11-ci sinif şagirdləri və onların valideynlərinə DİM sədri müraciət edib

11-ci sinif şagirdləri və onların valideynlərinə DİM sədri müraciət edib
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və onların valideynlərinə müraciət edib.
Sədr jurnalistlərə açıqlamasında yeni növ imtahanlarla bağlı DİM-in rəsmi saytından, "Abituriyent" jurnalından və qurumun sosial şəbəkəsindən məlumat almağı məsləhət görüb.

"Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyirlər. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir", - M.Abbaszadə əlavə edib.

M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni növ imtahanlarda iştirakı məsələsinə də aydınlıq gətirib: "Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə 70 faizə qədəri həmin ilin məzunları olur. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslar sənəd verir və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed