Sadə cümlələr

Sadə cümlələrin şəxsə görə növləri. Hissə 1.

Test ID - 1049
Müəllif: gülər (Əlavə edilib: 10.09.2012)

Sadə cümlənin şəxsə görə neçə növü var?

6
5
2
3
4

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.

Yazılmış sərhlər

Müəllif: Qonaq__36161272 (Əlavə edilib: 01.02.2018 10:11:27)
umumi ve qeyri mueyyen sexsli,sexsiz , mueyyen sexsli
Müəllif: Qonaq__33344576 (Əlavə edilib: 24.12.2017 16:49:15)
Qayidis
Müəllif: Qonaq__10650901 (Əlavə edilib: 11.05.2015 14:29:58)
Ki baglayicisi ne zaman cumlenin musteqin Uzvu olur? Tapin gorek✋
Müəllif: Qonaq__2954552 (Əlavə edilib: 23.08.2014 18:03:08)
umumi ve qeyri mueyyen sexsli,sexsiz , mueyyen sexsli

cumle










Müəllif: Qonaq__1822503 (Əlavə edilib: 30.03.2014 18:41:26)
umumi ve qeyri mueyyen sexsli.sexssiz mueyyen sexsli cumle

Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?

Leksik mənası olmadığına görə
Qrammatik mənası olmadığına görə
Cümlə üzvü olduğuna görə
Azərbaycan dili leksikologiyasında olmadığına görə
Heç bir cavab duz deyil

Söz birləşməsində müstəqil söz nə deməkdir?

Köməkçi nitq hissəsi
Mürəkkəb söz deməkdir
Əsas nitq hissəsi
Təkmənalı söz deməkdir
Sadə söz deməkdir

Aşağıdakılardan biri söz birləşməsi deyil:

Dağ havası
Böyük şəhər
Vətən üçün
Kitabı oxumaq

Hansı nümunədə nəqli cümlə vardır?

Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
Tez olun, tutun Eldarı!
Dünyada əlli milyon azərbaycanlı var
Mən də o günləri yaşasaydım, ah!

Tamamlıq, əsasən, hansı cümlə üzvü ilə bağlı olur?

Feli xəbərlə
Zərfliklə
İsmi xəbərlə
Təyinlə

Yanaşma əlaqəsi ilə bağlı fikirlərdən hansı səhvdir?

Yanaşma əlaqəsinin qrammatik göstəriciləri yoxdur
Tabesizlik əlaqəsinin bir növüdür
Asılı tərəf əsas tərəfdən əvvəl gəlir
Daha çox I növ təyini söz birləşmələrinin tərəfləri arasında olur

Tərzi – hərəkət zərflikləri haqqında düzgün fikri seçin:

İş və hərəkətin nə qədər icra olunduğunu bildirir
Necə? nə cür? suallarına cavab verir
Cümlədə təyin olur
Nə qədər? sualına cavab verir

Hansı cümlədə kəmiyyət zərfliyi işlənmişdir?

Utandığından uşağın sifəti qızarmışdı
Mən onu uşaqlıq illərindən tanıyıram
Ana qayğılı halda dedi
Bu sözü mən sizə dəfələrlə demişəm

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona əl vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Tez olun, tutun Eldarı

Səhv fikri göstərin:

Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır

Müəyyən şəxsli geniş cümlə hansıdır?

Verilən tapşırığa vaxtında əməl edərlər
Dünən məsələyə baxıldı
Həvəslə danışdım
Xəstəni sakitləşdirmək üçün xeyli əziyyət çəkdilər

Həmcins zərflikli cümləni göstərin:

Eşq olsun bu müqəddəs varlığa
Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır
Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq
Mikayılın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü

Qeyri – müəyyən şəxsli cümləni göstərin:

Onlar bu sözləri Qacara çatdırdılar
İşləməyənə tənbəl deyirlər
Qaranlıq yerə daş atmazlar
Gecə saat ikidə bizi təcili oyatdılar

Cümlələrin birində yer zərfinin əlavəsi işlənmişdir:

Bütün sahə - quyular bir anda onun gözləri qarşısında canlandı
Daha içəridə - dəzgahların yanında işləyənlər heç bir təşviş göstərmirdilər
Orada – otağın qarşısındakı alaçıqda bir dirək basdırılmışdı
Qapını döyən mənim - dostumdur.

Ara sözün işləndiyi cümləni göstərin:

Sənin dediklərin tamamilə düzdür
Düzdür, riyaziyyatdan bir az anlayıram
Yəqin etdim ki, sən düz demirsən
Güman gələn yerləri ələk – vələk etdilər

Hansı söz birləşməsi deyil?

ana vətən
məktəbə qədər
məktəbin həyəti
kitabın vərəqi
bağbanın gülləri

Hansı cümlədə həmcins zərfliklər işlənib?

Sinifdə oğlanlar və qızlar var idi
O həm irəliyə həm də geriyə gedirdi
O bacarıqlı və tərbiyəlidir
Həm şəhərdə həm də kənddə qaz var
Aysel gülləri və çiçəkləri sevir

Uzlaşma əlaqəsi nəyə deyilir?

Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına
iki və daha artıq sözün birləşməsinə
Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə
Əşyanın adını bildirməsinə
Bitmiş bir fikri ifadə etməsinə

Tamamlıqla bağlı səhv fikri göstər:

Vasitəsiz tamamlıqlar ismi və feli xəbərlərə aid olur
Tamamlıqlar vasitəli və vasitəsiz olur
Vasitəsiz tamamlıq ismin təsirlik halında olur
Vasitəli tamamlıq ismi xəbərə də aid ola bilər
Kim ilə, nə ilə, kim üçün, nə üçün vasitəli tamamlığın suallarındandır

Hansı birləşmənin daxilində yanaşma əlaqəsi yoxdur?

Sən axşam və səhər çiçəkləri sulayarkən
Axşam dostlarımı qarşılayanda
Füzulinin məşhur "Leyli və Məcnun" poeması
Dağların və çəmənlərin gözəlliyi
Xəzər dənizinin qərb sahili

Hansı cümlə əlavəlidir?

Mən sabah dərsə getməyəcəm
Sən bu gün mənimlə parka gələcəksənmi?
O-Səbuhi mənim qardaşımdır
Evdə çoxlu atılası əşyalar var idi
Dünən mənim ad günüm idi

Üçüncü növ təyini söz birləşməsinin düsturu hansıdır?

1t0+2t0
1Tm+2Ty
1TO+2Ty
1T0+2Tm
Düsturu yoxdur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed