I bolmə

Yer zərflikləri. Hissə 1.

Test ID - 50145
Müəllif: Admin (Əlavə edilib: 26.09.2011)

Yer zərfliklərinə aid edilə bilməz:

Yer zərflikləri ismin bu və ya başqa halında olan isimlərlə və zərflərlə ifadə olunmur
Yer zərflikləri cümlədə ifadə olunan hərəkətin, hadisənin yerini bildirir
Hara? haraya? harada? haradan? suallarına cavab verir
Yer zərfliyinin ifadə olunduğu söz ismin yönlük halındadırsa, ona hara? və haraya? sualını vermək olur

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Həmcins üzvlərlə bağlı olan cümləni göstərin:

Sevdim meyvələrin yeyilənini Almanı, heyvani narı çox sevdim
Evə gələn qonaqlar bizdən razı getdilər
Yaralılara kömək etməliyəm
Bizim evimizdə qiymətli kitablar var
Adam böyüyə cavab qaytarmaz

Söz birləşməsi nəyə deyilir?

İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlərə
İki yaxın mənalı sözlərin birləşməsi ilə yaranan sözlərə
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
İki müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələn sözlərə

Aşağıdakılardan biri səhvdir:

Söz birləşmələri quruluşuna görə sadə və mürəkkəb olur
Sadə söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
Mürəkkəb söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur

Hansı cümlənin xəbəri əvəzliklə ifadə olunmuşdur?

O, təbii olduğu qədər səmimi, səmimi olduğu qədər doğru bir insandır
Sizədir sözüm mənim, eloğlu, doğma qardaş
Onun qiyməti beşdir
Məqsədimiz oxumaqdır

Tabesizlik əlaqəsi haqqındakı fikirlərdən biri səhvdir:

Bu əlaqə eyni hüquqlu sözlər arasında olur
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olmur
Bu əlaqədə olan sözlərin hər ikisi eyni qrammatik formada olur

Təyin ilə bağlı səhv fikri göstərin:

Təyin cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərinə aid olub onları təyin edir
Necə? nə cür? nə qədər? neçənci? neçə? suallarına cavab olur
Təyin idarə əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur
Təyin quruluşca sadə və mürəkkəb olur

Hansı cümlədə təyin isimlə ifadə olunmuşdur?

Qabaqkı sıralar bomboş idi
Yaşıl zəmilər göz oxşayır
Aşağı mərtəbələr tərtəmiz idi
Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir

Cümlənin qrammatik cəhəti kimi göstərilənlərdən biri səhvdir:

Cümlə intonasiyasının olması
Bitmiş fikir ifadə etməsi
Modallığın olması
Qrammatik cəhətdən formalaşmış xəbərə malik olması

Söz birləşmələri haqqındakı fikirlərdən biri düzgündür:

Söz birləşməsi və söz arasında oxşar cəhət yoxdur
Söz birləşməsi yalnız formasına görə sözdən fərqlənir
Söz birləşmələri ilə mürəkkəb sözlər bir – birinə daha çox oxşayır
Söz birləşməsi yalnız mənasına görə sözdən fərqlənir

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona əl vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Tez olun, tutun Eldarı

Hansı nümunədə nəqli cümlə yoxdur?

Bir gün göyərçinlərim qanadlanıb uçdular
Gün o gün olsun ki, qurtarsın dava
Dünyada əlli milyon azərbaycanlı var
Yenə də hər zaman ürəyimdəki sənsən

Həmcins üzvlər nəyə deyilir?

bərabərhüquqlu olmayan sözlərə
eynicinsli və bərabərhüquqlu sözlərə
cümlə üzvünə
söz birləşməsinə

Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?

Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
Qızım qapını ört!
Aytac kitabını, mənə ver!
Ey dünya necə, fanisən?!
Ay ellər bir sevda, nəğməsidir o

Iclası kim aparacaq? cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?

isimlə
sifətlə
şəxs əvəzliyi ilə
sual əvəzliyi ilə
qeyri-müəyyən əvəzliklə

Ellərin ruhu neçənci növ təyini söz birləşməsidir?

1-ci növ
3-cü növ
2-ci növ
5-ci növ
feli birləşmədir

Biri cümlədə yer zəifliyi ola bilməz

qapının yanında
evə qayıdanda
irəlidə
heyətdə
evə sarı

Əmr cümləsini göstərin:

Rüfət, sən axır ki, pis işlərindən əl çəkməyi bacardın
Sevil bu işi ilə hamının gözündə yüksəldi
Yaşasın Azərbaycanın mərd oğul və qızları!
Yurdum, yuvam, məskənimsən Azərbaycanım!
Daha sənə inanmıram, çünki sən yalan danışmağı hələ də tərgitməmisən!

Vasitəsiz tamamlıq nə ilə ifadə olunmuşdu?
Dünya naz götürüb yaşada bilməz
Onunla gizlənqaç oynayanları

İsimlə
Feli sifətlə
Məsdər tərkibi ilə
İİİ növ təyini söz birləşməsi ilə
Feli sifət tərkibi ilə

Bunlardan hansı mürəkkəb söz birləşməsidir??

qoşa qala qapılar
evə sarı getmək
məktəbə tərəf gəlmək
ən yaxşı şagird
ən gözəl qız

Söz birləşmələri quruluşca neçə cur olur?

2-sade, düzəltmə
3-sade, düzəltmə, mürəkkəb
1-sade
1-mürəkkəb
2-sade, mürəkkəb

Hansı cümlədə fel qayıdış növdədir?

qapı açıldı
qab yuyuldu
duman çəkildi
ip çəkildi
Teymur vuruşdu

Aşağıdakı cümlələrdən hansı nəqli cümlədir?

O sabah gələcək?
Hava nə gözəldir
Tez cavab ver
Bizim borcumuz vətəni qorumaqdır
Qar yağanda

Hansı cümlədə idi hissəciyi işlənməyib?

Dünən dostum bizə gəlmişdi.
Bayaq mən sevincimdən uçurdum.
Bacım dünən dərslərindən beş almışdı.
Mən bu uşağı yoldan keçirdim.
Mən dünən məktəbə getməmişdim.
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed