I bolmə

Söz birləşməsi və söz. Hissə 1.

Test ID - 49062
Müəllif: Admin (Əlavə edilib: 29.06.2011)

Söz birləşməsi və söz üçün ortaq əlaməti göstərin:

Hər ikisinin ad bildirməsi
Hər ikisinin sözlərdən əmələ gəlməsi
Hər ikisinin səslərdən əmələ gəlməsi
Hər ikisi bitmiş fikir ifadə edir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlələr quruluşuna görə neçə cür olur?

sadə və mürəkkəb
sadə və düzəltmə
mürəkkəb və düzəltmə
sadəcə mürəkkəb
sadəcə sadə

Xitab cümlədə nə bildirir?

Cümlədə hərəkəti bildirir
Cümlədə hərəkəti müxtəlif cəhətdən izah edir
Cümlədə müraciət olunanı bildirir
Cümlədə hərəkəti icra edəni bildirir
Cümlədə obyekt bildirir

Bunlardan biri feli bağlamadır:

Dərs oxuyan
Quşların səsi
Məktəbə getmək
Böyüyə hörmət
Payız gələndə

Qeyri təyini söz birləşməsini tapın

Daş ürək
Ev qapısı
Səndən qabaq
Dağdan uca
Mənim arzum

Uzlaşma əlaqəsi əsasən hansı cümlə üzvləri arasında olur?

mübtəda və xəbər
zərflik və xəbər
mübtəda və tamamlıq
təyin və mübtəda
heç bir cümlə üzvü arasında olmur

Aşağıdakılardan biri söz birləşməsi deyil:

Dağ havası
Böyük şəhər
Vətən üçün
Kitabı oxumaq

Tabesizlik əlaqəsi haqqındakı fikirlərdən biri düzgündür:

Sənətkarı xalq yaşadır tabesizlik əlaqəli cümlədir
Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına tabesizlik əlaqəsi deyilir
Tabesizlik əlaqəsində olan sözlərdən biri o birinə tabe olur
Tabesizlik əlaqəsində olan sözlər ya intonasiya vasitəsi ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir

Vasitəli tamamlıq haqqındakı səhv fikri göstərin:

İsmin yönlük, yerlik, çıxışlıq halında olan sözlərlə ifadə olunur
Kimə? kimdə? nədən? nə üçün? və s. suallara cavab verir
Vasitəli tamamlıqlar qoşma ilə işlənən adlıq və yiyəlik hallarla ifadə olunmur
Bəzən ismi xəbərlə də bağlı olur

Zərfliyin hansı məna növü iş, hərəkət və ya əlamətin səbəbini bildirir?

Səbəb zərfliyi
Kəmiyyət zərflikləri
Məqsəd zərflikləri
Yer zərflikləri

Hansı cümlədə kəmiyyət zərfliyi işlənmişdir?

Utandığından uşağın sifəti qızarmışdı
Mən onu uşaqlıq illərindən tanıyıram
Ana qayğılı halda dedi
Bu sözü mən sizə dəfələrlə demişəm

Söz birləşməsi haqqındakı fikirlərdən biri səhvdir:

İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir
Quruluşuna görə iki cür olur
Əsas və asılı tərəfi olur
Həm ayrı, həm defislə yazılır

Verilmiş atalar sözlərindən hansı ümumi şəxsli cümlədir?

Dost dar gündə tanınar
Cücəni payızda sayarlar
Qorxan gözə çöp düşər
İşləməyən dişləməz

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Şəxssiz cümlələr haqqındakı fikirlərdən biri səhvdir:

Xəbəri III şəxsin təkində olur
Şəxssiz cümlələr adətən geniş olur
Şəxssiz cümlələrin xəbəri ismi xəbərli olmur
Xəbəri frazeoloji birləşmə ola bilər

Qeyri-təyini söz birləşmələri ismin hansı hallarında olur?

yönlük, yerlik, çıxışlıq, təsirlik
adlıq, yiyəlik, yönlük
təsirlik, çıxışlıq
adlıq, çıxışlıq, təsirlik
yönlük, yiyəlik, adlıq

Qeyri-həmcins təyini söz birləşməsi olan sıranı göstərin:

Şəhərdə gördüyümüz həmin hündür qədim daş qala Qız qalasıdır.
İşimiz həm faydalı, həm də maraqlı idi.
Hər gecə kəndlərini, bir tərəfi çökmüş daxmalarını, babasının əkdiyi tut ağacını yuxusunda görürmüş.
Vətənpərvərlik, milli mənlik tərbiyəsi bu gün çox vacibdir.
Gülzarla Vüsal əlaçı şagirdlərdir.

Sinfin əlaçıları neçənci növ təyini söz birləşməsidir

3-cü növ
1-ci növ
5-ci növ
2-ci növ
yoxdur

Əmr cümləsi haqqındakı fikirlərdən hansı düzgündür?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə əmr cümləsi deyilir
Əmr cümləsinin xəbəri felin xəbər şəkli ilə ifadə olunur
Əmr cüməsinin üç növü var
Felin əmr şəkli ilə əmr cümlələri arasında məna və qrammatik cəhətdən əlaqə var

Buludlu hava neçənci növ təyini söz birləşməsidir?

Birinci növ
İkinci növ
Üçüncü növ
Feli birləşmə
Heç biri

Söz birləşmələri haqqında fikirklərdən biri səhvdir

iki müstəqil sözün məna və məzmunca birləşməsindən əmələ gəlir
tərəfləri əsas və asılı olur
əsas tərəfinə görə söz birləşmələri iki yerə bölünür
birinci növ təyini söz birlşməsinin tərəfləri birlikdə bir sintaktik vəzifə daşıyır
söz birləşmələri bir sözdən ibarət ola bilmir

Hansı cümlə müxtəsər cümlədir?

Anam Bakıya gedəndə mən yatmışdım
Ayselin kitabının üzü itib
İlham kitablarını evdə qoyub
Bu gün bizə gəlməyəcəksən?

Aşağıdakılardan hansı mürəkkəb söz birləşməsidir

bu qədər
şirin alma
nənəmin şirin bayatıları
anam üçün
evə qədər yol

Hansı variantda yəqinlik bildirən modal sözlər doğru göstərilib?

əlbəttə, gərək, məncə, deməli
şübhəsiz, həqiqətən, doğrudan, doğrusu
sözsüz, məncə, birincisi, deməli
beləliklə, xülasə, əvvəla, təəssüf ki

II növ təyini söz birləşmələrinin arasına söz daxil ola bilərmi?

Olar
Olmaz
istisna hallarda
Fellərnən işlənərsə
Heç biri

Hansı həmcins üzvdür?

Salam Fərid gəl evə
İt, pişik ev heyvanıdır
Mənim adım Fərid
Mən azərbaycanlıyam

Verilmiş II növ təyini söz birləşmələrindən yalnız birini III növə keçirmək mümkündür?

oxumaq həvəsi
gəlir mənbəyi
istirahət parkı
nitq mədəniyyəti
reklam şöbəsi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed