I bolmə

Söz birləşməsi və cümlə. Hissə 1.

Test ID - 49541
Müəllif: Admin (Əlavə edilib: 04.08.2011)

Söz birləşməsi və cümlə üçün fərqli əlaməti göstərin:

Məna və qrammatik əlaqələrin müxtəlif olması
Sözlərin birləşməsindən əmələ gəlməsi
Hər ikisində sözlərin sırası eyni olur
İntonasiya bitkinliyinin olması

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı cümlədə xitab düzgün qoyulub?

Azər, sən yaman dərslərində geriləmisən!
Atam, anam və mən sabah kəndə gedəcəyik.
Əlbəttə ki, bu işi yalnız sən görə bilərdin.
Mən və dostlarım sabah Aygünün evinə qonaq gedəcəyik.
Sizi, ailəniz bu xoş xəbər münasibətilə təbrik edirəm.

Cümlə haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlə yeganə nitq vahididir ki, fikir ifadə edir
Cümlə iki və daha artıq sözdən ibarətdirsə, onlardan biri xəbər kimi formalaşmış olmalıdır
Xəbər cümlənin formalaşmasında əsas rol oynamır
Cümlə nitqin əsas vahididir
heç biri

Hansı sözlər və birləşmələr cümlədə tamamlıq olur?

İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur.
sifət olan sözlər tamamlıq olur
nitq hissələri cümlədə tamamlıq olur
say tamamlıq olur
tamamlıq cümlədə heç bir vəzifəni yerinə yetirmir

Mürəkkəb söz birləşməsi ilə sadə söz birləşməsi arasındakı fərq nədir?

mürəkkəb söz birləşməsi 3 və daha artıq sözün, sadə söz birləşməsi isə 2 sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.
Onlar arasında fərq yoxdur!
Mürəkkəb söz birləşməsi, məcazi mənada işlənir, sadə söz birləşməsi isə məcazi mənada işlənmir.
Sadə söz birləşməsi yalnız isimdən və saydan, mürəkkəb söz birləşməsi isə sifətdən və feldən ibarət olur.
Sadə söz birləşmələrində köməkçi nitq hissəsi istifadə olunur, mürəkkəb söz birləşməsində isə istifadə olunmur.

Təyini söz birləşmələri haqqında fikirlərdən biri səhvdir:

Formasına və məna xüsusiyyətlərinə görə təyini söz birləşmələri üç növə ayrılır
Birinci növ təyini söz birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi əsasən sifətlə ifadə olunur
Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında məna əlaqələri olur

Zərflik haqqındakı fikirlərdən biri səhvdir:

Cümlədə, əsasən, hərəkət bildirən sözlərə aid olur
Hərəkəti müxtəlif cəhətlərdən izah edir
Zərfin mənaca altı növü var
Cümlədə isimlə ifadə olunan hər hansı bir üzvü izah edir

Hansı fikir səhvdir?

Cümlə bir sözdən ibarət ola bilər
Söz birləşmələri də sözlər kimi ad bildirir
Söz birləşməsi bitmiş fikir ifadə edir
Söz birləşməsi bir sözdən ibarət ola bilmir

Tabesizlik əlaqəsi haqqındakı fikirlərdən biri səhvdir:

Bu əlaqə eyni hüquqlu sözlər arasında olur
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olmur
Bu əlaqədə olan sözlərin hər ikisi eyni qrammatik formada olur

Təyin ilə bağlı səhv fikri göstərin:

Təyin cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərinə aid olub onları təyin edir
Necə? nə cür? nə qədər? neçənci? neçə? suallarına cavab olur
Təyin idarə əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur
Təyin quruluşca sadə və mürəkkəb olur

Tərzi – hərəkət zərfliyi haqqındakı fikirlərdən hansı yanlışdır?

Hərəkətin tərzini bildirir
Əsas qrammatik sualı necə? sualıdır
Zərfliyin bu növü tərzi – hərəkət zərfləri ilə, sifətlə, feli bağlama ilə, qoşma qəbul etmiş isimlə ifadə olunmur
Cümlədə hərəkət bildirən cümlə üzvünə aid olur

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona əl vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Tez olun, tutun Eldarı

Cümlələrdən birində ara söz güman, şübhə bildirmir:

Olmaya, məni tanımadın
Deyəsən, yağış tökəcək
Bəlkə mən də sizinlə getdim
Deyildiyinə görə, sizin qrup qış tətilində ekskursiyaya gedəcək

Müəyyən şəxsli geniş cümlə hansıdır?

Verilən tapşırığa vaxtında əməl edərlər
Dünən məsələyə baxıldı
Həvəslə danışdım
Xəstəni sakitləşdirmək üçün xeyli əziyyət çəkdilər

Həmcins üzvlü cümləni göstərin:

Al - əlvan çiçəklərin xoş ətri ətrafa yayılmışdı
Nə ağac vardı, nə də kölgəlik
Sular göz yaşı kimi dumduru idi
Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Aşağıdakı fikirlərdən biri səhvdir:

Cümlənin bütün üzvləri həmcins ola bilər
Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur
“ ki ” bağlayıcısı həmcins üzvlər arasında işlənə bilir
Həmcins üzvlərdə zaman şəkilçiləri ixtisar oluna bilər

Feli birləşmələrdən biri düzgündür:

Oxunan nəğmə
Nəğmə oxuyan uşaqlar
Nəğmə oxuyan bülbül
Nəğməni oxuyan

Cümlə üzvləri bir-biri ilə necə bağlı olur?

1)məna və qrammatik cəhətdən
2)bağlayıcı vasitəsilə
3)söz birləşmələri ilə
4)köməkçi nitq hissələri vasitəsilə
5)sual ədatları ilə

Mürəkkəb adların ixtisarına nə deyirlər?

linqvistika
abreviatura
leksika
substantivləşmə

Dovşan sözünün fonetik təhlilindəki səhvi göstərin:

sözdə 2 cingiltili və 1 kar samit var
deyilişi ilə yazılışı fərqlənmir
sözdəki o və a açıq saitdir
vurğu son hecaya düşür
omonimi yoxdur

Ümumiləşdirici sözlər nəyə deyilir?

Xitabdır
Həmcins üzvlərə aid olur və onları izah edir
Əlavələrlə birlikdə işlənir
Məntiqi vurğudur
Ara sözlərin bir növüdür

İdarə əlaqəsi hansı halda olmur?

Təsirlik
Adlıq
təsirlik
Çıxışlıq
Yönlük

Hansı idarə əlaqəsinin göstəricisi deyil?

yiyəlik hal
təsirlik hal
yerlik hal
adlıq hal
çıxışlıq hal

2ci növ təyini söz birləşməsinin asılı tərəfi hansı halda olur?

Təsirlik hal
Müəyyən yiyəlik hal
Qeyri müəyyən yiyəlik hal
Adlıq hal
Qeyri müəyyən təsirlik hal

Hansı cümlə sintaktik təhlil olunmur?

O qız yaxşı oxuyur
Ev alışıb yanır
Uşaqlar kitabı yaxşı oxuyun
O muğam oxumağa gedir
Onun kitabı, karandaşı və qələmi çantasında yox idi

Söz birləşməsi ilə frazeoloji birləşmənin fərqi nədir?

söz birləşməsi sözdən frazeoloji birləşmə hərfdən ibarət olur
söz birləşməsinin asılı tərəfi isim frazeoloji birləşmənin asılı tərəfi feldən ibarətdir.
söz birləşməsi həqiqi frazeoloji birləşmə məcazi mənada işlənir
söz birləşməsi 2, 3 və s müstəqil sözün birləşməsindən ibarətdir frazeoloji birləşmə isə 2 tərəfdən ibarət olur
söz birləşməsi ilə frazeoloji birləşmənin fərqi yoxdur

"Məktublaşmaq" sözü felin hansı növündədir?

qarşılıq-birgəlik növdə
məlum növdə
məchul növdə
icbar növdə
qayıdış növdə

İsmi söz birləşmələrinə başqa nə deyilir?

tabesizlik
tabelilik
söz birləşməsi
təyini söz birləşməsi
ismi birləşmə

"Kitabları aparan Muradın özü idi" mübtəda nə ilə ifadə olunub?

feli sifət tərkibi
isim
feli sifət
sifət
III növ təyini söz birləşməsi

Orada-otağın qarşısında ağacın dibində dirək basdırılmışdı cümləsində işlənmişdi:

həmcins üzv
ara söz
ümumiləşdirici söz
cümlə üzvünün əlavəsi
heç biri
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed