cümləni göstərin:

Müəllim məktəbdən vağzalacan şagirdləri ötürdü
Əhməd qapını taybatay açdı
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər
Məktəb həyatı Kamili tamamilə dəyişdirdi
Bülbüllər səhər-səhər ağız ağıza verib oxuyurdular

Sintaktik əlaqələr neçə yerə ayrılır?

4 yerə
3 yerə
1 yerə
2 yerə
5 yerə

Tamamlıqla zərflik hansı sintaktik əlaqəyə girir?

uzlaşma
yanaşma
heç biri
həm yanaşma həm uzlaşma
həm idarə həm yanaşma

Müxtəsər cümləni seçin:

Dərələr uğuldadı
Şiddətli külək əsir
Lalə soyuqdan titrəyir
Cavan çinar ağacı burada idi
Maraqlı bir roman oxudum

"Məktəbi əla qiymətlərlə bitirməyi şərəf bilirdi" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?

İsmi birləşmə ilə
Məsdər tərkibi ilə
Məsdərlə
İsimlə
Feli sifət tərkibi ilə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed