Mürəkkəb cümlələr

Şərt budaq cümləsi. Hissə 1.

Test ID - 51739
Müəllif: Admin (Əlavə edilib: 28.10.2011)

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:

Şərt budaq cümləsi baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi ilə bağlanır
Şərt budaq cümləsində budaq cümlə əvvəl gəlir
Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə bağlanır
Şərt budaq cümləsi niyə? nə üçün? nəyə görə? Suallarından birinə cavab

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Tabesiz mürəkkəb cümlə hansıdır?

Var səsi ilə qışqırmaq istədi Şahnaz, ancaq səsi çıxmadı
Atlar öküzlər kotana güc vurur, gah yeriyir, gah yıxılır, gah durur
Yazıq uşaq başını aşağı saldı, heç bir söz demədi
Mən sənə demişdim: bu işin sonu yoxdur
Harada aş, orada baş

Cümlələrdən biri quruluşca mürəkkəb deyil:

Arabir göy guruldayır, yağış güclənirdi
Hamı üşüyürdü, lakin heç kəs səsini çıxarmırdı
Elə özü deyir, özü də eşidirdi
Ön sırada şagirdlər, arxa sırada isə müəllimlər oturmuşdular

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr hansı suala cavab verir?

Niyə? Nəyə görə? nə səbəbə?
Niyə? nə üçün? nə məqsədlə?
Nə qədər?
Necə? nə cür?

O dedi: « Biz doğma yurdumuza qayıdacağıq » Cümlə hansı sxemə uyğun gəlir?

“ V ” – m, - v
M: « V »
“ V ”, - m
M: « V! »

Verilənlərdən biri vasitəsiz tamamlıq budaq cümləsidir:

Kim ki yaxşı işləyir, onu qiymətləndirirlər
İnanmışam ki, bayrağımız yer üzünə yüksələcək
Kimə tapşırılıbsa, ondan da tələb edilməlidir
Onu inandırdılar ki, müridlik savab işdir

Vasitəli tamamlıq budaq cümləsi olan bəndi qeyd edin:

Gördülər ki, siz gəlirsiniz
Eşitdilər ki, siz gəlirsiniz
İnandıq ki, siz gələcəksiniz
Yazdıq ki, oxuyasınız

Biri tabeli mürəkkəb cümlə deyil:

Dəhlizin qapısı açıldı, ancaq orada heç kim görünmədi
Uşaq elə sevinirdi, sanki dünyanı ona bağışlamışdılar
Şərtim budur ki, atamı da mənim qədər sev
Gəlin sapsarı saralsa da, özünü sındırmadı

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir
Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olmur
Baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi və da, də, belə ədatları ilə bağlanır
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir – biri ilə qarşılaşdırılır

Budaq cümlələrlə tərkiblər arasında formaca hansı fərq var?

Budaq cümlələr yarımçıq, tərkiblər bütöv olur
Budaq cümlələr cümlə formasında, tərkiblər söz birləşmələri formasında olur
Biri antonim, o biri sinonim olur
Heç bir fərq yoxdur

Biri tabesiz mürəkkəb cümlədir:

Hamıya məlum oldu ki, bu işdə Oqtayın heç bir günahı yoxdur
Əgər sən müəllimi dinləsəydin, bu suala asanlıqla cavab verə bilərdin
Elə qışqıraram ki, qulağın batar
Şiddətli külək əsir, güclü yağış yağırdı
Nə qədər demişdim, o qədər yaz!

Müəllim:" Uşaqlar dərslərə hazır gəlin" dedi.

M:"V"-m
M:"v"-m-"v"
"V"-m
"M?"-v
"V?"-m

Üç cümlədən ibarət olan cümlə tabesiz mürəkkəb cümlədir. Niyə?

cümlələrin sayı birdən çoxdur
üç qrammatik əsası var
cümlələr bərabər hüquqludur
tərkibində tabelilik bağlayıcısı işlənməmişdir
bitkinlik intonasiyasına aiddir
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed