Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 8. Hissə 1.

Test ID - 58539
Müəllif: Qonaq__683773 (Əlavə edilib: 30.09.2013)

"Poema" sözünün fonetik təhlili hansı cərgədə səhvdir?

Ahəng qanunu pozulub
Vurğu son hecaya düşür
Söz 3 hecadan ibarətdir
Sözdə 5 hərf, 5 səs var
"p"kar ,"m"cingiltilidi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.

Yazılmış sərhlər

Müəllif: Qonaq__5346005 (Əlavə edilib: 30.11.2014 21:48:25)
Sözün tələffüz formasını göstərin
Müəllif: Qonaq__4132756 (Əlavə edilib: 16.10.2014 15:21:14)
Poema sozunde aheng qanunu pozulmayib
Müəllif: Qonaq__3742656 (Əlavə edilib: 14.09.2014 16:22:01)
poema yazilisidi amma telefuzde payema telefuz olunur

Sözlərdən biri ümumişlək deyil:

qeysi
ağac
ayaq
arı
arzu

Tələffüzü düz verilən sözü göstərin.

bəraət [bərayət]
qətiyyən [qətiyyən]
məharətli [məha: rətti]
məhəccər [məhəcər]
lütfkar [lütvükar]

Sözlərdən biri əsl Azərbaycan mənşəli termindir.

təcnis
qoşma
Fel
müxəmməs
mübaliğə

Verilmiş cümlələrdən biri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir:

Uşaqların imtahana gəlməkdə məqsədləri bu idi ki, “Galaxy” kursuna qəbul olsunlar.
Əziz şagirdlər, ilk öncə sizə uğurlar arzu edərək bildiririk ki, imtahan müddəti 3 saatdır.
Sualları cavablandırarkən diqqətli olun ki, doğru variantı asanlıqla seçə biləsiniz.
Lazımsız həyəcana qapılıb narahat olmayın, çünki suallar məktəbdə keçdiyiniz mövzular əsasında hazırlanmışdır.
O şagird ki uğur qazanacağına inanaraq məsuliyyətlə çalışır, istədiyinə nail olacaq.

Qeyri-müəyyənlik bildirən təsirlik hala aid edilmiş fikirlərdən biri yanlışdır:

Xüsusi qrammatik şəkilçisi yoxdur.
Nə? sualına cavab verir.
Təsirli feldən əvvəl işlənir.
II növ təyini söz birləşməsinin I tərəfi kimi çıxış edə bilir.
Cümlədə qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində işlənir.

Hansı söz hecalara düzgün ayrılmamışdır?

Məş-ğu-liy-yət
Məş-ğul
Möh-tə-viy-yat
Fil-o-loq
Na-mə-lum

Aşağıdakı sözlərdən hansıları sətirdən sətrə keçirtmək olmaz?

ana, baba, maşın
aləm, otar, açıq
ata, bina, konfet
idarə, arzula, qadın
abidə, sakitlik, Akif

Azərbaycan dili hansı dil qrupuna aiddir?

Kök
Flektiv
İltisaqi
Publisistik
Bədii

-at2 şəkilçili sözlərdən biri əsl Azərbaycan sözüdür:

tələbat
gedişat
məlumat
təyinat
hesabat

Sıraların hansında "q" hərfi ayrı-ayrılıqda {q}, {ğ}, {x}, {k} səslərini ifadə edir?

əqrəba, anlaşıqlı, balıqqulağı
məxluq, natiq olmaq, artıq-əskik
haqqında, toqqa, aşıq havası
aşiq, aşıq, əqidə birliyi
üfüq xətti, uşaq, qənimət

“Qapaq” sözünün fonetik təhlilindəki səhvi göstərin

Samitlərin üçü də cingiltilidir.
5 səsdən, 5 hərfdən ibarətdir
Sözdə iki sait, üç samit var
Saitlərin ikisi də qalın, açıq, dodaqlanmayandır
Ahəng qanununa tabedir, vurğu ikinci hecaya düşür

Yazılışı və deyilişi bir-birindən fərqlənən sayları göstərin

beş, bir, əlli
on, iki, doxsan
altı, yüz, milyon
dörd, səkkiz, altmış
min, qırx, otuz

Hansı şəkilçi leksik mənaya malikdir?

la, lan
ar, al
ar, maq
imiz, dir
il, in

Qarşılığı olmayan danışıq səsləri hansılardır?

[r] [n ] [ x]
[l ] [m ] [ h]
[h ] [ l] [f ]
[ s] [ k] [ç ]

Hansı cümlədə üçüncü növ təyini söz birləşməsi var?

Məktəb direktoru onu cəzalandırdı
O, çox gözəl qızdır
Onun atası mühəndisdir
Qoyun su içirdi
Məktəb heyəti çox teizmdir

Biri feilin təsriflənməyən formasındadır:

aparır
görüşdükdə
saxladı
bağışladı
danışacağam

Mürəkkəb xəbərlər nəyə deyilir?

Nitq hissələri ilə ifadə olunan xəbərlərə
Feli sifət tərkibləri ilə ifadə olunan xəbərlərə
Söz birləşmələri ilə ifadə olunan xəbərlərə
Təsriflənən fellərlə ifadə olunan xəbərlərə
İsim və fel ilə ifadə olunan xəbərlərə

Əsl milli mənşəli hansı sözlər mənsubiyyətə görə fərqli dəyişir?

mən, sən
su, nə
o, bu
biz, siz
kömək, çiçək

"Hər kim mənə bir hərf öyrətsə mən ona qul olaram" kəlamını kim demişdir?

Məhəmməd Peyğəmbər
İbrahim Peyğəmbər
İmam Əli (ə.s)
İmam Cəfər Sadiq (ə.s)
İsa Peyğəmbər

Məntiqi vurğu cümlədə, əsasən, hansı sözün üzərinə düşür ?

bütün sözlərin üzərinə
modal sözlərin üzərinə
baş üzvlərin üzərinə
cümlədəki birinci sözün üzərinə
xəbərdən əvvəl gələn sözün üzərinə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed