Cümlə üzvləri

Xitab. Hissə 1.

Test ID - 78593
Müəllif: efh (Əlavə edilib: 02.11.2014)

Xitab nəyə deyilir?

Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə xitab deyilir
Cümlə üzvlərini aydınlaşdıran sözlərdir
Cümlənin aydın ifadə olunmasına kömək edən sözlərdir
Bir-birinə tabe olmayan, birini aydınlaşdırmayan, bərabərhüquqlu sözlərdir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Bunlardan biri feli bağlamadır:

Dərs oxuyan
Quşların səsi
Məktəbə getmək
Böyüyə hörmət
Payız gələndə

"Kitabın üzü cırıq idi" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?

isimlə
1-ci növ təyini söz birləşməsi ilə
3-cü növ təyini söz birləşməsi ilə
2-ci növ təyini söz birləşməsi ilə
feli birləşmə ilə

Sintaktik əlaqələr haqqında fikirlərdən biri səhvdir:

Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında həm məna əlaqələri, həm də sintaktik əlaqələr olur
Sintaktik əlaqələrin 3 növü var
Sözlər məna və sintaktik cəhətdən əlaqələnməsə, nə söz birləşməsi, nə də cümlə əmələ gələr
Sintaktik əlaqələrin 2 növü var

Sintaktik əlaqələrə aid olanlardan biri düzgündür:

Sintaktik əlaqələrin 3 növü var
“ Sintaksis ” sözü yunan sözü olub, “ lüğət, təlim ” deməkdir
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında sintaktik əlaqələr olur
“ Şeir yazmaq ” birləşməsində şeir sözü mənaca yazmaq hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur

Təyini söz birləşmələri haqqındakı fikirlərdən biri yanlışdır:

II və III növ təyini söz birləşmələri tərəflərinə ayrılmadan bütövlükdə cümlənin bir üzvü kimi çıxış etmir
I növ təyini söz birləşmələrinin tərəflərinin hər biri ayrı – ayrılıqda cümlə üzvü olur
Tərkibindəki sözlərin mənası ayrılmağa imkan vermədikdə I növ təyini söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur
I növ təyini söz birləşməsində I tərəf təyin rolunda, II tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir

Söz birləşməsi və cümlə üçün fərqli əlaməti göstərin:

Məna və qrammatik əlaqələrin müxtəlif olması
Sözlərin birləşməsindən əmələ gəlməsi
Hər ikisində sözlərin sırası eyni olur
İntonasiya bitkinliyinin olması

Söz birləşməsində əsas və asılı tərəflər haqqında fikirlərdən biri səhvdir:

Söz birləşməsini əmələ gətirən sözlərdən biri əsas, digəri ondan asılı olur
Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətlərdən izah edir
Asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir
Dilimizdə bir qayda olaraq, əvvəl əsas söz, sonra isə asılı söz işlənir

Vasitəli tamamlıq hansı cümlədədir?

Quzu su içir
Vətənin keşiyində duranlara qayğı gərəkdir
Kitabı aldım
Uşağı çağır

Tərzi – hərəkət zərflikləri haqqında düzgün fikri seçin:

İş və hərəkətin nə qədər icra olunduğunu bildirir
Necə? nə cür? suallarına cavab verir
Cümlədə təyin olur
Nə qədər? sualına cavab verir

Səbəb zərfliyinin suallarına aid etmək olmaz:

Niyə?
Nə üçün?
Nə məqsədlə?
Nə səbəblə?

Cümlələrdən birində zərf işlənməmişdir:

Qoca ehtiyatla yeriyirdi
Aşağı otaqlar nəmdir
Uşaq bərk yatmışdı
Dünən yağış yağdı

Zərfliyin hansı məna növü nə qədər? sualına cavab verir?

Məqsəd
Kəmiyyət
Səbəb
Tərzi – hərəkət

Birinci növ təyini söz birləşməsinə aid deyil:

Bu birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
İkinci tərəfi, adətən, isimlə ifadə olunur
Tərəfləri arasında bir sıra məna əlaqələri olmur
Birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə olunur

Müəyyən şəxsli cümlə ilə bağlı fikirlərdən biri səhvdir:

Həmişə nəqli cümlə olur
Mübtəda buraxıla da bilər
Müxtəsər və geniş olur
Hər iki baş üzvün iştirakı ilə yaranır

Hansı cümlədə ara söz işlənib?

Yəqin etdim ki, sənin səhvin var
Sözün düzünü desəm, sən bu işin öhdəsindən gələ bilərsən
Sözün düzünü zarafatla deyərlər
Görəsən, tədbir nə vaxt olacaq?
Sən haqlısan

Feli birləşmələr nəyə deyilir?

Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Əsas tərəfi saylara ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Feli birləşmələrin xüsusi tərifi yoxdur
feli birləşmələrin əsas tərəfi felin təsriflənən formaları ilə ifadə olunur

Nəqli cümləni göstərin.

Qoy həmişə sülh olsun!
Vətənin hər qarışını qoruyaq
Heç bu əsəri oxumusanmı?
O, sərin  dağ havasını ciyərlərinə çəkdi
Döysün qapıları külək doyunca

Söz birləşmələri haqqında fikirklərdən biri səhvdir

iki müstəqil sözün məna və məzmunca birləşməsindən əmələ gəlir
tərəfləri əsas və asılı olur
əsas tərəfinə görə söz birləşmələri iki yerə bölünür
birinci növ təyini söz birlşməsinin tərəfləri birlikdə bir sintaktik vəzifə daşıyır
söz birləşmələri bir sözdən ibarət ola bilmir

"Məktəbi əla qiymətlərlə bitirməyi şərəf bilirdi" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdu?

İsmi birləşmə ilə
Məsdər tərkibi ilə
Məsdərlə
İsimlə
Feli sifət tərkibi ilə

Birinci növ təyini söz birləşməsinin düsturu?

1To+2Tm
1Ty+2Tm
1To+2To
1To+2Ty
düsturu yoxdur

İcbar növdə olan fel hansıdır?

oxumaq
döyünmək
qaldırmaq
təmizləmək
sildirmək

İsmi söz birləşmələrinə başqa nə deyilir?

tabesizlik
tabelilik
söz birləşməsi
təyini söz birləşməsi
ismi birləşmə

Sintaktik əlaqələr neçə növə bölünür?

üç cür
yalnız bir cür
iki cür
sintaktik əlaqələrin növləri yoxdur

Bunlardan hansı ümumi şəxsli cümlədir?

Uzun çəkişmə,davadan və mübarizədən sonra Əntərzadəni mərkəzdən ayırdılar.
Sözün yerini bilməyənin gərək dərsini verəsən
Aprelin axır günlərindən biri idi
Mən istəyirəm oynuyum
Buraxılış imtahanlarından bir neçə gün sonra bizi mədəniyyət nazirliyinə çağırdılar.
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed