Söz birləşmələri

Söz birləşmələrinin quruluşu. Hissə 1.

Test ID - 3659
Müəllif: Sandra2 (Əlavə edilib: 30.12.2012)

Mürəkkəb söz birləşməsi ilə sadə söz birləşməsi arasındakı fərq nədir?

mürəkkəb söz birləşməsi 3 və daha artıq sözün, sadə söz birləşməsi isə 2 sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.
Onlar arasında fərq yoxdur!
Mürəkkəb söz birləşməsi, məcazi mənada işlənir, sadə söz birləşməsi isə məcazi mənada işlənmir.
Sadə söz birləşməsi yalnız isimdən və saydan, mürəkkəb söz birləşməsi isə sifətdən və feldən ibarət olur.
Sadə söz birləşmələrində köməkçi nitq hissəsi istifadə olunur, mürəkkəb söz birləşməsində isə istifadə olunmur.

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlənin quruluşca növləri hansı bənddədir?

Sadə,düzəltmə
Sadə,mürəkkəb
Mürəkkəb,düzəltmə
Müxtəsər,geniş
Sadə,müxtəsər

Ara söz işlənmiş cümlə hansıdır?(Durğu işarələri buraxılmışdı)

Elə hər isin duzdur.
Sözün duzunu zarafatla deyərlər.
Duzu bu işdən mənim gözüm su içmir.
Duz danışsan başın ağrımaz.
Duzunu Allah bilər.

Sintaktik əlaqələr haqqında fikirlərdən biri səhvdir:

Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında həm məna əlaqələri, həm də sintaktik əlaqələr olur
Sintaktik əlaqələrin 3 növü var
Sözlər məna və sintaktik cəhətdən əlaqələnməsə, nə söz birləşməsi, nə də cümlə əmələ gələr
Sintaktik əlaqələrin 2 növü var

Sintaktik əlaqələrə aid olanlardan biri düzgündür:

Sintaktik əlaqələrin 3 növü var
“ Sintaksis ” sözü yunan sözü olub, “ lüğət, təlim ” deməkdir
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında sintaktik əlaqələr olur
“ Şeir yazmaq ” birləşməsində şeir sözü mənaca yazmaq hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur

Səhv fikri göstərin:

Felin təsriflənməyən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir
İfadə vasitələrinə görə xəbərlər iki cür olur
İsim, sifət, say, əvəzlik, məsdər, feli sifət və zərflə ifadə olunan xəbərlərə ismi xəbərlər deyilir
Felin təsriflənən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir

Tabelilik əlaqəli cümləni seçin:

Var olsun şeirimiz, şairlərimiz
Qızlar ilə oğlanlar yanaşı oturmuşdular
Acılı, şirinli günlər görmüşük
Vurğun qarlı dağları, əngillikləri sevirdi

Hansı cümlədə kəmiyyət zərfliyi işlənmişdir?

Utandığından uşağın sifəti qızarmışdı
Mən onu uşaqlıq illərindən tanıyıram
Ana qayğılı halda dedi
Bu sözü mən sizə dəfələrlə demişəm

Zərfliyin hansı məna növü nə qədər? sualına cavab verir?

Məqsəd
Kəmiyyət
Səbəb
Tərzi – hərəkət

Cümlə üzvlərinin sırasının pozulması haqqındakı fikirlərdən hansı yanlışdır?

Cümlədə cümlə üzvlərinin sırası müəyyən qaydalara əsaslanır
Təyin daim xəbərdən əvvəl işlənir
Aid olduğu cümlə üzvü ilə əlaqədə təyinin yeri sabitdir
Təyin hansı cümlə üzvünə aiddirsə, onun əvvəlində işlənir

Səhv fikri göstərin:

Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?

Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir

Mübtədası buraxılan müəyyən şəxsli cümlə hansıdır?

İgid ölər, adı qalar
Ayın sonunda məzuniyyətə çıxırıq
Yaman istidir
Baharın xoş bir vaxtı idi

“ Sahilə çırpılan ləpələr xırda balıqqulaqlarını toz kimi ətrafa səpələyirdi ” cümləsinin sintaktik təhlili ilə bağlı səhv fikri göstərin:

Feli xəbərli sadə cümlədir
Yanaşma əlaqəsində olan üç söz var
İdarə əlaqəsinin asılı tərəfi olan sözlər eyni cümlə üzvü deyil
Təyinləri quruluşca sadədir

Ara sözün işləndiyi cümləni göstərin:

Sənin dediklərin tamamilə düzdür
Düzdür, riyaziyyatdan bir az anlayıram
Yəqin etdim ki, sən düz demirsən
Güman gələn yerləri ələk – vələk etdilər

Qeyri-təyini söz birləşmələri ismin hansı hallarında olur?

yönlük, yerlik, çıxışlıq, təsirlik
adlıq, yiyəlik, yönlük
təsirlik, çıxışlıq
adlıq, çıxışlıq, təsirlik
yönlük, yiyəlik, adlıq

Iclası kim aparacaq? cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?

isimlə
sifətlə
şəxs əvəzliyi ilə
sual əvəzliyi ilə
qeyri-müəyyən əvəzliklə

Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır.

indicə gedirik
ucadan danışmayın
kitabları qaytardıq
rütubətli hava
xeyirxahlıq savabdır

Xəbər hansı cümlə üzvündən asılıdır?

mübtəda
tamamlıq
təyin
zərflik

Cümlədə vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
Doğrusu, yorulub bezikmədin sən
Elə durub-durub ellər deməkdən?

İİ növ təyini söz birləşməsi ilə
İİİ növ təyini söz birləşməsi ilə
Məsdər ilə
Məsdər tərkibi ilə
Felə sifət tərkibi ilə

Müəyyən şəxsli cümlələr nəyə deyilir?

Hərəkətin və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğu cümlələr
Hərəkətin və ya hökmün hamıya aid olduğu cümlələr
Mübtədası olmayan və onun təsəvvür edilməyi qeyri-mümkün olan cümlələr
Mübtədası olan və ya asanlıqla bərpa olunan cümlələr
Bir sözdən ibarət olan cümlələr

Yanaşma əlaqəsində olan sözlər hansı cümlədədir

Kitabı oxudum
İşdən qorxma, Əhməd!
Yaxşı kitab uzun müddət yaddan çıxmır
Hava işıqlandı
Biz kənddən qayıtdıq

Uzlaşma əlaqəsi nəyə deyilir?

Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına
iki və daha artıq sözün birləşməsinə
Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə
Əşyanın adını bildirməsinə
Bitmiş bir fikri ifadə etməsinə

Sual cümlələrini nəqli cümlədən necə ayırmaq olar?

intonasiya
hərfən
ayırmaq olmur
əmrlə

"Kitabları aparan Muradın özü idi" mübtəda nə ilə ifadə olunub?

feli sifət tərkibi
isim
feli sifət
sifət
III növ təyini söz birləşməsi

Birinci növ təyini söz birləşmələrində birinci tərəf əsasən hansı nitq hissəsi olur?

İsim və fel
Sifət və əvəzlik
Say və isim
Əvəzlik və sifət
Substantivləşmiş isim və sifət

Əvvəl xəbər sonra mübtəda gələn cümləni seçin!

O, gözəldir
Gələn Nuranədir
Asif 11-də oxuyur
O, Vasifin qardaşıdır
Nuranədən xoşu gəlir
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed