Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 83634
Müəllif: aylini (Əlavə edilib: 06.02.2016)

Mürəkkəb xəbərlər nəyə deyilir?

Nitq hissələri ilə ifadə olunan xəbərlərə
Feli sifət tərkibləri ilə ifadə olunan xəbərlərə
Söz birləşmələri ilə ifadə olunan xəbərlərə
Təsriflənən fellərlə ifadə olunan xəbərlərə
İsim və fel ilə ifadə olunan xəbərlərə

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı sırada bütün sözlərin yazılışı ilə tələffüzü fərqənir?

sürətlə, bağça, bəxtəvərlik
süvari, dahi, kinayə
yoxuş, yazdır, xoşbəxtlik
haqlı, buludlar, bildirki
ipək, kürk, tük

”qüssəli” sözünün leksik təhlilindəki səhvi göstərin.

Omonim söz deyil.
Sinonimi qəmli, kədərli sözlərdir.
Antonimi yoxdur.
Ümumişlək sözdür.
Sözün kökü alınmadır.

Xitab haqqında verilmiş fikirlərdən biri səhvdir:

Cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir.
Xitablar cümlə üzvləri ilə məna cəhətdən əlaqədə olsa da, qrammatik cəhətdən əlaqədə deyil.
Söz birləşmələri ilə ifadə olunan xitablar quruluşca mürəkkəb sayılır.
Cümlənin əvvəlində, ortasında və ya sonunda işlənməsindən asılı olmayaraq özündən sonra həmişə vergül qoyulur.
Təyinlə işlənib-işlənməməsi baxımından geniş və müxtəsər olur.

"İmtahan sabah olasıdır". Bu cümlədə xəbər felin təsriflənən formalarından hansı ilə ifadə olunub?

əmr şəkli ilə
xəbər şəkli ilə
arzu şəkli ilə
lazım şəkli ilə
vacib şəkli ilə

Bunlardan hansılar birləşdirmə bağlayıcısıdır?

və, ilə
həm ,həm də
ya, ya da
ki, belə ki
amma

Birinin tələffüzü düzgün verilməmişdir:

teatr [tiyatr]
kooperativ [k'aperativ]
müasir[ma:sir]
maneə[maniyə]
xala oğlu[xaloğlu]

Ahıl sözünün sinonimi hansıdır?

yaşlı
gənc
mərd
ağıllı
saqqallı

Saitlərin əsas xüsusiyyətlərinə aid deyil:

Təmiz avazlı səslərdir
Heca yaradır
Vurğu yaradan səslərdir
Əmələgəlmə yerinə görə təsnif olunurlar
Yalnız burun boşluğunda yaranırlar

Köhnəlmiş sözü göstərin.

qarışıqlıq
yağmalanmaq
çağdaş
yağlamaq
gülmək

Sıraların hansında "q" hərfi ayrı-ayrılıqda {q}, {ğ}, {x}, {k} səslərini ifadə edir?

əqrəba, anlaşıqlı, balıqqulağı
məxluq, natiq olmaq, artıq-əskik
haqqında, toqqa, aşıq havası
aşiq, aşıq, əqidə birliyi
üfüq xətti, uşaq, qənimət

Hansı fikir səhvdir?

İsimlər ümumi və xüsusi olur, mənsubiyyətə görə dəyişir
İsim cümlədə, əsasən, mübtəda və tamamlıq olur
Başqa cümlə üzvləri yerində də işlənir
İsimlər tək və cəm olur, hallanır
İsimlər zamana görə dəyişə bilir

Yazılışı və deyilişi bir-birindən fərqlənən sayları göstərin

beş, bir, əlli
on, iki, doxsan
altı, yüz, milyon
dörd, səkkiz, altmış
min, qırx, otuz

Sayın quruluşca bütün növlərinə aid nümunələrdir :

Az, yüzlərlə, iyirmi-otuz
Onuncu, minlərlə, xeyli
Bir, ikinci, yüzlərlə
Səkkiz, yüz əlli, səksən

Məsdərə aid edilənlərdən biri səhvdir:

Mənsubiyyət şəkilçisi qəbul edir
Hallanır
Cəmlənir
III növ təyini söz birləşməsinin tərəfləri kimi çıxış edə bilir
Mübtəda, tamamlıq vəzifəsini daşıya bilir

Nə vaxt süzmə sözü başqa məna daşıyır?

Vurğu hansı hecanın düşməsinə baxır
sözün başqa cür tələffüz edilməsinə baxır
sözün hecaya ayrılmasına baxır
istədiyimiz kimi tələffüz edilməsinə baxır
saitlərin quruluşuna baxır

Aşağadakılardan hansı isimə aiddir?

isimlər konkret və mücərrəd olur
isimin yeddi halı var
əşyanın hərəkətini bildirən nitq hissəsinə isim deyilir
neçə, nə cür, hansı suallarına cavab verən nitq hissəsinə isim deyilir
isimlər zamana görə dəyişə bilir

"Gələsiniz" sözü felin hansı şəklindədir?

əmr
xəbər
lazım
şərt
arzu

Məntiqi vurğu cümlədə, əsasən, hansı sözün üzərinə düşür ?

bütün sözlərin üzərinə
modal sözlərin üzərinə
baş üzvlərin üzərinə
cümlədəki birinci sözün üzərinə
xəbərdən əvvəl gələn sözün üzərinə

Heca nəyə deyilir?

Sözlərin sətirdən sətrə keçməsinə
Tələffüz zamanı sözün bir hissəsinin digərinə nisbətən qüvvətli deyilməsinə
Tələffüz zamanı sözlərin asanlıqla bölünməsinə
Sait səslərin bir-birini izləməsinə
Samit səslərin bir-birini izləməsinə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed