Mürəkkəb cümlələr

Mürəkkəb cümlələrin təhlil qaydaları. Hissə 1.

Test ID - 57863
Müəllif: Taclı (Əlavə edilib: 25.09.2013)

"Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu" tabeli mürəkkəb cümləsinin qrammatik təhlili haqqında verilənlərdən biri səhvdir:

I tərəf baş, II tərəf budaq cümlədir
Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir
Budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır
Hər iki tərəf nəqli, sadə, müəyyən şəxsli, müxtəsər cümlədir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.

Yazılmış sərhlər

Müəllif: Qonaq__2370155 (Əlavə edilib: 26.05.2014 11:57:53)
salam cooox sagolun ki bele testler yaradmisiniz men test yollamaq istiyirem nece yollayim ki birdeki bu cumlede usaq mektebe getmemisdi yazmaq olarmiiiii?

Hansı sıradakı mürəkkəb cümlə deyil?

Uşaqlar həyətdə oynayır, evdə sakit otururdular
Aynur sevimli gəlinciyini də ozuylə götürdü
Anar həm çalışqandır, həm de əlaçı
Ana öz oğlunu doyunca öpdü, qoxuladı, bağrına basdı
Tankları yudular, rənglədilər, döyüşə hazırladılar

Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
Yer budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan bağlayıcı sözlərlə bağlanır
Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkün olmur

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdən hansı səhvdir?

Arxa nə qədər möhkəm olsa, qohumlar özlərini o qədər arxayın sanar, asudə yaşayarlar
Öz evindir, nə qədər istəyirsən o qədər qal
Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, nəzərini çəkə bilmirdi
Sən nə qədər demişdin, mən də bir o qədər aldım

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır
Baş cümlənin xəbəri, adətən odur, budur, o idi, bu idi sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir
Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır
Xəbər budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan, o yerdə ki, bağlayıcı sözlərlə bağlanır

Tərzi – hərəkət budaq cümləsi hansı suallara cavab verir?

Necə? nə cür?
Necə? nə cür? hansı?
Harada? haradan?
Nə qədər?

Səbəb budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:

Coşğunu bir həftəlik gəzintiyə göndərdilər, ona görə ki, o dərs əlaçısıdır
Biz zəhməti ona görə sevirik ki, əsl insan kimi yaşayaq
Kəndlilər palçığa saman qatırdılar ki, qışda evin divarlarını yağış yumasın
Vüqar ona görə belə tez getdi ki, qatara vaxtında çatsın

Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Səbəb budaq cümləsi baş cümlədən əvvəl işlənir
Səbəb budaq cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlanır
Səbəb budaq cümləsində bəzən baş cümlədə ona görə, ondan ötrü, o səbəbə gəlib sözləri işlənir
Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir

Vasitəsiz tamamlıq budaq cümlələrinin sualları:

Nə? nəyi? kimi?
Kimdə? nədə? nədən?
Kimin? nəyin? haranın?
Nədir? necədir? nə cürdür?

Biri zərflik budaq cümləsi deyil:

Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
Bu qız nə qədər gözəldirsə, o qədər sadə və səmimidir
Beş – on dəqiqə keçməmişdi ki, külək güclənməyə başladı
Elə şagirdlər var ki, gözəl şeirlər də yazırlar

Vasitəli tamamlıq budaq cümləsi olan bəndi qeyd edin:

Gördülər ki, siz gəlirsiniz
Eşitdilər ki, siz gəlirsiniz
İnandıq ki, siz gələcəksiniz
Yazdıq ki, oxuyasınız

“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:

Zaman budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

Səbəb və məqsəd budaq cümlələri arasındakı oxşar cəhət hansıdır?

Hər ikisində baş cümlə budaq cümlədən əvvəl gəlir
Hər ikisində baş cümlə budaq cümlədən sonra gəlir
Məna cəhətdən eyni mənanı bildirirlər
İkisinin də xəbəri felin xəbər şəklində olur
İkisində də budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır

Biri tabesiz mürəkkəb cümlədir:

Hamıya məlum oldu ki, bu işdə Oqtayın heç bir günahı yoxdur
Əgər sən müəllimi dinləsəydin, bu suala asanlıqla cavab verə bilərdin
Elə qışqıraram ki, qulağın batar
Şiddətli külək əsir, güclü yağış yağırdı
Nə qədər demişdim, o qədər yaz!

Səbəb budaq cümləsi hansı budaq cümləyə bənzəyir?

tamamlıq
təyin
məqsəd
mübtəda
xəbər

Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin

Bu elə meyvədir ki, yeyəndə cavanlaşırsan.
Sən nə cür istəyirsən, elə də düzəlt
Mən bilirəm. Sən nə fikirləşirsən.
Ölkəmizin təbii sərvətlərə malik olduğu hamıya məlumdur
Son söz bu idi ki, onu kəndlərinə aparsınlar

Səbəb-budaq cümləsi hansı budaq cümləyə bənzəyir?

tamamlıq
təyin
məqsəd
mübtəda
xəbər
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed