Mürəkkəb cümlələr

Budaq cümlələrinin növləri. Hissə 1.

Test ID - 52683
Müəllif: Admin (Əlavə edilib: 04.12.2011)

“ Səkinə bildi ki, kişi yenə öz işinin peşmançılığını çəkir ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin:

Mübtəda budaq cümləsi
Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsi
Təyin budaq cümləsi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlələrdən biri aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Ağız deyəni qulaq eşitmirdi: iyirmi – otuz adam üz – üzə, çiyin – çiyinə oynayırdı
Ot öz kökünün üstündə bitir: adam ya ağılda, ya da vücudda öz nəslinə çəkməlidir
Səlim başını tərpətdi, yəni o razı idi
Ağacdakı quşlar səs saldı, uşaq diksindi

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?

Uşaq anasının qucağından dartınıb düşmək istəyir, ana buraxmırdı
Fuad dərin fikrə getdi: bu işi kim etmiş olar?
Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır
Gah güclü yağış yağır, gah da gün çıxırdı

Cümlələrdən biri səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Bayırda yağan qar ağarır, xoş mənzərə yaradırdı
Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi
Birdən motor susdu, çarxlar dayandı
Lampalar söndü, kino verilişi başlandı

Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Nə vaxt əlaçı olsan, səni də təbrik edərlər
Nə qədər uzaq olsa, bir elə xoşdur
O gün ki, aləmə yayıldı şölən, Dağlar öz donunu lalədən biçdi
Oğlan o zaman kəndə çatdı ki, iş işdən keçmişdi

Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
Yer budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan bağlayıcı sözlərlə bağlanır
Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkün olmur

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

Nöqsan var ki, yüzlərlə adama zərər vurur
Elə ki dörd divar canını sıxdı, Qış günəşi kimi göründü tək – tək
O yerə ki, insan ayağı dəyməzdi, indi oradan traktor səsi gəlir
Əminəm ki, hər şey yaxşı olacaq

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Mübtəda budaq cümləsi baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir
Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır
Mübtəda budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir
Səndən nə soruşurlar, cavab ver – cümləsi mübtəda budaq cümləsidir

Tabeli mürəkkəb cümlədə işlənən bağlayıcı sözlər haqqında hansı fikir səhvdir?

Bağlayıcı sözlər köməkçi nitq hissəsidir
Bağlayıcı sözlər ədatlarla da işlənir
Bağlayıcı sözlər müxtəlif cümlə üzvləri olur
Bağlayıcı sözlərlə bağlanan budaq cümlələr baş cümlədən əvvəl gəlir

Budaq cümlənin növlərindən biri deyil:

Mübtəda budaq cümləsi
Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsi
Sual budaq cümləsi

Cümlələrdən biri tabesiz mürəkkəb cümlədir:

Əli danışır, yazır
Əli danışsa, yazar
Əli danışdımı, yazacaq
Əli danışdı, danışmadım

“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:

Zaman budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:

Kəmiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Təyini əvəzliklərdən ibarət cərgəni göstərin.

hər kəs, hər şey, kim isə
elə, belə, həmin, bu
hər, bütün, filan, öz
biri, o, filan, elə
mən, o, siz, belə

"Göy guruldayır, yağış yağır" mürəkkəb cümləsinin II sadə cümləsinə aid düzgün cavabı tapın.

Əmr cümləsidir
Sadə cümlədir
Ümumi şəxsli cümlədir
Müxtəsər cümlədir

Hansı budaq cümlədə ''ki'' bağlayıcısı işlənəndə əvvəl budaq, sonra baş cümlə gəlir?

Qarşılaşdırma budaq cümləsi
Zaman budaq cümləsi
Yer budaq cümləsi
Məqsəd budaq cümləsi
Səbəb budaq cümləsi

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak

Tabeli cümlələrdə budaq cümlənin baş cümləyə bağlanma vasitələrindən biri yanlışdır:

tabelilik bağlayıcıları
şərt şəkilçisi
mənsubiyyət şəkilçisi
intonasiya
bağlayıcı sözlər

"Mən ona oğul deyərəm ki, bütün imtahanlardan beş alsın" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin:

təyin budaq cümləsi
tərzi hərəkət budaq cümləsi
tamamlıq budaq cümləsi
xəbər budaq cümləsi
kəmiyyət budaq cümləsi

Bu cümlələrdən hansı adə cümlənin şəxsə görə növlərinə aid deyil?

Müəyyən şəxsli cümlə
Adlıq cümlə
Mürəkkəb cümlə
Şəxssiz cümlə
Ümumi şəxsli cümlə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed