Mürəkkəb cümlələr

Səbəb-nəticə əlaqəsi. Hissə 1.

Test ID - 48920
Müəllif: Admin (Əlavə edilib: 06.06.2011)

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələri göstərin:
a)Torpağı duz basmış, kəndlilər də köçüb getmişdilər
b)Qarmon çalınır, nəğmə oxunur, rəqs edilir
c)Gün çıxdı, hər tərəf işıqlandı
d)Axşam düşdü, lampalar yandı
e)Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu

a,b,c
a,c,d
c,d,e
a,c,e

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:

Yağış yağdı, havaya bir sərinlik gəldi
Ya sən məktub yazmamısan, ya da məktub yolda itib
Qapını itələdim, ancaq açılmadı
Nə o bunu dindirir, nə də bu onu danışdırır

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdən hansı səhvdir?

Arxa nə qədər möhkəm olsa, qohumlar özlərini o qədər arxayın sanar, asudə yaşayarlar
Öz evindir, nə qədər istəyirsən o qədər qal
Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, nəzərini çəkə bilmirdi
Sən nə qədər demişdin, mən də bir o qədər aldım

Tabeli mürəkkəb cümləni seçin:

Qonaq ayaqqabısını çıxarmaq istədi, ev sahibi icazə vermədi
Mən belə bir qərara gəlmişəm ki, onları götürüb yaylağa aparım
Güclü qar yağdı, yollar buz bağladı
Yaşatmaq çətindir, unutmaq asan

Zərflik budaq cümlələrinin növlərindən deyil:

Keyfiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Hansı sıradakı tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümləni ayrılıqda işlətmək olmur?

Danılmaz həqiqətdir ki, Azərbaycan müstəqillik yollarında inamla irəliləyir
Düz deyiblər ki, ata olmayan adam bala qədrini bilməz
Qədimdə ruslar uşağa Volk(canavar)adı verərmişlər ki, güclü olsun
Dağların qarı əriməyə başlasa, çaylarda suyun səviyyəsi qalxacaqdır

Təyini əvəzliklərdən ibarət cərgəni göstərin.

hər kəs, hər şey, kim isə
elə, belə, həmin, bu
hər, bütün, filan, öz
biri, o, filan, elə
mən, o, siz, belə

Aşağıdakılardan hansı budaq cümlənin növlərinə aid deyil?

Təyin budaq cümləsi
Yer budaq cümləsi
Məqsəd budaq cümləsi
Nəticə budaq cümləsi
Xəbər budaq cümləsi

Biri mürəkkəb cümlənin qrammatik təhlil qaydaları sırasında verilə bilməz.

Mürəkkəb cümlənin novu: tabeli və tabesiz
Əlaqə vasitələri: intonasiya və bağlayıcı vasitələr
Məna əlaqələri
Cümlədə rolu

Budaq cümlənin vəzifəsi nədir?

Baş cümləni özünə tabe etmək
Cümlələr arasında əlaqə yaratmaq
Modallıq yaratmaq
Baş cümləyə tabe olmaq, onu izah etmək

Tabesiz mürəkkəb cümləni seçin:

Səkinə lampa işığında oturub qızına corab toxuyur və yavaş-yavaş danışan ərinə qulaq asırdı
Qalxıb ocaq qalamalı, inəkləri sağmalı, nehrə çalxalamalı idi, fəqət heç qalxmaq istəmirdi
Şahnigar ağzını açıb qışqırmaq istədi, amma nəfəsini çəkə bilmədi
İsanın gəldiyini Suad hamıdan qabaq görmüşdü, bir müddət sonra yavaşca onu çağırmağa başladı
Gözüm Yaşardı, lakin özümü sındırmamaq üçün gülümsədim

Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin əsas göstəriciləri hansı tabesizlik bağlayıcılarıdır?

inkarlıq - birləşdirmə - qarşılaşdırma
yalnız inkarlıq
birləşdirmə - aydınlaşdırma
inkarlıq - iştirak - birləşdirmə
iştirak - aydınlaşdırma

Biri tabesiz mürəkkəb cümlədir:

Hamıya məlum oldu ki, bu işdə Oqtayın heç bir günahı yoxdur
Əgər sən müəllimi dinləsəydin, bu suala asanlıqla cavab verə bilərdin
Elə qışqıraram ki, qulağın batar
Şiddətli külək əsir, güclü yağış yağırdı
Nə qədər demişdim, o qədər yaz!

Tabesiz mürəkkəb cümləni göstərin

Mənim getməyimə baxmayaraq, o gəlməmişdi
Mən getmişdim ki, dərs oxuyum
Hava buludlu idi, yağış isə yağmırdı
Mən oxuduğum halda, o oxumadı
Heç biri mürəkkəb cümlə deyil

Feili bağlamaya aid edilənlərdən biri səhvdir:

Cümlədə təyin olur
Cümlədəki feili müxtəlif cəhətdən izah edir
Məna çalarları var
Şəkilçiləri qrammatikdir
Feilin təsriflənməyən formasıdır

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak

Tərzi-hərəkət budaq cümləsi nə bildirir?

hal və hərəkətin tərzini hərəkətini
mürəkkəb cümlədir
hal və hərəkətin səbəbini
kəmiyyət bildirir
hal və hərəkətin hansı tərzdə olduğunu

Hansı cümlədə budaq cümlə baş cümlədən əvvəl işlənib?

Mənə elə gəldi ki, bizə kimsə göz qoyur.
Elə gecələr də var idi ki, sevincdən səhərə kimi yata bilmirdim.
Biz qərara aldıq ki, sabah iməcilik keçirilsin.
Kim sualın cavabını bilirsə, o cavab versin.

Yer budaq cümləsi olan bəndi seçin:

Haranı desələr, oranı da abad edərik
Haranı desələr, ora da abad olar
Bu yerlər min xəyal eylər, təbiət şeirə layiqdir
Haradan gəlmişdisə, ora da getdi
Hər şeyi oradan başlamaq lazımdır

Tabesiz cümlənin növləri nəyə əsasən fərqlənir?

tabelilik əlaqələrinə
baş üzvlərə
məna əlaqələrinə
ikinci dərəcəli üzvlərə
bağlayıcılara
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed