Üslubiyyat

§20. Elmi üslubun müxtəlif elm sahələri üzrə təzahürləri. Hissə 1.

Test ID - 57541
Müəllif: Taclı (Əlavə edilib: 16.09.2013)

Texniki elmlərə aid deyil:

Fizika
Riyaziyyat
Kimya
Tibb

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Vəzifəyə təyin olunmaq üçün ilk növbədə tələb olunur:

protokol və bildiriş
arayış və vəkalətnamə
annotasiya və əmr
tercumeyi-hal və arayış
xasiyyətnamə və tercumeyi-hal

Bədii üslub haqqında fikirlərdən biri səhvdir:

Bədii üslubun qrammatik səviyyədə göstəriciləri – epitet, təşbeh, mübaliğə, kinayə, frazeoloji birləşmələr
Bədii üslub – milli bədii təfəkkürün ifadəsidir
Obrazlı emosional nitq formasıdır
Bədii üslub ədəbi dilimizin tarixində həmişə aparıcı olmuşdur

Vasitəsiz nitq nə vaxt dırnaq işarəsi olmadan yazılır:

Müəllifin sözlərindən əvvəl gəldikdə
Dialoqun tərkib hissəsi olduqda
Müəllifin sözlərindən sonra gəldikdə
Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşdikdə

Rəsmi üslubun ən sərbəst forması:

əmr
qanun
məktub
sərəncam

Məsafə bildirən qoşma olan cümləni göstərin:

Evə qədər ətraflı söhbət elədik
Uşaqlar məktəbə tərəf qaçırdılar
Kinoya Ariflə getdim
Sənin kimi o da yaxşı oxuyur

Biri “ zarafatyana ” zərfinin morfoloji təhlilinə aid düzgün fikir deyil:

Quruluşca düzəltmədir
Tərzi – hərəkət zərfliyidir
Başlanğıc formadadır
Milli şəkilçi ilə düzəlmişdir

Elmi üsluba yad olan xüsusiyyət hansıdır?

Terminlərdən istifadə olunur
Mürəkkəb cümlələrdən çox istifadə olunur
Modallıq bildirən söz və ifadələr də işlənir
Bədii ifadə vasitələrindən çox istifadə olunur

Məişət üslubu haqqında verilənlərdən biri yanlışdır:

Məişət üslubundan radio və televiziyada istifadə olunmur
Ədəbi dilin məişətdə işlənən nümunəsidir
Ədəbi dilin ən geniş yayılmış üslubudur
Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir

Mənsubiyyət şəkilçili ismi göstərin:

Məndədir
Gəlin
Gedirəm
Kitabım

Sözlərdən biri yalnız modal söz kimi işlənir:

Sözsüz
Bəlkə
Xülasə
Görünür

Publisistik üslub digər funksional üslublarında xüsusiyyətlərini daşıyır. Bunun səbəbi nədir?

ədəbi dil əsasında qurulması
digər üslublara nisbətən gec formalaşması
ən ictimai, ən kütləvi nitq forması olması
qəzet, jurnal dili olması

Biri humanitar elmlərə aiddir:

Biologiya
Coğrafiya
Filologiya
Kimya

Hansı bənddəki nümunə məişət  üslubuna uyğundur?

Vətəndaşların sərbəst toplaşmaq hüququ vardır
Bu fiqurlarda simmetriya əsasdır
Ay oğul, a bala, gör bizim uşaq hara gedib?
Cinayətin motivləri istintaq üçün hələ də aydın deyil

Biri tamamlığın sualı deyil:

kimdən?
nəyə?
nə ilə?
kimin?
nə?

Ana dilimizdə ilk rəsmi dövlət sənədləri hansı dövrdə yaranıb?

XI əsrdə
XX əsrdə
XV-XVI əsrlərdə
XIX əsrdə

Madam ki; bir halda ki; əgər; -sa, -sə hansı budaq cümlənin tərkibində işlənir?

Mübtəda budaq cümləsinin
Təyin budaq cümləsinin
Yer budaq cümləsinin
Şərt budaq cümləsinin
Qarşılaşdırma budaq cümləsinin

Ancaq termin olan cərgəni seçin:

bucaq, kitab
dəniz, lirika
drama, lirika
dil, dalğa

Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:

dəqiqlik
konkretlik
yığcamlıq
çoxmənalılıq
ardıcıllıq

Rəsmi-işgüzar üslubun funksional üslublardan geri qalmasının səbəbi nədir?

sovet dövründə milli respublikalarda dövlətçilik və idarəçilik təcrübəsinin inkişaf edə bilməməsi
bədii üslubun ədəbi dilin tarixində aparıcı olması
rəsmi-işgüzar üslubun standart formalarda verilməsi
lüğət tərkibinin yığcamlığı

Nəyə görə rəsmi-işgüzar üslub zəif inkişaf etmişdir?

Ədəbi-bədii dilin zəif olması ilə əlaqədar
Müstəqil dövlətimizin olmamasna görə
Bir müddət fars, ərəb həmçinin rus dilinin ölkədə hökmran olduğuna görə
Qonşu ölkələrlə əlaqənin zəif olması
Yeni yarandığı üçün

Hansı fikir səhvdir?

İsmin hal şəkilçiləri mənsubiyyət şəkilçilərindən sonra işlənir
Ümumi isimlər xüsusi isimlərə, xüsusi isimlər də ümumi isimlərə keçə bilər
Adlıq hallı isimlər kim? nə? suallarına cavab verərkən cümlədə mübtəda hara? sualına cavab verərkən isə zərflik olur
İsim düzəldən -daş -gil -laq şəkilçiləri bir cür yazılır
İsmin təsirlik halı xəbər ola bilmir

Hansı nümunədə hiss, fakt, təsvir əlaqələndirilmişdir?

Bülbül tək ötür hətta sərçələr Qarabağdan
Bu yerdə Vaqifimin müqəddəs türbəsi var
Başqa ətirlə açır qönçələr Qarabağda
Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır

Leksik şəkilçilərə aid fikirlərdən biri səhvdir:

Leksik şəkilçilər bir cür, iki cür və dörd cür yazılır
Bütün leksik şəkilçilər alınmadır
Bir cür yazılan milli mənşəli leksik şəkilçilər var
-im-dörd cür yazılan şəkilçi omonimdir
Leksik şəkilçilər morfoloji üsulla yeni söz yaradır
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed