Mürəkkəb cümlələr

Məqsəd budaq cümləsi. Hissə 1.

Test ID - 50394
Müəllif: Admin (Əlavə edilib: 06.10.2011)

“ Müəllimlər keçmiş dərsi ona görə təkrar edirlər ki, şagirdlər biliklərə daha möhkəm yiyələnsinlər ” tabeli mürəkkəb cümləsi hansı növə aiddir?

Səbəb
Tərzi – hərəkət
Yer
Məqsəd

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Mürəkkəb cümlənin hansı növləri var?

tabeli, tabesiz
sadə
düzəltmə
fonetika
əmr

Yer budaq cümləsini göstər

Məlumdur ki, Azərbaycanda 9 milyon əhali yaşayır.
Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr.
Istəyirəm ki,hamınız əlacı olasınız.
Elə xatirələr var ki, yaddan çıxmır
Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır.

Bu cümlələrdən hansı mürəkkəb cümlə deyil:

Uşaq həm çalışqandır, həm də intizamlıdır
Uzaqdan toplar guruldayır, pulemyotlar havaya od sovururdu
Göyərtədə adam çox idi, lakin kimsə dinmirdi
İmran həyətdən yenicə çıxmışdı ki, Badam xala gəldi

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

Heç onun ixtiyarı yoxdur ki, sənə bir söz desin
Elə ki, Çənlibeldə yurd – yuva saldıq, onda onlar bizə lazım olacaq
Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub – yaratmaq olar
Harada camaat varsa, biz orada qalmalıyıq

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır
Baş cümlənin xəbəri, adətən odur, budur, o idi, bu idi sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir
Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır
Xəbər budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan, o yerdə ki, bağlayıcı sözlərlə bağlanır

Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:

Tərzi – hərəkət budaq cümləsi baş cümlədən əvvəl gəlmir
Tərzi – hərəkət budaq cümləsi baş cümlənin yalnız feli xəbərinə aid olur
Tərzi – hərəkət budaq cümləsi ismi xəbərlə də əlaqələnir
Tərzi – hərəkət budaq cümləsi baş cümlənin isimlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir

Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Səbəb budaq cümləsi baş cümlədən əvvəl işlənir
Səbəb budaq cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlanır
Səbəb budaq cümləsində bəzən baş cümlədə ona görə, ondan ötrü, o səbəbə gəlib sözləri işlənir
Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı məna əlaqələrindən biri yanlışdır:

Birləşdirmə əlaqəsi
Bölüşdürmə əlaqəsi
Zaman əlaqəsi
Aydınlaşdırma əlaqəsi

Zərflik budaq cümlələrinin növlərindən deyil:

Keyfiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

“ Yağış elə yağırdı ki, elə bil yuxarıdan su tökülürdü ” cümləsi zərflik budaq cümləsinin hansı növünə aiddir:

Tərzi – hərəkət budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

Vasitəli tamamlıq budaq cümləsi hansıdır?

Kim tez gəlsə, tapşırığı ona verərik
Gördüm ki, həyatın çətin yolları var
Bilirəm, ellərin düz vəfası var
Qəşəm kişi bunu da hiss etdi ki, həmin hadisə cavanlıqla bağlıdır

Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Aslanın sualı usta üçün təzə olmasa da, qəribə görünürdü
İntizar saatları nə qədər ağır olsa da, gəlib keçdi
Qızılgül ətrindən doysa bir nəfər, ona haram olar başqa ətirlər
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

"Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu ki, hamının ağzı açıla qalmışdı" Baş cümlə hansıdır?

Aşıq elə gözəl çalır
Elə məlahətli oxuyurdu ki
Hamının ağzı açıla qalmışdı
Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu

Aşağıdakı cümlələrdən hansı tabeli mürəkkəb cümlə hesab edilə bilməz?

Əgər Viktor Hüqo yeni bir əsər yazsa, mən onu mütləq oxuyacağam.
Anam fikirləşirdi ki, bu güllər çox gözəl deyil.
Dünənki hadisələrdə mən ki günahkar deyiləm.
Bizim internetimiz o qədər sürətlidir ki, mən kifayət qədər sual göndərə bilirəm.
Sən elə adam olmalısan ki, hamı səni bəyənsin.

"Yağış yağır narın-narın, islanır torpaq." hansı məna əlaqəsinə uyğun gəlir?

Zaman əlaqəsi
Səbəb-nəticə əlaqəsi
Qarşılaşdırma əlaqəsi
Aydınlaşdırma əlaqəsi
Heç biri

Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümləni tapın:

Adam var, heç nəyi bəyənmir
Qurban elə gəlirdi ki, elə bil heç kimi görmürdü
“ İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmamalıdır ”
“ Kim ki intizamlıdır, döyüşü də o udur ”
“ Hamıya məlumdur ki, payızda meyvə bol olur ”

“Bu gənclər vətəni məhəbbətlə sevənlərdir”. Bu cümlədə ismi xəbəri tapın?

vətəni məhəbbətlə sevənlərdir
məhəbbətlə sevənlərdir
vətəni sevənlərdir
sevənlərdir
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed