I bolmə

Təyin. Hissə 1.

Test ID - 50016
Müəllif: Admin (Əlavə edilib: 19.09.2011)

Təyin haqqındakı fikirlərdən hansı düzgündür?

Nitq hissələri ilə ifadə olunan təyinlər quruluşca mürəkkəb olur
Təyin hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür
Təyin cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvdür
Təyin quruluşca iki cür olur

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlələr quruluşuna görə neçə cür olur?

sadə və mürəkkəb
sadə və düzəltmə
mürəkkəb və düzəltmə
sadəcə mürəkkəb
sadəcə sadə

Müəyyən şəxsi cümlə hansıdır?

mübtədası olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
xəbəri olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
tamamlığı olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
təyini olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir

Mübtəda nə ilə ifadə olunur?

İsmin adlıq halında olan sözlər və birləşmələrlə
İdarə əlaqəsi ilə
Tamamlıqla
Hərf və söz birləşmələri ilə
Cümlədə olan şəkilçilər ilə

Cümlə haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlə yeganə nitq vahididir ki, fikir ifadə edir
Cümlə iki və daha artıq sözdən ibarətdirsə, onlardan biri xəbər kimi formalaşmış olmalıdır
Xəbər cümlənin formalaşmasında əsas rol oynamır
Cümlə nitqin əsas vahididir

İkinci növ təyini söz birləşməsinə aid olanlardan hansı yanlışdır?

Bu birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir
Bu birləşmələr mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
Birləşmənin yaranması üçün birinci tərəfdə şəkilçi olmur
Birləşmənin ikinci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir

Tamamlığa aid olanlardan hansı düzgündür?

İsmin adlıq halında işlənir
Quruluşca yalnız sadə olur
İsmin yiyəlik halında işlənir
İki növü var: vasitəli və vasitəsiz tamamlıq

Tabelilik əlaqəli cümləni seçin:

Var olsun şeirimiz, şairlərimiz
Qızlar ilə oğlanlar yanaşı oturmuşdular
Acılı, şirinli günlər görmüşük
Vurğun qarlı dağları, əngillikləri sevirdi

Vasitəli tamamlıq haqqındakı səhv fikri göstərin:

İsmin yönlük, yerlik, çıxışlıq halında olan sözlərlə ifadə olunur
Kimə? kimdə? nədən? nə üçün? və s. suallara cavab verir
Vasitəli tamamlıqlar qoşma ilə işlənən adlıq və yiyəlik hallarla ifadə olunmur
Bəzən ismi xəbərlə də bağlı olur

Düzgün fikri göstərin:

İntonasiya cümlənin əsas göstəricilərindən deyil
Nida cümlələrinin xüsusi forması var
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
Hər bir cümlə bitmiş fikir ifadə etməklə yanaşı, müəyyən münasibət də bildirir

Həmcins üzvlü cümləni göstərin:

Al - əlvan çiçəklərin xoş ətri ətrafa yayılmışdı
Nə ağac vardı, nə də kölgəlik
Sular göz yaşı kimi dumduru idi
Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır

Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur:

Qeyri – müəyyən şəxsli cümlə
Şəxssiz cümlə
Adlıq cümlə
Söz cümlə

Şəxssiz cümləni göstərin:

Bu gün kəndə getdilər
Səni çoxdan gözləyirdim
İlin son günü idi
Dostlar hər dərdimizə şərik çıxdılar

"Çıraqları tez yandırın" сümləsinin növünü göstərin.

nəqli cümlə
sual cümləsi
nida cümləsi
əmr cümləsi
heç biri

Həmcins üzvlər nəyə deyilir?

bərabərhüquqlu olmayan sözlərə
eynicinsli və bərabərhüquqlu sözlərə
cümlə üzvünə
söz birləşməsinə

Qeyri-təyini söz birləşmələri ismin hansı hallarında olur?

yönlük, yerlik, çıxışlıq, təsirlik
adlıq, yiyəlik, yönlük
təsirlik, çıxışlıq
adlıq, çıxışlıq, təsirlik
yönlük, yiyəlik, adlıq

Aşağıdakılardan hansı söz birləşməsidir?

çalışqan şagird
dəstək olmaq
çalışqan şagirddir
dəstək olarıq
stolun üstündə

Hansı sual cümləsi sual ədatının köməyi ilə yaranmışdı

Azad axşam gələcək?
Siz məgər belə danışmışdınız?
Onun işi çoxdur?
Sən niyə zəng etmədin?
Nə vaxt qayıdırsan?

Hansı cümlədə həmcins üzv yoxdur?

Azadlıq yolu çətin, ancaq şərəfli bir yoldur
Sənədləri gətirdim, amma onları imzalada bilmədim.
Sənədləri gətirdim, ancaq imzalamadılar
Əməksevən, cod, kobud əlləri vardır

Xitab əsasən nə ilə ifadə olunur?

Zərflə
İsim və ismi birləşmələrlə
Feli sifətlə
Əvəzliklə
İsmi birləşmələrlə

Hansı cümlədə həmcins zərfliklər işlənib?

Sinifdə oğlanlar və qızlar var idi
O həm irəliyə həm də geriyə gedirdi
O bacarıqlı və tərbiyəlidir
Həm şəhərdə həm də kənddə qaz var
Aysel gülləri və çiçəkləri sevir

Hansı üçüncü növ təyin söz birləşməsidir?

Füzuli lirikası
M.F. Axundovun təxəllüsü
möhkəm yer
dövlət xadimi
odlar yurdu

Cümlələrin hansında Tabesizlik əlaqəsi var?

Mən Bakıya gedirəm
Uca dağlar məskənin olsun
M.P.Vaqif ağıllı, savadlı, hazırcavab və mərd bir şəxsiyyət idi
Ağam-ağam yağan qar yolları bürüdü
Ürəyin hər zaman döyünməlidir

Aşağıdakılardan hansı heç vaxt tamamlıq ola bilməz?

məsdər
feli sifət
feli bağlama
birinci növ təyini söz birləşməsi
üçüncü növ təyini söz birləşməsi

Söz birləşməsi haqqındakı fikirlərdən biri yanlışdır:

İki müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi ilə yaranır
Əsas və asılı tərəfi olur
Həm ayrı həm defislə yazılır
Əsasən cümlənin mürəkkəb üzvü olur
Quruluşuna görə sadə və mürəkkəb olur

Mübtəda ilə bağlı yanlış fikri seçin

Mübtəda iş görəni, hərəkətin, əlamətin istinad olunduğu canlı və cansız varlıqları, hadisələri mücərrəd anlayışları bildirir
Mübtəda ismin yiyəlik halında olur
Mübtəda kim? nə? hara? Suallarına cavab olur
Mübtəda ismin adlıq halında olur
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed