II Bölmə. Zərf

Tərzi-hərəkət zərfləri və onların sifətdən fərqi. Hissə 1.

Test ID - 49427
Müəllif: Admin (Əlavə edilib: 30.07.2011)

Tərzi hərəkət zərfi hansı cümlədədir?

Soyuq olduğu üçün qalın geyinmişdi
Maşın yanımdan çox sürətlə keçdi
Səni tezliklə görəcəyəm
Uşaq hirsindən yeməyini yemədi

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Aidlik bildirən qoşmalar hansı nitq hissəsinə qoşulur?

adlıq
yönlük
yiyəlik
yerlik
çıxışlıq

Söhbət açıldı. Bu cümlədə fel hansı zamandadır?

qəti gələcək
qeyri-qəti gələcək
indiki
şühudi keçmiş
nəqli keçmiş

Sadə fellərə qrammatik şəkilçilər artırdıqda, onlar müxtəlif formalara düşür. Bu fellər mürəkkəb fel olur, yoxsa sadə fel olaraq qalır?

Mürəkkəb fel olur
Sadə fel olur
Tərkibi fel olur
Həm sadə, həm mürəkkəb ola bilər
düzəltmə fel olur

Felin vacib şəkli haqqında aşağıdakılardan biri düzdür:

Məzmununda gələcək zaman anlayışı olmur
Xüsusi qrammatik əlaməti yoxdur
Zaman şəkilçisi qəbul edir
Felin bu şəkli – malı, - məli şəkilçisi ilə düzəlir

Felin təsriflənməyən formaları haqqında fikirlərdən biri səhvdir:

Kəmiyyətə görə dəyişmir
Zamana görə dəyişir
Şəxsə görə dəyişmir
Məsdər, feli sifət, feli bağlama felin təsriflənməyən formalarıdır

Cümlələrdən hansında zərf işlənmişdir?

Dünən hava çox soyumuşdu
Bu bitki səhrada bitir
Qabaq sıralar boşdur
Səndən sonra atan da gəlmişdi

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:

Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
Nə vaxt? nə zaman? suallarına cavab verir
Çox, az, xeyli zaman zərfləridir
İndi, çoxdan, dünən və s zaman zərfləridir

Hansı cümlədə “ ki ” aydınlaşdırma bağlayıcısıdır?

Sən ki bu işləri yaxşı bilirsən
Biz ki belə danışmamışdıq
Təbiidir ki, hər şey bədii əsərin materialı olmayacaqdır
Sən ki mənə söz vermişdin

Cümlələrdən hansında felin indiki zamanı işlənilib?

Yalnız dünən dənizlərin ağır toplu gəmiləri sahillərə lövbər saldı
Görürəm, dan yeri yeni sökülür
Havada hərəkət yox idi, demək, gün çox isti olacaqdır
Çox keçmişəm bu dağlardan

Felin gələcək zamanı haqqında aşağıdakılardan biri düzgündür:

Qəti gələcək zamanda olan fellər hərəkətin icrası haqqında qeyri – qəti məlumat verir
Qeyri – qəti gələcək zaman şəkilçisi –ar, -ər inkar şəkilçili fellərə əlavə olunanda iki cür işlənir
Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
Qeyri – qəti gələcək zaman şəkilçisi –ar, -ər təsdiq fellərə əlavə olunanda onlarda dəyişiklik olur

Hansı nümunədə felin əmr şəkli işlədilmişdir?

Qoy mən tox olum, özgələr ilə nədi karim?
Sular ötəydi dil - dil
Buyruq sizinkidir, adil hökmdar
Mən batırıb əllərimi şəhidlərin al qanına
Qızıl damğa vumalıyam satqınların dar alnına

“ İçəri ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca düzəltmə zərfdir
Mənaca yer zərfidir
Gəlmək felinə aiddir
Hərəkətin icra olunduğu yeri bildirir

Zərflərdən biri quruluşca düzəltmədir:

İndi
Dəlicəsinə
Səhər
Üzbəüz

Bağlayıcı və ədat kimi işlənən sözləri göstərin:

Ki, ancaq
İlə, necə
Necə, nə
Amma, ancaq

Yiyəlik halda olan sözlərə qoşulan qoşmaları göstərin.

qədər, -dək, üçün, sarı, -la2
qədər, kimi, ilə, tək, üçün
tək, tərəf, -can2, -dək, ötrü
başqa, qeyri, savayı
qədər, kimi, sonra, əvvəl

Sözlərdən hansılar həm feli bağlama, həm də zərf ola bilər?

iki, çox
sarı, yaşıl
üçün, görə
çaparaq, qaçaraq

Dilçilikdə hansı zərf yoxdur?

səbəb
kəmiyyət
yer
zaman
miqdar

Tabelilik bağlayıcıları hansı cümlələrdə işlənir?

tabeli mürəkkəb cümlələrdə
tabesiz mürəkkəb cümlələrdə
həmcins cümlələrdə
bağlayıcılı cümlələrdə
bağlayıcısız cümlələrdə

Modal sözlər nəyə deyilir?

danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsinə
sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə
sözlərin və cümlələrin bir-birinə bağlayan köməkçi nitq hissəsinə
heç biri

Sıraların birində zərflər eyni məna növünə aid deyil

arabir daim sabah hələ
xaincəsinə gözucu qəflətən zahirən
içəri uzaq ora üzüyuxarı
yavaş sürətlə zarafatyana yan-yana
birdən birdən-birə bir-bir birə-iki

Hansı bənddə həm zərf həm də sifət kimi işlənən söz var?

Anam bu gün çox işlədi
Arif mən səni unutmadım
Yaxşı danış
Səhər dərsə get!
Qarabaği azad edək

Aldırtmalıdır feli hansı məna növündədir?

İcbar
Məlum
Şəxsiz
Məchul
Qayıdış

Hansı cərgədə feli bağlamanın şəkilçiləri
göstərilib?

-ıb, -araq, -a, -a
-a, -acaq, -dıqda
-acaq, -araq, -ıncı
-ıb, -dığı, -acaq
-a, -a, -acaq, -araq

Hansı bənddəki sözlər yalnız bir nitq hissəsi kimi işlənə bilər?

cırmaq, çaxmaq
yumaq, axmaq
toxmaq, yamaq
yaşamaq, yemək
axmaq, toxmaq

Idi imiş hissəcikləri hansı zamana artırıla bilmir?

Şühudi keçmiş zaman
qeyri-qəti gələcək zaman
indiki zaman
nəqli keçmiş zaman
gələcək zaman
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed