III Bölmə. Köməkçi nitq hissələri

18. Ümumi məlumat. Hissə 1.

Test ID - 48611
Müəllif: Admin (Əlavə edilib: 18.05.2011)

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri düzgündür:

Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
Köməkçi nitq hissələrinə aid olan sözlər müstəqil işlənə bilir
Ayrılıqda cümlə üzvü olur
Ayrılıqda suala cavab verir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Qoşma nəyə deyilir?

Müəyyən məna çaları yaradır
Sözləri və cümlələri bağlayır
Sözün və cümlənin təsir gücünü artırır
Həyəcan yaradır
Kimə müraciət olunduğunu bildirir

Cümlələrdən birində tabelilik bağlayıcısı işlənmişdir:

Kaman dilə gəldi, amma çaldığı romans kədərdən çox məhəbbət ifadə edirdi
Hərçənd Aslan da uşaq idi, ancaq böyük olduğu üçün hər zəhmətə qatlaşırdı
Bağça bağın qıydı, bağban salxımın qırmadı
Sən, yoxsa mən gedim?
Ay qız, bəri gəl!

Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlaməti göstərin:

Şəxsə və kəmiyyətə görə dəyişməmək
Zamana görə dəyişmək
Mənsubiyyətə görə dəyişmək
İsimləşə bilmək

Felin gələcək zamanı haqqında fikirlərdən biri səhvdir:

Qeyri – qəti gələcək zaman – acaq2 şəkilçisi ilə düzəlir
Gələcək zamanın iki növü var
Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
Qəti gələcək zaman hərəkətin gələcəkdə icra olunacağının qətiliyini bildirir

Ədat haqqındakı fikirlərdən biri səhvdir:

Cümlənin ifadə etdiyi fikirdə müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəsinə ədat deyilir
Dilimizdə həm bağlayıcı, həm də ədat kimi işlənən söz yoxdur
Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma, məhdudlaşdırma mənası verir
“ ki ” köməkçi sözü yerinə görə həm bağlayıcı, həm də ədat olur

Nidalar haqqında fikirlərdən biri yanlışdır:

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir
Nidalar müəyyən hissi hallarla əlaqədar tələffüz edilən sözlərdir
Nidalar təəccüb, qorxu, təəssüf, hiddət və s. kimi hissləri ifadə edə bilir
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə nida deyilir

Hansı cümlədə xəbər II şəxsin təkində işlənmişdir?

Siz yaraşıqlı, işıqlı binalarda yarandınız
Onlar həyatı sevirlər
Sən ellər eşqilə yaşayıb yarat
Mən arzular dünyasında yollar gedirəm

Sadə zərflər verilən sıranı göstərin:

Axşam, indi , cəld
Türkcə, xaincəsinə, çoxdan
Daxilən, qəflətən, əvvəl
Gündə, həmişəlik, yuxarı

Köməkçi nitq hissələrinə aid olan sözləri seçin:

ki, ilə, yaxşı, beş
ev, çünki, lakin
daş, əgər, gözəl, isə
bəlkə, bəs, ötrü, və

Biri təsirlidir:

çıx(maq)
otur(maq)
yaxala(maq)
əyləş(mək)
gəl(mək)

Hansı cümlədəki fel icbar növdədir?

O, məni kiməsə oxşatdı
Biz onu inandırdıq
Mən uşağı güldürdüm
Tapşırığı yazdırdım

Həm modal söz, həm də əsas nitq hissəsi kimi işlədilən sözlər hansı bənddədir

ehtimal ki, doğru, kimi
ancaq, doğru, tərəf
xülasə, yaxşı, düzü
belə, beləliklə, kimi, ancaq

Mürəkkəb tərkibi feli göstərin:

Gəlmək
Əkib-becərmək
Oyanmaq
Yaşıllaşdırmaq
Üzə bilmək

Hansı cümlədə qoşma işlənib?

Atamla mən şəhərə gedirik.
Qonşumuz ilə oğlu kəndə getdi.
Körpəni sakitləşdir.
Uşaq oynayırdı.
Qorxma, sənin kimi gözələ gələn bəla mənə gəlsin.

Biri tərzi-hərəkət zərfi ilə sifətin oxşar əlaməti deyil:

Hər ikisi də əlamət bildirir.
Hər ikisinin quruluşca 3 növü var.
İkisi də necə? nə cür? hansı? suallarına cavab olur.
Bəzi sözlər həm sifət, həm də tərzi-hərəkət zərfi kimi işlənə bilir.

Sarı, tərəf qoşmaları hansı mənanı əmələ gətirir?

bənzətmə
məsafə
istiqamət
zaman
fərqləndirmə

Hansı cümlədə "bəs" sözü ədat deyil?

Bəs mən bunu niyə bilmirəm
niyə getmədiniz bəs
bəs eləyincə oynadılar
bəs kitabı oxumadın
bəs nə vaxt gedəcəksən

Həm zərf, həm də sifət kimi işlənən sözlər hansılardır?

ayda, içəri, səhər, uzaq, gözəl, elə
çox, cəld, xeyli, bir qədər, əlüstü, igidcəsinə
bərk, yaxşı, yaxın, açıq, qəşəng, iti
şirin, asta, səliqəli, zarafatcıl
çəpəki, türkcə, sərin, evdəki, astaca

Felin hansı qrammatik məna növünə aid olan sözlər əsasən rəsmi-işgüzar üslubda istifadə olunur?

Şəxssiz növ
Məlum növ
İcbar növ
Qarşılıq-birgəlik növ
Məchul növ

Hansı fel defislə yazılmalıdır?

tikib qurtarmaq
üzüb çıxmaq
görüb götürmək
kömək etmək
uça bilmək

Hansı şəxs nəqli keçmiş zamanda -ıb şəkilçisi qəbul etmir?

I şəxsin cəmi
II şəxs
II şəxsin təki
III şəxs
I şəxsin təki və cəmi

Feili bağlamanın omonimliyi hansılardır?

malı, məli, ası
ib, araq, mamış, madan
dir, malı, araq
araq, malı. ası
sa, sə, ası

Feil ən böyük neçə qrupa bölünür və hansılardır?

Təsdiq və inkar
təsirli və təsirsiz
təsriflənən və təsriflənməyən
sabit və sərbəst
ismi və feli birləşmələr

Tabesizlik bağlayıcıları hansılardır?

ki, belə ki, çünki
yeni ki, ya da ki, məsələn
madam ki, hərçənd ki, əgər
əgər, indi ki, çünki
hərgah, yeni, da, də

Hansı cümlədə feili sifət tamamlıq vəzifəsində işlənib?

Qaçqınlara yardım edildi
Yuyulmuş paltarları ütülədik
Mən gələnlərə qulluq edirdim
Keçmiş zamanlarda bir şah varmış
Səs salma yatanlar ayılar qoy hələ yatsınlar

Məsdər hansı cümlə üzvi vəzifəsində işlənə bilmir?

mübtəda
təyin
tamamlıq
xəbər
zərflik

Sayın hansı qrammatik məna növündə sözlər yalnız düzəltmə və mürəkkəb olur?

qeyri müəyyən miqdar sayında
müəyyən miqdar sayında
kəsr sayında
sıra sayında
heç birində
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed