I bolmə

Tərzi-hərəkət zərflikləri. Hissə 1.

Test ID - 50137
Müəllif: Admin (Əlavə edilib: 25.09.2011)

Tərzi – hərəkət zərfliyi işlənmiş cümləni tapın:

Əsgərlərimiz qəhrəmancasına vuruşur
Dünən səhərdən yağış yağır
Dünən, mən sizi çox gözlədim
Evə tələsirəm

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona el vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Gör nəyin xəyalındasan?
Dövlət himninin kim yazıb?

Cümlədə olan sözlər hansı xüsusiyyətinə görə bir neçə qrupa bölünür?

Cümlədəki vəzifəsinə görə
Funksiyasına görə
Rollarına görə
Məna növünə görə

Zərflik haqqındakı fikirlərdən biri səhvdir:

Cümlədə, əsasən, hərəkət bildirən sözlərə aid olur
Hərəkəti müxtəlif cəhətlərdən izah edir
Zərfin mənaca altı növü var
Cümlədə isimlə ifadə olunan hər hansı bir üzvü izah edir

Mübtəda ilə bağlı yanlış fikri seçin:

Mübtəda iş görəni, hərəkətin, əlamətin istinad olunduğu canlı və cansız varlıqları, hadisələri mücərrəd anlayışları bildirir
Mübtəda ismin yiyəlik halında olur
Mübtəda kim? nə? hara? Suallarına cavab olur
Mübtəda ismin adlıq halında olur

Hansı fikir səhvdir?

Cümlə bir sözdən ibarət ola bilər
Söz birləşmələri də sözlər kimi ad bildirir
Söz birləşməsi bitmiş fikir ifadə edir
Söz birləşməsi bir sözdən ibarət ola bilmir

Nida cümləsini göstərin:

Yetər artıq, ayaqlarda süründük
Gün olsun ki, qurtarsın dava
Tələsmə, hələ tezdir
Yenə də hər zaman ürəyimdəki sənsən

Tamamlığa aid olanlardan hansı düzgündür?

İsmin adlıq halında işlənir
Quruluşca yalnız sadə olur
İsmin yiyəlik halında işlənir
İki növü var: vasitəli və vasitəsiz tamamlıq

Vasitəsiz tamamlıq hansı cümlədədir?

Anaya hədiyyə aldıq
İclasda şagirdlərimizi təriflədilər
Bizdə köhnə çap kitabları var
Uşaq üçün dərslik alın

Cümlə ilə bağlı olanlardan yalnız biri düzgündür:

Cümlədə fikir bitkinliyi şərti mənada işlənir
Hər cümlə bu və ya digər bir konkret fikri ifadə etmir
Bitmiş fikir ifadə etmir
Cümlənin bir – biri ilə əlaqədar olan 3 cəhəti var

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?

Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir

Mübtədası buraxılan müəyyən şəxsli cümlə hansıdır?

İgid ölər, adı qalar
Ayın sonunda məzuniyyətə çıxırıq
Yaman istidir
Baharın xoş bir vaxtı idi

Söz – cümlələr haqqındakı fikirlərdən biri yanlışdır:

Bəzi nidalar da təklikdə söz – cümlə kimi işlənir
Söz – cümlələr bir sözdən ibarət olur
Söz – cümlələr əsasən cümlədə xəbər vəzifəsində işlənir
Bəzən ədatlar və modal sözlər dialoqda ayrılıqda işləndikdə söz – cümlə kimi formalaşır

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Tabe tərəfi alınma sözlə ifadə olunan ismi birləşmə hansıdır?

Dəniz kənarı
Qaçağan at
Şərait yarananda
Xüsusi tapşırıq

"Çıraqları tez yandırın" сümləsinin növünü göstərin.

nəqli cümlə
sual cümləsi
nida cümləsi
əmr cümləsi
heç biri

Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır.

indicə gedirik
ucadan danışmayın
kitabları qaytardıq
rütubətli hava
xeyirxahlıq savabdır

Söz birləşmələri haqqında yanlış fikri seçin

sözlərdən əmələ gəlir
sintaktik vahiddir
lüğətlərdə verilir
sadə düzəltmə və mürəkkəb olur
sözlərə nisbətən konkretdir

Cümlənin mürəkkəb üzvlərinin ifadə vasitələrindən səhv olanı göstərin

İİİ növ təyini söz birləşməsi
İİ növ təyini söz birləşməsi
mürəkkəb sözlər
mürəkkəb adlar
feli sifət və məsdər tərkibləri

Məsdərlə ifadə olunan mübtəda hansı cümlədədir?

Çeşmək "eynək" sözü ilə sinonimdir
Vətənini sevmək hər bir insanın borcudur
Öyrənmək heç zaman gec deyil
Danışmaq üçün icazə istədilər
Qaymaq satan kişinin səsi hər səhər küçəni bürüyərdi

Dovşan sözünün fonetik təhlilindəki səhvi göstərin:

sözdə 2 cingiltili və 1 kar samit var
deyilişi ilə yazılışı fərqlənmir
sözdəki o və a açıq saitdir
vurğu son hecaya düşür
omonimi yoxdur

Hansı variantda yəqinlik bildirən modal sözlər doğru göstərilib?

əlbəttə, gərək, məncə, deməli
şübhəsiz, həqiqətən, doğrudan, doğrusu
sözsüz, məncə, birincisi, deməli
beləliklə, xülasə, əvvəla, təəssüf ki

Hansı modal söz durğu işarəsi ilə işlənmir?

təəssüf ki
güman ki
sanki
şübhəsiz ki
yəqin ki

Cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin:
-"Elə həmin yerə yaxınlaşanda alovun hətta yerin üstü ilə bu təpəcikdən digər təpəciyə doğru süründüyü görünürdü"

ədat, bağlayıcı, bağlayıcı, qoşma
bağlayıcı, bağlayıcı, qoşma, ədat
ədat, ədat, qoşma, qoşma
bağlayıcı, qoşma, qoşma, ədat
qoşma, ədat, bağlayıcı, bağlayıcı

Hansı cümlədə həmcins üzv işlənmişdir?

Onlar-yağı düşmənlər bizə hücum etdilər
Sevinc-dayım qızı dünən bizə qonaq gəlmişdi
Mehriban və səmimi olmalısan
O-bacım dərslərini sabah yazacaq
Leyla dərslərini yaxşı oxuyur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed