Sadə cümlələr

Müxtəsər və geniş cümlələr. Hissə 1.

Test ID - 53448
Müəllif: Admin (Əlavə edilib: 13.01.2012)

Sadə geniş cümləni göstərin:

Xeyirxahlığınız insanları sevindirəcək
Qələmin qiyməti baha idi
Məni valeh edən sənin alicənablığındır
Dağ çayının səsi eşidilirdi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?

Leksik mənası olmadığına görə
Qrammatik mənası olmadığına görə
Cümlə üzvü olduğuna görə
Azərbaycan dili leksikologiyasında olmadığına görə
Heç bir cavab duz deyil

Müəyyən şəxsi cümlə hansıdır?

mübtədası olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
xəbəri olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
tamamlığı olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
təyini olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir

Söz birləşmələrinin quruluşca növləri hansılardır?

Sərbəst və sabit
sadə, düzəltmə və mürəkkəb
sadə və mürəkkəb
isim,sifət,fel,zərf
təsirli və təsirsiz

Cümlə haqqında hansı fikir səhvdir?

Bitmiş fikir ifadə edir
Bir sözdən ibarət olmur
Fikir bitkinliyi şərti mənada işlənir
Hər cümlə bu və ya digər konkret fikri ifadə edir

Hansı cümlədə mübtəda mürəkkəb adla ifadə olunmuşdur

Xurşidbanu Natəvan ən çox qəzəl yazmışdır
Yaradan, yaşadan öz əlimizdədir
Oxuyan bülbüldür, dinləyən qazdır
Siz məni saldınız bu hala, gözlər

Hansı cümlənin xəbəri mürəkkəbdir?

Aytacın atası yaxşı diş həkimidir
Bu uşaqlar şəhərdəki on nömrəli orta məktəbdə oxuyurdular
Biz bu gün yola düşəcəyik
Ramil istədiyi universitetə qəbul olundu

Hansı cümlədə təyin əvəzliklə ifadə olunmuşdur?

Bu əhvalatı Buzbulaqda hamı bilirdi
Sıra dağlar, gen dərələr
Ürək açan mənzərələr
O, dar cığırla yuxarı qalxırdı

Tərzi – hərəkət zərflikləri haqqında düzgün fikri seçin:

İş və hərəkətin nə qədər icra olunduğunu bildirir
Necə? nə cür? suallarına cavab verir
Cümlədə təyin olur
Nə qədər? sualına cavab verir

Cümlə üzvlərinin əlavəsi haqqındakı fikirlərdən hansı yanlışdır?

Cümlə üzvündən sonra gələrək cümlə üzvünün mənasını izah edən, konkretləşdirən sözlərdir
Təyindən başqa, hər bir cümlə üzvünün əlavəsi ola bilər
Yazılı nitqdə əlavə ilə onun aid olduğu cümlə üzvü arasında tire, bəzən vergül qoyulur
Mübtəda üçüncü şəxsə aid sözlə ifadə olunursa, əlavə şəxs və kəmiyyətə görə onunla uyğun olmur

Hansı fikir səhvdir?

Qeyri – müəyyən vasitəsiz tamamlığın cümlədə yeri sabitdir
Tərzi – hərəkət və kəmiyyət zərfliklərinin cümlədəki yeri sabitdir
Cümlədə cümlə üzvlərinin sırası heç bir qaydaya əsaslanmır
Cümlə sırası belədir: əvvəlcə mübtəda, sonra xəbər

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona əl vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Tez olun, tutun Eldarı

Həmcins mübtədalı cümlə hansıdır?

Şuşa, Laçın, Kəlbəcər azad olunmalıdır
Qızıl və gümüş saatlar aldılar
Kitab, dəftər və qələm satırlar
Aytən, Nadir, Kitabları gətirin

Mürəkkəb xəbərli geniş şəxssiz cümləni tapın:

Fatimənin babası şirkətdə növbə rəisidir
Müharibə başlayanda yayın ilk ayı idi
Arzu dərs əlaçısıdır
Tədris ili mayın otuzunda yekunlaşır

Qeyri – müəyyən şəxsli cümləni göstərin:

Onlar bu sözləri Qacara çatdırdılar
İşləməyənə tənbəl deyirlər
Qaranlıq yerə daş atmazlar
Gecə saat ikidə bizi təcili oyatdılar

Adlıq cümləni göstərin:

Kitab rəfi
Babadağ
Qədim qala
Bakı Dövlət Universiteti

Cümlələrin birində yer zərfinin əlavəsi işlənmişdir:

Bütün sahə - quyular bir anda onun gözləri qarşısında canlandı
Daha içəridə - dəzgahların yanında işləyənlər heç bir təşviş göstərmirdilər
Orada – otağın qarşısındakı alaçıqda bir dirək basdırılmışdı
Qapını döyən mənim - dostumdur.

Şəxssiz cümə nəyə deyilir?

Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr
Qrammatik əsası olan cümləyə
Hərəkətin qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümləyə
Hərəkətin hamıya aid olduğunu bildirən cümlələrə
Yalnız bir sözdən ibarət olan cümləyə

Hansı cümlədə mübtəda ismi birləşmə ilə ifadə olunur;

Səməd vurğun xalqımızın görkəmli şairidir
Qonşuya ümid olan şamsız qalar
Çox yemək adamı az yeməkdən də qoyar
əmək
əmək

Hansı birləşməni 2-ci növdən 3-cü növə çevirmək olmaz?

dağ havası
məktəb direktoru
elmlər namizədi
sinif jurnalı
gözəl hava

"Zövqlər, duyğular dəyişir hər an" bu cümlə hansı əlaqədədir?

Tabesizlik əlaqəsi
Tabelilik əlaqəsi
Uzlaşma əlaqəsi
Yanaşma əlaqəsi

Hansı söz birləşməsi deyil?

ana vətən
məktəbə qədər
məktəbin həyəti
kitabın vərəqi
bağbanın gülləri

Yanaşma əlaqəsini səciyyələndirən xüsusiyyətlərdən biri səhv verilmişdir:

Tabelilik əlaqəsinin növüdür
Əvvəl asılı söz, sonra isə əsas söz işlənir
Mübtəda ilə xəbər arasında olur
Əvvəl gələn söz sonrakını izah edir
Yanasan tərəf heç bir qrammatik şəkilçi qəbul etmir

Yanaşma əlaqəsində olan sözlər hansı cümlədədir

Kitabı oxudum
İşdən qorxma, Əhməd!
Yaxşı kitab uzun müddət yaddan çıxmır
Hava işıqlandı
Biz kənddən qayıtdıq

Qeyri muəyyən şəxsli cümlələrin xüsusiyyətləri

bu cümlədə mübtəda olmur
bu cümlələrin xəbərləri ancaq üçüncü şəxsin cəmindən olur
bu cümlələrin xəbərləri feli xəbər olur yəni ya tək fellə ya da ikinci tərəfi fel olan birləşmələrlə ifadə olunur
bunlar qeyri muəyyən şəxsli cümlələrin formul cəhətləridir
bu cümlələrdə xəbərin ifadə etdiyi hərəkət qeyri muəyyən şəxslərə aid olur

İcbar növdə olan fel hansıdır?

oxumaq
döyünmək
qaldırmaq
təmizləmək
sildirmək

Hansı birləşmənin daxilində yanaşma əlaqəsi yoxdur?

Sən axşam və səhər çiçəkləri sulayarkən
Axşam dostlarımı qarşılayanda
Füzulinin məşhur "Leyli və Məcnun" poeması
Dağların və çəmənlərin gözəlliyi
Xəzər dənizinin qərb sahili

Sintaktik əlaqələr neçə yerə ayrılır?

4 yerə
3 yerə
1 yerə
2 yerə
5 yerə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed