Mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümlələr. Hissə 1.

Test ID - 51889
Müəllif: Admin (Əlavə edilib: 01.11.2011)

Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır?

Bərabərhüquqlu sadə cümlələrdən təşkil olunmaq
Baş və budaq cümlələrdən ibarət olmaq
Bağlayıcı sözlərin iştirakı
Əsasən, tabesizlik bağlayıcıları ilə əlaqələnmək

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Mürəkkəb cümlənin hansı növləri var?

tabeli, tabesiz
sadə
düzəltmə
fonetika
əmr

Cümlələrdən biri aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Ağız deyəni qulaq eşitmirdi: iyirmi – otuz adam üz – üzə, çiyin – çiyinə oynayırdı
Ot öz kökünün üstündə bitir: adam ya ağılda, ya da vücudda öz nəslinə çəkməlidir
Səlim başını tərpətdi, yəni o razı idi
Ağacdakı quşlar səs saldı, uşaq diksindi

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?

Uşaq anasının qucağından dartınıb düşmək istəyir, ana buraxmırdı
Fuad dərin fikrə getdi: bu işi kim etmiş olar?
Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır
Gah güclü yağış yağır, gah da gün çıxırdı

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnib
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissə nəticəni, ikinci tərkib hissə isə səbəb bildirir

O dedi: « Biz doğma yurdumuza qayıdacağıq » Cümlə hansı sxemə uyğun gəlir?

“ V ” – m, - v
M: « V »
“ V ”, - m
M: « V! »

Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:

Tərzi – hərəkət budaq cümləsi baş cümlədən əvvəl gəlmir
Tərzi – hərəkət budaq cümləsi baş cümlənin yalnız feli xəbərinə aid olur
Tərzi – hərəkət budaq cümləsi ismi xəbərlə də əlaqələnir
Tərzi – hərəkət budaq cümləsi baş cümlənin isimlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?

Qarşılıq – güzəşt budaq cümləsi
Şərt budaq cümləsi
Təyin budaq cümləsi
Xəbər budaq cümləsi

Tabesiz mürəkkəb cümlənin xüsusiyyətlərindən biri deyil:

Tabesiz mürəkkəb cümləni əmələ gətirən cümlələr arasında məna əlaqələri olmur
Tabesiz mürəkkəb cümləni əmələ gətirən cümlələr arasında tabesizlik əlaqəsi olur
Tabesiz mürəkkəb cümləni əmələ gətirən cümlələr, nisbətən müstəqil olur, bir – birinə tabe olmur
Tabesiz mürəkkəb cümlələr bir – biri ilə intonasiya ilə və ya tabesizlik bağlayıcıları ilə bağlanırlar

Biri mürəkkəb cümlə deyil;

Anam, atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra bizə verdilər.
Anam və atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra biz onları götürdük.
Anam və atam bizə hədiyyə aldı, atam onları bizə payladı
Anam atamın aldığı hədiyyələri gətirdi və biz onları sevinclə açdıq
Atam anamla aldığı hədiyyələri açdı, biz onlarla oynadıq

"Otur oğul, hara gedirsən?" deyə əmisi təpindi.

"M":v?
"V?"-m
"V!"-m
"V?"-m
M-"V"-m?

M.Qorki demişdir: ’Gələcək uşaqlara məxsusdur’. Cümlə hansı sxemə uyğun gəlir?

M:’v’
‘V, -m-, v’
M:’v, -m-, V?’
V-, m
M:’v, -m’

Budaq cümlələrlə tərkiblər arasında formaca hansı fərq var?

Budaq cümlələr yarımçıq, tərkiblər bütöv olur
Budaq cümlələr cümlə formasında, tərkiblər söz birləşmələri formasında olur
Biri antonim, o biri sinonim olur
Heç bir fərq yoxdur

Tabesiz mürəkkəb cümləni seçin:

Səkinə lampa işığında oturub qızına corab toxuyur və yavaş-yavaş danışan ərinə qulaq asırdı
Qalxıb ocaq qalamalı, inəkləri sağmalı, nehrə çalxalamalı idi, fəqət heç qalxmaq istəmirdi
Şahnigar ağzını açıb qışqırmaq istədi, amma nəfəsini çəkə bilmədi
İsanın gəldiyini Suad hamıdan qabaq görmüşdü, bir müddət sonra yavaşca onu çağırmağa başladı
Gözüm Yaşardı, lakin özümü sındırmamaq üçün gülümsədim

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı məna əlaqələrindən biri yanlışdır?

Birləşdirmə əlaqəsi
Bölüşdürmə Əlaqəsi
Zaman əlaqəsi
Aydınlaşdırma əlaqəsi

Zaman əlaqəsi yaradan bağlayıcılar hansıdır?

iştirak və inkar
iştirak və bölüşdürmə
iştirak və səbəb-nəticə
inkar və səbəb-nəticə

Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin

Bu elə meyvədir ki, yeyəndə cavanlaşırsan.
Sən nə cür istəyirsən, elə də düzəlt
Mən bilirəm. Sən nə fikirləşirsən.
Ölkəmizin təbii sərvətlərə malik olduğu hamıya məlumdur
Son söz bu idi ki, onu kəndlərinə aparsınlar

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed