I bolmə

Söz birləşmələrinin növləri. Hissə 1.

Test ID - 48721
Müəllif: Admin (Əlavə edilib: 25.05.2011)

Söz birləşmələrinin növlərinə aid olanlardan biri yanlışdır:

Söz birləşmələrinin 2 növü var
Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində olur
Asılı söz birinci tərəfdə işlənir
Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin birinci tərəfində olur

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Söz birləşməsi ilə sözün fərqli xüsusiyyəti kimi verilə bilməz:

Söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir
Söz birləşməsi səslərdən əmələ gəlir
Söz birləşməsi də sözlər kimi ad bildirir
Söz birləşməsi sözlərdən əmələ gəlir

Cümlə üzvləri nəyə deyilir?

İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
Hərəkət və əlamət obyektini bildirir
Bitmiş fikir ifadə edən bir sözə və ya bir neçə sözün birləşməsinə
Məna və qrammatik cəhətdən bir – biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə

Hansı cümlədə təyin isimlə ifadə olunmuşdur?

Qabaqkı sıralar bomboş idi
Yaşıl zəmilər göz oxşayır
Aşağı mərtəbələr tərtəmiz idi
Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir

Hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir?

Bura mənim vətənimdir – Azərbaycandır
Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi
O, kəndimizə yaz aylarında – gül – çiçək fəslində gəlmişdi
Qızım, Aysel, yaxına gəl

Zərf haqqındakı fikirlərdən biri düzgündür:

Nitq hissələri ilə ifadə olunan zərfliklər quruluşca sadədir
Zərflik quruluşca üç cür olur
İsmi xəbərə aid olur
Cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır

Aşağıdakılardan biri söz birləşməsidir:

Səndən ötrü
Fikrə getmək
Doğma torpaq
Kömək edəndə

Düzgün fikri göstərin:

İntonasiya cümlənin əsas göstəricilərindən deyil
Nida cümlələrinin xüsusi forması var
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
Hər bir cümlə bitmiş fikir ifadə etməklə yanaşı, müəyyən münasibət də bildirir

Hansı fikir səhvdir?

Qeyri – müəyyən vasitəsiz tamamlığın cümlədə yeri sabitdir
Tərzi – hərəkət və kəmiyyət zərfliklərinin cümlədəki yeri sabitdir
Cümlədə cümlə üzvlərinin sırası heç bir qaydaya əsaslanmır
Cümlə sırası belədir: əvvəlcə mübtəda, sonra xəbər

Hansı nümunədə nəqli cümlə yoxdur?

Bir gün göyərçinlərim qanadlanıb uçdular
Gün o gün olsun ki, qurtarsın dava
Dünyada əlli milyon azərbaycanlı var
Yenə də hər zaman ürəyimdəki sənsən

Biri ismi birləşmədir:

Yoldan ötən
Kəndə kimi
Kişnəyən at
Bağçanı sulayan

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Ara sözün işləndiyi cümləni göstərin:

Sənin dediklərin tamamilə düzdür
Düzdür, riyaziyyatdan bir az anlayıram
Yəqin etdim ki, sən düz demirsən
Güman gələn yerləri ələk – vələk etdilər

Hansı cümlədə həmcins üzv yoxdur?

Azadlıq yolu çətin, ancaq şərəfli bir yoldur
Sənədləri gətirdim, amma onları imzalada bilmədim.
Sənədləri gətirdim, ancaq imzalamadılar
Əməksevən, cod, kobud əlləri vardır

Binadan gözəl olmayan
Telin qədrini nə bilər?
Cümləsində sintaktik əlaqələri müəyyənləşdirin

2 uzlaşma, 1 yanaşma, 3 idarə
3idarə
2 idarə, 2 uzlaşma
1 uzlaşma, 3 idarə
1 uzlaşma, 3 idarə, 1 yanaşma

Dovşan sözünün fonetik təhlilindəki səhvi göstərin:

sözdə 2 cingiltili və 1 kar samit var
deyilişi ilə yazılışı fərqlənmir
sözdəki o və a açıq saitdir
vurğu son hecaya düşür
omonimi yoxdur

Xitab nəyə deyilir?

Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə xitab deyilir
Cümlə üzvlərini aydınlaşdıran sözlərdir
Cümlənin aydın ifadə olunmasına kömək edən sözlərdir
Bir-birinə tabe olmayan, birini aydınlaşdırmayan, bərabərhüquqlu sözlərdir

Cümlələrdən hansının zərfliyi mürəkkəbdir?

Alpinistlər dağa sarı gedirlər
Uşaq xəstələndiyi üçün dərsə gəlməmişdi
Ocaq yavaş-yavaş sönürdü
Məktubu oxuyanda ananın gözləri yaşardı
Qardaşım qaça-qaça yanıma gəldi

Hansı cümlədə həmcins zərfliklər işlənib?

Sinifdə oğlanlar və qızlar var idi
O həm irəliyə həm də geriyə gedirdi
O bacarıqlı və tərbiyəlidir
Həm şəhərdə həm də kənddə qaz var
Aysel gülləri və çiçəkləri sevir

Hansı üçüncü növ təyin söz birləşməsidir?

Füzuli lirikası
M.F. Axundovun təxəllüsü
möhkəm yer
dövlət xadimi
odlar yurdu

Məcnunun məhəbbəti söz birləşməsində hansı sintaktik əlaqələr var?

Uzlaşma və idarə
Yalnız uzlaşma
Yalnız idarə
İdarə və yanaşma
Tabelilik əlaqəsi

"Mən gülləri, çiçəkləri suladım"- cümləsində sintaktik əlaqənin növünü tapın.

tabesizlik əlaqəsi
idarə əlaqəsi
yanaşma əlaqəsi
idarə, yanaşma əlaqələri
uzlaşma, tabesizlik əlaqəsi

Hansı cümlədə idi hissəciyi işlənməyib?

Dünən dostum bizə gəlmişdi.
Bayaq mən sevincimdən uçurdum.
Bacım dünən dərslərindən beş almışdı.
Mən bu uşağı yoldan keçirdim.
Mən dünən məktəbə getməmişdim.

Ümumi şəxsli cümlələrdə ən çox nə istifadə olunur?

mübtəda olan cümlələrdən
atalar sözlərindən
mürəkkəb cümlələrdən
söz birləşmələrindən
2 və ya daha artıq xəbəri olan cümlələrdən

Aşağıdakılardan hansı ismi birləşmələrə aiddir?

Nə edir? nə olacaq? nə etsə? və s. suallarından birinə cavab verir
Frazeoloji birləşmələr təsriflənən şəkildə cümlənin ismi xəbəri olur
Feli bağlamalarla ifadə olunan xəbərlər ismi xəbərlərdir
Adlarla (isim, sifət, say, əvəzlik, zərflə) ifadə olunan xəbərlər ismi xəbərlərdir
İsmi xəbərlər təyinə aid olur

Söz birləşməsi haqqındakı fikirlərdən biri yanlışdır:

İki müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi ilə yaranır
Əsas və asılı tərəfi olur
Həm ayrı həm defislə yazılır
Əsasən cümlənin mürəkkəb üzvü olur
Quruluşuna görə sadə və mürəkkəb olur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed