I bolmə

Məqsəd zərflikləri. Hissə 1.

Test ID - 50387
Müəllif: Admin (Əlavə edilib: 05.10.2011)

Məqsəd zərfliyi işlənmiş cümləni seçin:

O, Vətəni qorumaq üçün bura gəlmişdi
Uşaq evdə tək qaldığı üçün darıxırdı
Anar xəstələndiyi üçün dərsə getməmişdi
Darıxdığı üçün kəndə getmək istəyirdi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.

Yazılmış sərhlər

Müəllif: Qonaq__1214077 (Əlavə edilib: 06.02.2014 21:43:25)
sebeb zerflikleri ile meqsed zerfliklerini feriqi nedir?

Arif dünən Bakıya getmişdi- məntiqi vurğu hara düşür?

Arif
Bakıya
Dünən
Getmişdi
Məntiqi vurğu yoxdur

Qeyri təyini söz birləşməsini tapın

Daş ürək
Ev qapısı
Səndən qabaq
Dağdan uca
Mənim arzum

Biri feli birləşmə deyil

həyəcanla gözləyən
oğurluq edən
məktəbə gələndə
dərs oxuyanda
yaxşı oynayan

Cümlə üzvlərinin quruluşca növləri haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlə üzvünün quruluşu sözün quruluşundan asılıdır
Sadə cümlə üzvləri, ayrı – ayrı sözlərlə ifadə olunur
Mürəkkəb cümlə üzvləri söz birləşməsi ilə ifadə olunur
Cümlə üzvləri quruluşca iki növ olur

Zərf haqqında aşağıdakılardan hansı yanlışdır?

Quruluşca sadə və mürəkkəb olur
Zərflik daha çox zərflərlə ifadə olunur
Zərfliklər, əsasən, cümlənin ismi xəbərlərinə aid olur
Hərəkəti müxtəlif cəhətdən izah edir

Tamamlığa aid olanlardan hansı düzgündür?

İsmin adlıq halında işlənir
Quruluşca yalnız sadə olur
İsmin yiyəlik halında işlənir
İki növü var: vasitəli və vasitəsiz tamamlıq

Tabelilik əlaqəsinə aid edilə bilməz:

Tabelilik əlaqəsində olan sözlər ya intonasiya vasitəsilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir
Tabelilik əlaqəsi tabe sözdən tabeedici sözə doğru yönəlmiş oxla göstərilir
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur
Bu əlaqənin 3 növü var

Hansı cümlədə təyin isimlə ifadə olunmuşdur?

Qabaqkı sıralar bomboş idi
Yaşıl zəmilər göz oxşayır
Aşağı mərtəbələr tərtəmiz idi
Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir

İkinci və üçüncü növ təyini söz birləşmələri üçün fərqli xüsusiyyətlərdən biri yanlışdır:

İkinci tərəfin hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etməsi
Tərəfləri arasına istənilən qədər söz artırılması
Tərəflərinin həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilməsi
Tərəflərinin, əsasən, isimlərlə ifadə olunması

“ Qeyri – təyini söz birləşmələri ” ni göstərin:

Durna gözlü, kosmosa yol, insana hörmət
Şirin meyvə, başdan ayağa, mənalı söz
Uca dağ, dağlardan uca, gözləri dolğun
Əlində məktub, məktəb binası, qızıl üzük

Düzgün fikri göstərin:

İntonasiya cümlənin əsas göstəricilərindən deyil
Nida cümlələrinin xüsusi forması var
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
Hər bir cümlə bitmiş fikir ifadə etməklə yanaşı, müəyyən münasibət də bildirir

Feli birləşmələrdən biri düzgündür:

Oxunan nəğmə
Nəğmə oxuyan uşaqlar
Nəğmə oxuyan bülbül
Nəğməni oxuyan

Biri ümumi şəxsli cümlə deyil:

Qaranlığa daş atmazlar
İşləməyənə tənbəl deyərlər
Cücəni payızda sayarlar
Suda batan saman çöpündən yapışar

"Çıraqları tez yandırın" сümləsinin növünü göstərin.

nəqli cümlə
sual cümləsi
nida cümləsi
əmr cümləsi
heç biri

Söz birləşmələrinin növlərinə aid olanlardan biri yanlışdır:

Söz birləşmələrinin 2 növü var.
Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində olur.
Asılı söz birinci tərəfdə işlənir.
Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin birinci tərəfində olur.

Mürəkkəb adların ixtisarına nə deyirlər?

linqvistika
abreviatura
leksika
substantivləşmə

Əmr cümləsi haqqındakı fikirlərdən hansı düzgündür?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə əmr cümləsi deyilir
Əmr cümləsinin xəbəri felin xəbər şəkli ilə ifadə olunur
Əmr cüməsinin üç növü var
Felin əmr şəkli ilə əmr cümlələri arasında məna və qrammatik cəhətdən əlaqə var

Aşağıdakı ifadələrdən hansına bir söz artırdıqdan sonra onda tabelilik əlaqəsinin hər üç növü olmur?

Muğanın düzü
Günah işlətmişəm
Kiçik qardaşındır
Yaşıl düzlərimiz
Ölkəmizin dağları

Xitab nəyə deyilir?

Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə xitab deyilir
Cümlə üzvlərini aydınlaşdıran sözlərdir
Cümlənin aydın ifadə olunmasına kömək edən sözlərdir
Bir-birinə tabe olmayan, birini aydınlaşdırmayan, bərabərhüquqlu sözlərdir

Cümlələrdən hansının zərfliyi mürəkkəbdir?

Alpinistlər dağa sarı gedirlər
Uşaq xəstələndiyi üçün dərsə gəlməmişdi
Ocaq yavaş-yavaş sönürdü
Məktubu oxuyanda ananın gözləri yaşardı
Qardaşım qaça-qaça yanıma gəldi

İcbar növdə olan fel hansıdır?

oxumaq
döyünmək
qaldırmaq
təmizləmək
sildirmək

Sintaktik əlaqələr neçə növə bölünür?

üç cür
yalnız bir cür
iki cür
sintaktik əlaqələrin növləri yoxdur

Xanı balığının pulcuqları nədən təşkil olunmuşdur?

xitindən
sümükdən
sellülozdan
buynuz maddədən
qığırdaqdan

Hansı cümlədə həmcins üzv işlənmişdir?

Onlar-yağı düşmənlər bizə hücum etdilər
Sevinc-dayım qızı dünən bizə qonaq gəlmişdi
Mehriban və səmimi olmalısan
O-bacım dərslərini sabah yazacaq
Leyla dərslərini yaxşı oxuyur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed