Mürəkkəb cümlələr

Mürəkkəb cümlələrin növləri. Hissə 1.

Test ID - 77347
Müəllif: Qonaq__128756 (Əlavə edilib: 14.06.2014)

"Yağış yağır narın-narın, islanır torpaq." hansı məna əlaqəsinə uyğun gəlir?

Zaman əlaqəsi
Səbəb-nəticə əlaqəsi
Qarşılaşdırma əlaqəsi
Aydınlaşdırma əlaqəsi
Heç biri

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlələrdən biri quruluşca mürəkkəb deyil:

Arabir göy guruldayır, yağış güclənirdi
Hamı üşüyürdü, lakin heç kəs səsini çıxarmırdı
Elə özü deyir, özü də eşidirdi
Ön sırada şagirdlər, arxa sırada isə müəllimlər oturmuşdular

Cümlələrdən biri aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə deyil:

Ağız deyəni qulaq eşitmirdi: iyirmi – otuz adam üz – üzə, çiyin – çiyinə oynayırdı
Ot öz kökünün üstündə bitir: adam ya ağılda, ya da vücudda öz nəslinə çəkməlidir
Səlim başını tərpətdi, yəni o razı idi
Ağacdakı quşlar səs saldı, uşaq diksindi

Şərt budaq cümləli tabeli mürəkkəb cümləni tapın:

Sən kəkliyi nə qədər sevsən də, onun xasiyyətini hələ yaxşı bilmirsən
Məhtaban ürəkdən istəsə belə, bu hündür hasardan aşa bilməzdi
Qızınız Ərmağan bilsə, qiyamət qoparacaq
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır?

Bərabərhüquqlu sadə cümlələrdən təşkil olunmaq
Baş və budaq cümlələrdən ibarət olmaq
Bağlayıcı sözlərin iştirakı
Əsasən, tabesizlik bağlayıcıları ilə əlaqələnmək

Zərflik budaq cümləsində budaq cümlənin baş cümlədə ifadə olunan hal və hərəkətlərin məqsədini bildirdiyi cümləni seçin:

Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına qatsın
Şagird suallara yaxşı cavab verdi, ona görə ki, ciddi hazırlaşmışdı
Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir
Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır

Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün - budaq cümlənin növünü göstərin:

Məqsəd budaq cümləsi
Səbəb budaq cümləsi
Kəmiyyət budaq cümləsi
Xəbər budaq cümləsi

Qarşılıq – güzəşt budaq cümləsini göstərin:

Nə qədər fikirləşirdisə də, onunla danışmaq üçün bir qərara gələ bilmirdi
Əvvəldən hazırlıq görülsə, qışın soyuğundan qorunmaq asandır
Arif çalışırdı ki, övladları xoşbəxt olsun
Gəldim ki, səni bir də görüm

Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Aslanın sualı usta üçün təzə olmasa da, qəribə görünürdü
İntizar saatları nə qədər ağır olsa da, gəlib keçdi
Qızılgül ətrindən doysa bir nəfər, ona haram olar başqa ətirlər
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:

Zaman budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:

Kəmiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Biri tabeli mürəkkəb cümlə deyil:

Dil desə də, ürək razı olmur, ayaqları sözünə baxmayıb sürünürdü
Düzdür, mən orada olmuşam, amma siz deyən əhvalatı eşitməmişəm
Hərçənd mən sizin işlərinizə qarışmıram, amma zərərinizə də razı ola bilmərəm
Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır

Biri feli bağlama tərkibidir:

evə çatanda
onun oxumağı
dərsi oxuyan
yalan danışmaq

Sözlərin bir hərfə görə fəqlənməsinə nə deyilir?

Fonem
Akustika
Paronim
Epitet
Mübaliğə

Biri tabesiz mürəkkəb cümlədir:

Hamıya məlum oldu ki, bu işdə Oqtayın heç bir günahı yoxdur
Əgər sən müəllimi dinləsəydin, bu suala asanlıqla cavab verə bilərdin
Elə qışqıraram ki, qulağın batar
Şiddətli külək əsir, güclü yağış yağırdı
Nə qədər demişdim, o qədər yaz!

"Yağış yağır narın-narın, islanır torpaq." hansı məna əlaqəsinə uyğun gəlir?

Zaman əlaqəsi
Səbəb-nəticə əlaqəsi
Qarşılaşdırma əlaqəsi
Aydınlaşdırma əlaqəsi
Heç biri

Zaman əlaqəsi yaradan bağlayıcılar hansıdır?

iştirak və inkar
iştirak və bölüşdürmə
iştirak və səbəb-nəticə
inkar və səbəb-nəticə

Müəllim:" Uşaqlar dərslərə hazır gəlin" dedi.

M:"V"-m
M:"v"-m-"v"
"V"-m
"M?"-v
"V?"-m

Yer budaq cümləsi olan bəndi seçin:

Haranı desələr, oranı da abad edərik
Haranı desələr, ora da abad olar
Bu yerlər min xəyal eylər, təbiət şeirə layiqdir
Haradan gəlmişdisə, ora da getdi
Hər şeyi oradan başlamaq lazımdır

Hansı bitişik yazılan mürəkkəb feldir?
A)istiotlamaq
B)yazismaq
C)guldurmek
D)naxoslamq
E)geyinmek

bitisik yazilan mürəkkəb feldir
felin birgelik növüdur düzəltmedir
felin məlum növdədir
düzəltmedir
felin qaydis növündedir
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed