1-ci sinfə hazırlığına aid yeni QANUN
Azərbaycanda birinci sinifə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib.
Milli.Az xəbər verir ki,Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində nəzərdə tutulur.
Onun sözlərinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir: "Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir. Zərurilik də odur ki, dövlət uşaqların 5 yaşından məktəbə hazırlığını öz üzərinə götürür. Uşaqların o yaş dövründə hərtərəfli inkişafını məktəbəqədər təlim və tərbiyə müəssisəsində elə təşkil etmək olar ki, uşağın bütün qabiliyyətləri və imkanları, potensialı aşkar edilə bilər və onun inkişaf etdirilməsi üçün münbit şərait yaradıla bilər".
Qeyd edək ki, indiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll ediməyib.
Milli.Az
Qonaq__15512485
Yerli maliyyə şöbəsi min cür bəhanələr gətirib imkan vermir məktəblərə hazırlıq qrupun yaratmağa
Qonaq__14428534
Bağça üzünü görməyən qeyri azərbaycanlı uşaqlar nə etməlidirlər?
Qonaq__15639545
ucqar bolgelerde bu proses hansi formada heyata kecirilecek
Qonaq__13632863
Xahis edirem deyerdiz bunu rayon mekteblerinde nece teskil etmek olar?
Qonaq__15831243
Menim fikrimce ushagin 5 yasindan mektebde hazirliq kechmesi onun saglamligina tehlukedir. Ushagin ushaqliq dovrunu onun elinden almaq, Bir inkishaf merhelesinden onu mehrum etmek demekdir !!!!
Qonaq__15832023
Bu işi məktəb çox gözəl icra edə bilər.İndiki dövrdə bağçalarda kifayət qədər sanballı kadr yoxdu. Odur ki bu iş məktəblərə tapşırılsa daha gözəl olar
Qonaq__15236829
Kendlerde baxca yoxdur.Amma mekteb var.Demeli mekteb hamiya komek ede biler.Hem de kadrlari,bazasi var.