Mürəkkəb cümlələr

Qarşılıq-güzəşt budaq cümləsi. Hissə 1.

Test ID - 53330
Müəllif: Admin (Əlavə edilib: 06.01.2012)

Qarşılıq – güzəşt budaq cümləsinin əsas qrammatik formasıdır:

-sa da, -sə də
-sa, -sə
-ki, və
Nə, kimə?, nəyə?

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

Nöqsan var ki, yüzlərlə adama zərər vurur
Elə ki dörd divar canını sıxdı, Qış günəşi kimi göründü tək – tək
O yerə ki, insan ayağı dəyməzdi, indi oradan traktor səsi gəlir
Əminəm ki, hər şey yaxşı olacaq

Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:

Yer budaq cümləsi baş cümlədən sonra gəlir
Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkündür
Baş cümlənin xəbəri odur, budur, oradadır, buradadır sözləri ilə ifadə olunur
Yer budaq cümləsi baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə bağlanır
Şərt budaq cümləsi baş cümləyə intonasiya ilə bağlanmır
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin elə tipi də var ki, baş cümlə əvvəl işlənir
Şərt budaq cümləsində bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir

Zaman, ardıcıllıq, qarşılaşdırma məna əlaqələri hansı cümlənin tərkib hissələri arasında olur?

Söz – cümlələrin
Sadə geniş cümlələrin
Tabesiz mürəkkəb cümlələrin
Həmcins üzvlü sadə cümlələrin

Zərflik budaq cümləli tabeli mürəkkəb cümlənin hansı növündə bəzi məqamda baş cümlədə tabesizlik bağlayıcısı da işlənir?

Şərt budaq cümləli tabeli mürəkkəb cümlədə
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədə
Mədsəq budaq cümləli tabeli mürəkkəb cümlədə
Qarşılıq – güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədə

Qarşılıq – güzəşt budaq cümləsini göstərin:

Nə qədər fikirləşirdisə də, onunla danışmaq üçün bir qərara gələ bilmirdi
Əvvəldən hazırlıq görülsə, qışın soyuğundan qorunmaq asandır
Arif çalışırdı ki, övladları xoşbəxt olsun
Gəldim ki, səni bir də görüm

Tabesiz mürəkkəb cümlənin xüsusiyyətlərindən biri deyil:

Tabesiz mürəkkəb cümləni əmələ gətirən cümlələr arasında məna əlaqələri olmur
Tabesiz mürəkkəb cümləni əmələ gətirən cümlələr arasında tabesizlik əlaqəsi olur
Tabesiz mürəkkəb cümləni əmələ gətirən cümlələr, nisbətən müstəqil olur, bir – birinə tabe olmur
Tabesiz mürəkkəb cümlələr bir – biri ilə intonasiya ilə və ya tabesizlik bağlayıcıları ilə bağlanırlar

Komandir qışqırdı: « Dayanın, ora minalanıb! » Cümlə hansı sxemə uyğun gəlir?

“ V! ” – m
M: “ V ”, - m
M: “ V! ” – m
M: « V! »

Vasitəli tamamlıq budaq cümləsi hansıdır?

Kim tez gəlsə, tapşırığı ona verərik
Gördüm ki, həyatın çətin yolları var
Bilirəm, ellərin düz vəfası var
Qəşəm kişi bunu da hiss etdi ki, həmin hadisə cavanlıqla bağlıdır

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr baş cümləyə hansı bağlayıcı sözlərlə bağlanır?

Nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi və da,də, belə ədatları ilə
Əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları və -sa, sə şəkilçisi ilə
Ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə
Nə qədər, hər nə qədər bağlayıcıları ilə

"Külək əsdi və havaya bir sərinlik gəldi"-mürəkkəb cümləsinin qrammatik təhlilindəki səhvi tapın.

Tabesiz mürəkkəb cümlədir
Tərəfləri intonasiya ilə əlaqələnmişdir
Tərəfləri arasında səbəb-nəticə əlaqəsi var
Bağlayıcılı tabesiz mürəkkəb cümlədir

Aşağıdakı cümlələrdən hansı tabeli mürəkkəb cümlə hesab edilə bilməz?

Əgər Viktor Hüqo yeni bir əsər yazsa, mən onu mütləq oxuyacağam.
Anam fikirləşirdi ki, bu güllər çox gözəl deyil.
Dünənki hadisələrdə mən ki günahkar deyiləm.
Bizim internetimiz o qədər sürətlidir ki, mən kifayət qədər sual göndərə bilirəm.
Sən elə adam olmalısan ki, hamı səni bəyənsin.

Bunlardan hansı bölüşdürmə əlaqəsinin bağlayıcıları deyil?

gah,gah da,gah da ki
nə,nə ki, nə də ki
ya da ki
yaxud da

Budaq cümlələrlə fel tərkiblərinin sinonimliyi.......

leksik sinonimlikdir
qrammatik sinonimlikdir
sintaktik sinonimlikdir
olmur

Hansı budaq cümlədə ''ki'' bağlayıcısı işlənəndə əvvəl budaq, sonra baş cümlə gəlir?

Qarşılaşdırma budaq cümləsi
Zaman budaq cümləsi
Yer budaq cümləsi
Məqsəd budaq cümləsi
Səbəb budaq cümləsi

Müəllim:" Uşaqlar dərslərə hazır gəlin" dedi.

M:"V"-m
M:"v"-m-"v"
"V"-m
"M?"-v
"V?"-m

Yer budaq cümləsi olan bəndi seçin:

Haranı desələr, oranı da abad edərik
Haranı desələr, ora da abad olar
Bu yerlər min xəyal eylər, təbiət şeirə layiqdir
Haradan gəlmişdisə, ora da getdi
Hər şeyi oradan başlamaq lazımdır

Zaman əlaqəsinin əsas göstəriciləri hansılardır?

İnkar bağlayıcısı
İştirak bağlayıcısı
Birləşdirmə bağlayıcısı
Zaman şəkilçiləri
İntonasiya
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed